21 Noyabr 2019 17:04
591
CƏMİYYƏT
A- A+

Yeni tikilmiş 39 fərdi yaşayış evini şəhid ailələri və Qarabağ müharibəsi əlillərinın istifadəsinə verilib


Prezident İlham Əliyevin şəhid ailələrinə və ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərə xüsusi qayğısı nəticəsində həmin kateqoriyalardan olan vətəndaşların mənzillə təminatı sahəsində mühüm işlər aparılır. Həmin işlərin davamı kimi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu gün Ağcabədi, Bərdə, Ağdam, Sabirabad və s. rayonlarda yeni tikilmiş 39 fərdi yaşayış evini şəhid ailələri və Qarabağ müharibəsi əlillərinın istifadəsinə verib.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Ağcabədi rayonunda evlərin təqdim edilməsi tədbirində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparat rəhbərinin müavini Niyazi Rəhimov Prezident İlham Əliyevin uğurlu sosial siyasətinin vətəndaş rifahının təminatı istiqamətində əhəmiyyətli irəliləyişlərə imkan verdiyini vurğulayıb. O, bu il həyata keçirilən sosial islahatların nəticələrini, sosial ödənişlərdə edilən ciddi artımları diqqətə çatdırıb. Həssas qruplardan olan vətəndaşların da maddi təminatlarının artırılması sahəsində atılan mühüm addımları qeyd edib.

N.Rəhimov deyib ki, şəhid ailələrinə və ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərə 2019-cu il ərzində nazirlik tərəfindən 934 mənzil və fərdi evin verilməsi nəzərdə tutulub. Bu ilin ötən dövründə Bakıda və respublikanın ayrı-ayrı rayon və şəhərlərində artıq 386 mənzil və fərdi yaşayış evi təqdim edilib. İlin sonuna qədər bu kateqoriyalardan olan daha 550-yə yaxın vətəndaş da mənzillə təmin ediləcək. Ümumilikdə, indiyədək nazirlik tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə 7040 mənzil və fərdi ev verilib.

Yeni fərdi yaşayış evlərinin sahibləri hər bir sahədə daim Prezident qayğısını hiss etdiklərini vurğulayıb, onların maddi təminatlarının gücləndirilməsi, həyat şəraitlərinin yaxşılaşdırılması məqsədilə aparılan işlərə, yeni mənzillərlə təmin olunduqlarına görə dövlət başçısına dərin minnətdarlıqlarını bildiriblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video