21 Noyabr 2019 15:33
576
DÜNYA
A- A+

Erməni alimin obyektiv tənqidi fikirləri Paşinyanı qəzəbləndirib


Ermənistanın baş naziri Nikol Paşinyan İtaliyanın Milan şəhərindəki erməni kilsəsində yerli erməni icması ilə keçirdiyi görüşdə kəskin tənqid atəşinə tutulub. Qadın alim isə onu istefa verməyə dəvət edib.

AZƏRTAC armtimes.com saytına istinadla xəbər verir ki, Milandakı Avropa Onkologiya institutunun alimi Marine Meliksetyan Paşinyanın daxili və xarici siyasətindən dərin narahatlığını ifadə edib. O deyib ki, Ermənistanda dövlət institutları dağılır, kin və nifrət təbliğatı aparılır, Dağlıq Qarabağ məsələsində isə hökumətin aydın strategiyası yoxdur. "Hesab edirəm ki, bu siyasət Ermənistanın dövlətçiliyi üçün ciddi təhlükədir. Bu, dağıdıcı bir siyasi kursdur, ona görə də hökumətinizi və şəxsən sizi istefa verməyə çağırıram. Siz hakimiyyətdən getməyinizlə Ermənistana ən böyük fayda vermiş olarsınız. Bu gün sizin apardığınız siyasət Ermənistanın məhvinə səbəb olacaq”, -deyə alim vurğulayıb.

Alimin bu çıxışından qəzəblənən Paşinyan deyib ki, ölkədə nifrət atmosferinin hökm sürməsinin səbəbkarı onun hökuməti yox, əvvəlki hakimiyyətdir. O əlavə edib: "Bizi torpaqları Azərbaycana qaytarmaq planı hazırlamaqda ittiham edən Serj Sarkisyan və Robert Koçaryan özləri yeddi rayonu və Mehrini qarşı tərəfə təhvil vermək istəyirdilər”. Paşinyan iddia edib ki, onun hökuməti dövlət institutlarını deyil, korrupsiyalaşmış strukturları məhv edir. Opponentlərini hədələyən Ermənistan hökumətinin başçısı qeyd edib ki, ona qarşı çıxan adamları Vatikanın zirzəmilərindən də dartıb çıxaracaq və məhkəməyə verəcək. Paşinyan əlavə edib ki, istefaya yalnız erməni xalqının etimadını itirdikdən sonra gedə bilər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video