21 Noyabr 2019 15:32
534
CƏMİYYƏT
A- A+

Valideyn himayəsindən məhrum uşaqlar dövlət qayğısı ilə əhatə olunublar


Ölkəmizdə müxtəlif səbəblərdən valideynlərindən birini və ya hər ikisini itirən kimsəsiz uşaqlara göstərilən qayğı həmişə dövlətin diqqət mərkəzindədir. Elə bunun nəticəsidir ki, onlara göstərilən dövlət qayğısı ildən-ilə artır.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, bu il oktyabrın 1-dək valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların 280 nəfər qəyyumuna aylıq müavinət ödənilib. Bununla yanaşı, şəhid ailələrinin, müharibə ilə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin, Çernobıl qəzası nəticəsində I və II dərəcə əlilliyi müəyyən edilmiş, yaxud vəfat etmiş şəxslərin, habelə Çernobıl qəzası nəticələrinin aradan qaldırılması ilə bağlı tədbirlərin iştirakçılarının və müddətli hərbi xidmət qulluqçularının 8,2 min ailəsinə 14,2 min uşaq üçün aylıq müavinət verilib.

Bundan əlavə, 1351 nəfər bir yaşınadək uşağı olan 1339 aztəminatlı ailəyə və beşdən çox uşağı olan 2,7 min qadına 9,1 min uşaq üçün sosial müavinət ayrılıb. Bu ilin doqquz ayı ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 47 min 936 ailəyə 50 min 696 uşağın anadan olmasına görə, 4 min 200 nəfər radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxsə müalicə üçün və 4 min 876 nəfər penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxsə birdəfəlik müavinətlər verilib. Bu il oktyabrın 1-nə olan məlumata görə, əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində 381 nəfər zərərçəkən kompensasiya alıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video