Alternative content

21:53 15 Dekabr 2019
ONLINE XƏBƏR LENTİ
00:31 15.12.2019 Təbiətin Səttar rəngi
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Madriddə Nəsiminin 650 illik yubileyinə həsr olunmuş konfrans keçirilib
Madriddə Nəsiminin 650 illik yubileyinə həsr olunmuş konfrans keçirilib
ANA SƏHİFƏ / Elm və texnika
12:30 21.11.2019

Prezident İlham Əliyevin böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncamına uyğun olaraq, ədibin həyat və yaradıcılığına həsr edilmiş növbəti tədbir noyabrın 20-də Madriddəki Ərəb Mədəniyyət Mərkəzində keçirilib.

AZƏRTAC xəbər verir ki, ölkəmizin İspaniyadakı səfirliyinin və İspaniya İslam Birliyinin birgə təşkilatçılığı ilə keçirilmiş tədbirdə Azərbaycan Respublikasının İspaniya Krallığındakı səfiri Anar Məhərrəmov çıxış edərək dahi şair və mütəfəkkir İmadəddin Nəsiminin həyat və yaradıcılığından söz açıb, onun yalnız Azərbaycan ədəbiyyatında deyil, həm də türk və İslam dünyası ədəbiyyatı tarixində özünəməxsus yerə malik olduğunu bildirib.

Səfir xüsusi olaraq diqqətə çatdırıb ki, şairin irsinin ölkəmizdə sistemli tədqiqi və təbliği ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Nəsiminin anadan olmasının 600 illiyinin keçirildiyi vaxta təsadüf edib. 1973-cü ildə böyük söz ustadının 600 illik yubileyi UNESKO-nun görkəmli şəxsiyyətlərin və əlamətdar hadisələrin yubileyləri siyahısına daxil edilib və beynəlxalq miqyasda qeyd olunub. Həmin vaxtdan etibarən Nəsimi yaradıcılığı ilə bağlı çox sayda araşdırmalar aparılıb.

Nəsimi yaradıcılığında mədəni müxtəliflik, humanist ideyaların geniş şəkildə təşviq olunduğunu qeyd edən Anar Məhərrəmov, bu baxımdan Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü və dəstəyi ilə ingilis və fransız dillərində çap edilmiş, şairin ədəbi yaradıcılığının nümunələrini özündə ehtiva edən "Imadeddin Nasimi Poetry” və "Poésie Imadeddin Nassimi” kitablarının böyük mütəfəkkirin irsinin daha geniş şəkildə öyrənilməsi baxımından əhəmiyyətindən söz açıb. Bildirib ki, o, bu kitabların nüsxələrini, milli xalçaçılığımızın və milli irsimizin – kəlağayı nümunələrini tədbirdən xatirə kimi Ərəb Mədəniyyət Mərkəzinin baş direktoru Pedro Martines Aviala və İspaniya İslam Birliyinin prezidenti İsabel Romero Ariasa təqdim edib.

İspaniya İslam Birliyinin prezidenti İsabel Romero Arias Nəsiminin yaradıcılığındakı ideyalardan danışıb, ədibin irsinin ətraflı şəkildə öyrənilməsinin vacibliyini qeyd edərək, onun ispan ictimaiyyəti və ispan oxucusuna daha yaxından çatdırılması məqsədilə səfirliyin təşəbbüsü ilə keçirilən bu tədbirin böyük əhəmiyyətə malik olduğunu vurğulayıb.

Ərəb Mədəniyyət Mərkəzinin baş direktoru Pedro Martines Avial dahi şairin əsərlərinin Şərq ədəbiyyatına, ümumilikdə, dünya mədəniyyətinə töhfəsindən bəhs edib.

Sonra çıxış edən Mursiya Universitetinin İslamşünaslıq üzrə professoru, elmlər doktoru Pilar Qarrido Klemente bildirib ki, hürufilik təliminin başlıca nümayəndəsi hesab olunan mütəfəkkir Nəsiminin yaradıcılığında əks olunmuş ideyalar özündə İslam dininin əsas prinsiplərini, dəyərlərini əks etdirir.

İspaniyalı alim, Madrid Muxtar Universitetinin İqtisadiyyat və beynəlxalq əlaqələr məktəbinin beynəlxalq əlaqələr şöbəsinin müdiri Xesus Xil Fuensanta Nəsimi yaradıcılığının incəliklərinə diqqəti çəkərək, onun dünyəvi əhəmiyyətə malik olduğunu qeyd edib, şairi dahi ispan yazıçısı Migel de Servanteslə müqayisə edib.

Digər çıxış edənlər - İspaniya İslam Birliyinin İctimaiyyətlə əlaqələr bölməsinin müdiri, Xaen Universitetinin professoru Antonio de Diyeqo, "Asociación Nexos – Alianza de Civilizaciones” təşkilatının sədri, "Silk Spain Institute”un vitse-prezidenti Enrike Qaspar filosof-şairin yaradıcılığına nəzər salaraq, onun tolerantlığın, sülhün və humanizmin təşviqinə töhfələrindən bəhs ediblər.

Tədbirdə dahi şairin həyat və yaradıcılığına həsr olunmuş videoçarxlar, o cümlədən Azərbaycan əsilli tanınmış musiqiçi Sami Yusufun dahi Azərbaycan şairi İmadəddin Nəsiminin "Sığmazam” qəzəli əsasında musiqi kompozisiyasından və "Nəsimi” filmindən parçalar nümayiş etdirilib.

Xüsusi olaraq yaradılmış guşədə ölkəmizin mədəniyyətinin, turizm potensialının təbliği ilə bağlı müxtəlif materiallar nümayiş etdirilib, habelə səfirlik tərəfindən çap etdirilmiş və dahi şairin 650 illik yubileyinə həsr olunmuş bukletlərin, İspaniyada dövriyyəyə buraxılmış xüsusi poçt markalarının, Heydər Əliyev Fondu tərəfindən nəşr olunan və Nəsiminin əsərlərini özündə ehtiva edən kitabların, habelə "İRS” jurnalının ədibin həyat və yaradıcılığını əhatəli şəkildə əks etdirən buraxılışlarının təqdimatı keçirilib.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM