Alternative content

15:14 15 Dekabr 2019
ONLINE XƏBƏR LENTİ
00:31 15.12.2019 Təbiətin Səttar rəngi
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Yeni Azərbaycan Partiyası: xalqın birləşdirici qüvvəsi
Yeni Azərbaycan Partiyası: xalqın birləşdirici qüvvəsi
ANA SƏHİFƏ / SİYASƏT
01:00 21.11.2019


Bələdiyyə seçkiləri YAP-ın növbəti siyasi uğuru kimi tarixə düşəcək


Siyasi partiyaların tarixi göstərir ki, xalq və dövlət maraqlarını özünün praktik fəaliyyətində ifadə etməyən təşkilatların mövcudluğu çox da uzun çəkmir.

Cəmiyyətin ayrılıqda götürülmüş bir təbəqəsinin və yaxud sosial qrupunun mənafe və maraqlarını qoruyan siyasi təşkilatın, həmçinin ictimai qurumun xalqı, milləti öz arxasınca apara bilməsi də həmişə mümkün deyildir. Digər tərəfdən ayrı-ayrı ölkələrin siyasi tarixindən bəlli olduğu kimi, müxtəlif dəbdəbəli adlar, cəlbedici proqramlar, şüarlar irəli sürən, xalqı, ölkəni irəli aparacaqlarını vəd edən partiyalar bəzən qısa zamanda siyasi səhnədən silinib gedirlər.

Partiyanın siyasi cəhətdən təşkilatlanaraq monolit qüvvəyə çevrilmək, xalqa xidmət etmək, ölkənin inkişafına nail olmaq əzmi isə onun ideoloji-siyasi kursunun bütövlükdə cəmiyyətin maraqlarına cavab verməsi ilə şərtlənir. 27 ildir Azərbaycan siyasətinin avanqardı olan Yeni Azərbaycan Partiyasının respublikamızın hakim partiyası statusunu ləyaqətlə və uğurla daşımasını şərtləndirən əsas səbəb də məhz onun ideoloji siyasi kursunun dövlətin və xalqın maraqlarına cavab verməsidir.

Azərbaycanda milli mənafe və dövlətçilik maraqlarının təmsilçisi olmaq kimi müqəddəs amalı özünün siyasi idealı, əsas strateji xətti seçən Yeni Azərbaycan Partiyasının yaranması tarixi zərurətdən irəli gəlirdi. Başqa sözlə, 1992-ci ildə YAP-ın siyasi meydana çıxması və Ümummilli Lider Heydər Əliyevin bu təşkilata sədr seçilməsi respublikamızdakı gərgin siyasi-ictimai situasiyanın yaratdığı tələbatdan qaynaqlanan mühüm tarixi hadisə idi. Hakimiyyət dairələri YAP-ın yaranmasından narahat idilər. Ona görə hər addımda Heydər Əliyevə və onun rəhbərliyi ilə bir siyasi təşkilatda birləşmək istəyən insanlara süni maneçiliklər yaradılırdı. Amma bu yola qədəm qoyan insanlar ozamankı hakimiyyət dairələrinin YAP-ın yaranmasına göstərdikləri maneçiliklər, təzyiqlər qarşısında əyilmədilər.

1992-1993-cü illərin məlum hadisələri, ölkəni bürüyən siyasi böhran xalqı Heydər Əliyevi Bakıya - ölkənin taleyini həll etmək üçün çağırmağa vadar etdi. Beləliklə də tarixi proseslər Heydər Əliyevə ölkə rəhbəri, YAP-a isə hakim partiya statusu həvalə etdi. Heydər Əliyevin ali hakimiyyətə qayıdışı ilə Azərbaycanda müstəqil dövlətçiliyin əsaslarının formalaşması prosesi başlandı. Heydər Əliyevin uğurlu siyasi xətti YAP-ı da ölkənin siyasi səhnəsinin ön cərgəsinə çıxardı. Azərbaycan xalqı YAP-ı həm də Heydər Əliyev partiyası kimi qəbul etdi. Çünki bu təşkilat Ümummilli Liderin siyasi və ideoloji irsinin, dövlətçilik təcrübəsinin və quruculuq fəaliyyətinin harmoniyasını özündə əks etdirirdi. Beləliklə, Yeni Azərbaycan Partiyası siyasi müxalifətdən siyasi iqtidara gəldi.

1993-cü ildən hakim partiyaya çevrilən YAP bu statusu qazandığı ilk gündən proqramında qarşıya qoyduğu vəzifələrin icrasına, ictimai həyatın bütün sahələrində tərəqqiyə nail olmaq məqsədilə yüksək fəallıq nümayiş etdirməyə, Azərbaycanı düçar olduğu təhlükə və böhranlardan qurtarmaq üçün özünün məqsədyönlü fəaliyyətinə başladı. Güclü lideri, mükəmməl proqramı, təkmil siyasi platforması, qətiyyətli mövqeyi sayəsində, digər tərəfdən, azərbaycançılıq və dövlətçilik mövqeyində durduğu üçün öz sıralarında yüz minlərlə üzvü birləşdirərək əsl ümumxalq partiyasına çevrildi. Öz məramında və praktik fəaliyyətində demokratik prinsiplərə, ümumbəşəri dəyərlərlə milli xüsusiyyətlərin vəhdətinə, hüquqi dövlət, vətəndaş cəmiyyəti, sərbəst iqtisadiyyat yaradılmasına üstünlük verdi, güclü sosial müdafiə proqramı ilə fəaliyyət göstərməyə başladı.

2003-cü ildən sonra Ulu Öndər Heydər Əliyevin siyasi yolunu layiqincə davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevin ötən 16 ildəki əzmkar fəaliyyəti Azərbaycanın onilliklərə bərabər inanılmaz bir inkişaf yolu keçməsini təmin etməklə yanaşı, YAP-ın cəmiyyətdəki alternativsiz qüvvə statusunu möhkəmləndirdi. Bu mənada YAP-ın güclü siyasi partiya kimi özünü təsdiqləməsi həm də cənab İlham Əliyevin yüksək liderlik keyfiyyətləri ilə şərtlənir.

Azərbaycan tarixində indiyə qədər 700 mindən çox üzvü olan siyasi təşkilat olmayıb. Bu, insanların YAP-a, partiyanın yaradıcısı Ulu Öndər Heydər Əliyevin zəngin siyasi irsinə, YAP-ın sədri, ölkə Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasətə münasibəti, Azərbaycandakı ictimai-siyasi duruma verdikləri yüksək qiymətin göstəricisidir.

Prezident İlham Əliyev YAP üzvlərinin cəmiyyətdə gedən siyasi və iqtisadi proseslərdə nümayiş etdirdikləri fəallığı yüksək qiymətləndirməklə bərabər bu yönümdəki fəaliyyəti daha da genişləndirməyi məqsədəuyğun sayır. Dövlət başçısı ölkəmizin əldə etdiyi bütün uğurlarının müəllifinin mövcud iqtidar, eyni zamanda, hakimiyyətin siyasi istinadgahı olan YAP olduğunu bildirib. Hakim partiyanın cəmiyyətdə böyük nüfuz sahibi olduğunu və onun üzərində şərəfli missiya dayandığını söyləyən Azərbaycan Prezidentinin bu fikirləri YAP-ın fəaliyyətinə verilən real qiymət və təşkilatın malik olduğu potensialın dəqiqliklə qiymətləndirilməsidir: "Yeni Azərbaycan Partiyası güclü təşkilatdır, Azərbaycanın ictimai-siyasi həyatında müstəsna rola malikdir. Heç bir siyasi qüvvə Yeni Azərbaycan Partiyası ilə rəqabət aparmaq iqtidarında deyil. Hətta digər bütün siyasi qüvvələr birləşsələr, yenə də bizim işimizə, siyasətimizə bunun heç bir təsiri olmayacaqdır”.

Sevindirici haldır ki, YAP-ın sıralarına qoşulanlar əsasən gənc nəsli təmsil edənlərdir. Onların arasında xaricdə təhsil alan, yüksək elmi biliklərə və dünyagörüşünə malik olan gənclərimiz də kifayət qədər çoxdur. Bu, bizi həm sevindirir, həm də qürurlandırır. Çünki yeni ruhlu gənc nəslimizin formalaşması və onların YAP-a üzv olmaları gələcəyimizin etibarlı əllərdə olmasından xəbər verir.

YAP-ın hakim partiya kimi 1993-cü ildən bəri ən mühüm uğurlarından biri də bütün seçkilərin qalibi olmasıdır. Buna görə partiyamızı haqlı olaraq qələbələr partiyası da adlandırırlar. Ötən 26 ildə keçirilən 6 prezident, 5 parlament, 4 bələdiyyə seçkilərində xalqımız məhz YAP-ın namizədlərinə etimad göstəriblər. Hər seçkidəki qələbə bir tərəfdən YAP-ın seçki kampaniyasının uğurunu təsdiq edir, digər tərəfdən ölkəmizin siyasi-ictimai həyatındakı mövqeyini və rolunu bir daha nümayiş etdirir. Ona görə seçkilərin ortaya qoyduğu reallıqları nəzərdən keçirsək, belə bir amili qeyd etməliyik ki, hər bir seçkinin nəticəsi YAP-ın ölkəmizin həyatında alternativsiz siyasi güc olduğunu göstərib. Ən əsası, YAP-ın əldə etdiyi hər bir siyasi qələbə Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətlə və bu siyasətə vətəndaşlarımızın münasibətinin yüksək olması ilə bilavasitə əlaqədardır. Bu baxımdan başlıca resursumuz, qələbələrimizin kökündə dayanan əsas həqiqət Prezident İlham Əliyevin şəxsiyyəti, reytinqi, vətəndaşların ölkə rəhbərinə olan böyük etimadı, inamı və ölkəmizdə həyata keçirilən siyasətin uğurlarıdır. Bütün bunlar Azərbaycan seçicilərinin siyasi ovqatının formalaşmasının əsasını təşkil edir və seçkilər zamanı YAP-ın namizədlərinin lehinə verilən səslərdə öz əksini tapır.

Qarşıdan bələdiyyə seçkiləri gəlir. Seçkilər dekabrın 23-nə təyin edilib. Ötən seçkilərdə olduğu kimi, bu seçkilərdə də YAP fəal iştirak edəcək. Hazırda seçki kampaniyası çərçivəsində namizədlərin irəli sürülməsi və onların qeydə alınması üçün seçici imzalarının toplanılması mərhələsi başa çatmaq üzrədir. YAP-ın yerli strukturları bu mərhələdə uğurla fəaliyyət göstərməkdədirlər.

Bir statistikanı diqqətə çatdırmaq istəyirəm. 2009-cu ilin seçkilərindən sonra bələdiyyələrə seçilmiş üzvlər arasında qadınların sayı 22 faiz, gənclərin sayı isə 25 faiz artmışdır. 2014-cü ildə keçirilmiş bələdiyyə seçkiləri nəticəsində isə 2009-cu illə müqayisədə qadınların sayı 8,9 faiz, gənclərin sayı isə 9,2 faiz artmışdır. 2015-ci ilin yanvar ayında bələdiyyələrdə yeni seçilmiş tərkiblərin birinci iclasları keçirilərək bələdiyyə sədrləri seçilmiş, ötən seçkilərlə müqayisədə sədrlər arasında qadınların sayı 13,5 faiz, gənclərin sayı isə 10,4 faiz artmışdır. Keyfiyyət tərkibinin gücləndirilməsi bələdiyyələrin fəaliyyətinin məzmunca yeni mərhələsinin əsasını qoymuşdur.

Ayrıca qadınlara gəldikdə, 1999-cu ildə keçirilən ilk bələdiyyə seçkilərində qadınların iştirakı çox zəif olsa da, seçkidən-seçkiyə bələdiyyələrdə onların mövqeyi möhkəmlənməyə doğru irəliləyib. Müqayisə üçün qeyd edə bilərəm ki, 2004-cü ildə keçirilən bələdiyyə seçkilərində bələdiyyə üzvü olan qadınların sayı 4 faiz idisə, 2009-cu ildə keçirilən seçkilərdə 26,5 faiz bələdiyyə üzvü qadın seçilib. 2014-cü ildə isə bu rəqəm bir qədər də artıb və bələdiyyə üzvü qadınların sayı ümumi üzvlərin 35 faizinə bərabər olub. Eyni zamanda, bələdiyyələrə rəhbərlik edən qadın sədrlərin sayı da artıb.

Olduqca sevindiricidir ki, istər bələdiyyə üzvləri, istərsə də sədrlər arasında xüsusən YAP-ı təmsil edən gənclərin sayı seçkidən-seçkiyə artır. Bu da onu göstərir ki, bələdiyyə orqanlarında gənclərin və qadınların təmsil olunması YAP-ın müəyyən etdiyi seçki proqramının əsas istiqamətlərindən biridir. Ona görə də bələdiyyə seçkilərində YAP-ın namizədləri müəyyən edilərkən qadınlara və gənclərə kifayət qədər yer ayrılır. Bu da ölkəmizdə həyata keçirilən gənclər və gender siyasətlərinin bariz nümunəsi və davamı kimi səciyyələndirilə bilər.

Həqiqətən, YAP-ın sıralarında yalnız say etibarilə çoxlu gənclər və qadınlar birləşməyib. Eyni zamanda, bu təbəqədən kifayət qədər yüksək intellekt sahibi olan, vətənpərvərliyi ilə seçilən, yüksək biliklər mənimsəmiş, fəallığı ilə nümunə olan insanlar cəmləşib.

Təcrübə göstərir ki, bələdiyyələrdə təmsil olunan qadınlar və gənclər yerli idarəetmə orqanlarının qarşılarında duran vəzifələrin yerinə yetirilməsində kifayət qədər fəaldırlar. Ölkəmizdəki inkişaf prosesləri fonunda bütün sahələrdə olduğu kimi, yerli demokratiyanın qurulmasında, yerli qərarların qəbuletmə prosesində bu təbəqədən olan vətəndaşların fəaliyyətləri diqqəti cəlb etməkdədir. Reallıq da ondan ibarətdir ki, qadınların və gənclərin bələdiyyələrdəki fəaliyyəti kifayət qədər qaneedicidir. Bunun da səbəblərindən biri onların təşəbbüskarlıqları, işə daha məsuliyyətlə yanaşmalarıdır. Eləcə də vətəndaş-bələdiyyə münasibətlərinin inkişafında qadınların və gənclərin rolu təqdirəlayiqdir.

YAP-ın böyük insani, təşkilati, ideoloji resursları var. Partiyamız öz sıralarında 742 min insanı birləşdirir. Bu vətəndaşların hər biri seçicidir və eyni zamanda seçki kampaniyasının aparılmasında, namizədlərin təşviqatının həyata keçirilməsində yaxından iştirak edirlər. YAP-ın cəmiyyətdə insanların inandığı bir siyasi təşkilat olması isə bizim ideoloji resursumuzdur. İctimai fəallığımız, insanların maraqlarına uyğun şəkildə fəaliyyət göstərməyimiz və bu fəaliyyətin nəticəsinin vətəndaşlar tərəfindən müsbət qiymətləndirilməsi YAP-a inamı şərtləndirən, eləcə də seçkidə uğurumuzu təmin edən əsas amillərdən biridir.

Bütün bunlarla yanaşı ən əsas resursu xüsusi qeyd etmək istəyirəm. YAP-ın bütövlükdə seçki taktikası və seçki kampaniyası məhz bu resursa söykənir. Bu, Azərbaycan Prezidenti, YAP sədri cənab İlham Əliyevin həyata keçirdiyi siyasətin insanlar tərəfindən birmənalı şəkildə dəstəklənməsi və bu siyasət nəticəsində əldə olunan uğurların yüksək qiymətləndirilməsidir. Cənab İlham Əliyevin nüfuzu, cəmiyyətdəki hörmət və ehtiramı, həyata keçirdiyi siyasətin dəstəklənməsi onun rəhbərlik etdiyi partiyanın qarşıdan gələn seçkilərdə ən əhəmiyyətli resursudur. Ona görə növbəti bələdiyyə seçkiləri də YAP-ın davamlı siyasi uğuru kimi tarixə düşəcəkdir.

Aytac ƏLİYEVA,

YAP Gənclər Birliyinin sədr müavini



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM