21 Noyabr 2019 00:36
1043
SİYASƏT
A- A+

Ölkə rəhbəri gəncliyi nəcib təşəbbüslər ətrafında birləşdirir


Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Bakının Xətai rayonundakı "Gənclik” parkında bu günlərdə keçirilən ağacəkmə aksiyasında bunun bir daha şahidi olduq


Azərbaycan vətəndaşlarına, o cümlədən gənclərə qayğı dövlət siyasətinin əsasını təşkil edir. Ona görə də son illər ölkə gənclərinin istər istehsalatda, istərsə idman və ya mədəniyyət sahəsindəki uğurları diqqət çəkməkdədir. Bu, həm də əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin real bəhrəsidir. Ümummilli Liderin təşəbbüsü ilə hələ sovetlər birliyi dövründə Azərbaycan gəncliyinin inkişafı istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər görülmüş, milli dəyərlərə və tarixi-mədəni irsə bağlı gənc nəslin formalaşmasına başlanmışdı.

Dövlət müstəqilliyinin bərpasından sonra da respublikada keçirilən beynəlxalq idman yarışlarında, konfrans və forumlarda gənclərimizin fəal iştirakı diqqətçəkən məqamlardandır. Bu, həm də onu göstərir ki, gənclik onlara göstərilən dövlət qayğısından bəhrələnərək müstəqil, fərdi və ümumi qaydalar əsasında xalqa xidməti özlərinin vətəndaşlıq və vətənpərvərlik borcu hesab edirlər. Belə gənclərimizin ictimai fəallığı bütün sahələrdə özünü qabarıq şəkildə göstərir.

Azərbaycan Prezidenti İlham Əliyev dövlət-gənclik münasibətlərinə toxunarkən bildirib ki, gənclər peşəkar olmalıdırlar. İstənilən sahədə işləyən gənclər çalışmalıdırlar ki, öz peşəkarlıqlarını artırsınlar. Gənclərimiz milli və vətənpərvərlik ruhunda tərbiyə almalıdırlar: "Bu gün Azərbaycan gəncləri cəmiyyətin ən fəal hissəsidir. Biz haqlı olaraq gənclərimizlə fəxr edə bilərik. Bizim gənclərimiz torpaq uğrunda, Vətən uğrunda vuruşurlar. Bizim şəhidlərimizin böyük əksəriyyəti gənclərimiz olubdur. Bizim gənclərimiz hərbi qələbələrimizi şərtləndiriblər. Aprel döyüşləri bizim şanlı tarixi qələbəmizdir və bu əməliyyatlarda iştirak edənlərin mütləq əksəriyyəti gənclərdir. Gənc alimlərimiz müxtəlif sahələrdə bizim elmi potensialımızı gücləndirirlər. Mənim təşəbbüsümlə bir neçə il bundan əvvəl Elmin İnkişafı Fondu, Gənclər Fondu yaradılmışdır. Bu fondlar vasitəsilə istedadlı gənclərə qrantlar verilir, müxtəlif tədqiqat proqramlarının həyata keçirilməsi üçün vəsait ayrılır. Yəni bizim gənclərimiz bu gün cəmiyyətdə çox fəal rol oynayırlar və əlbəttə ki, gələcəkdə siz ölkəmizi idarə edəcəksiniz. Ona görə bir daha demək istəyirəm ki, ilk növbədə, milli vətənpərvərlik yüksək səviyyədə olmalıdır. Hər bir gənc bilməlidir ki, bizim hamımızın əsas vəzifəsi dövlət müstəqilliyini möhkəmləndirməkdir, onu qorumaqdır...”

Bəli, son illər ölkəmizdə gənclərə dövlət başçısı tərəfindən göstərilən etimad bir daha həmin siyasətin reallıqda öz əksini tapmasının sübutudur. Bu gün gəncliyin nəinki elm və təhsildə, mədəniyyət və səhiyyədə, bir sözlə, müxtəlif sahələrdə potensillarından istifadə edilir. Artıq gənclər ölkənin idarəetmə sistemində də layiqli yerlərini tutmaqdadırlar. Dövlət başçısının son zamanlar gənclərin mühüm idarəetmə postlarına irəli çəkilməsi ilə bağlı imzaladığı fərman və sərəncamlar da bunun bariz nümunəsidir.

Azərbaycan əhalisinin əksəriyyətinin gənclərdən ibarət olması ölkəmizin davamlı inkişafının təminatıdır. Gəncliyin yeganə yolu dövlət başçısının ətrafında sıx birləşərək azərbaycançılıq ideologiyasına sədaqətlə xidmət etməkdir.

Dövlət başçısı İlham Əliyevin gənclərlə müntəzən görüşlərindən biri də Birinci vitse-prezident Mehriban xanım Əliyeva ilə birlikdə noyabrın 11-də Heydər Əliyev Fondu tərəfindən Bakının Xətai rayonunda salınan yeni "Gənclik” parkında "Təbiət naminə birləş, Həyat naminə birləş!” layihəsi çərçivəsində ağacəkmə aksiyasında iştirakları zamanı yadda qaldı.

Dövlət başçısının rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən siyasətin mərkəzində, sözün həqiqi mənasında, Azərbaycan vətəndaşı dayanır. Danılmaz həqiqətdir ki, həyata keçirilən ekoloji siyasət nəticəsində yeni yaşıllıqların salınması, olanlarının qorunması vacib məsələlərdəndir. Əvvəllər heç bir yaşıllıq olmayan sahələrdə də ağacəkmə aksiyalarının keçirilməsi respublikamızda ekoloji vəziyyətin sağlamlaşdırılması yolu ilə tarazlığın bərpasına sanballı töhfə verir. Çünki bu tədbirlər nəticəsində yaşıllıq zonalarının sahəsi artırılır.

Azərbaycanda ekoloji vəziyyətin yaxşılaşdırılması üçün dövlət səviyyəsində həyata keçirilən layihələrə Heydər Əliyev Fondunun xüsusi diqqət və həssaslıq nümayiş etdirməsi də gəncliyin nəzərlərindən yayınmır.

Belə - kollektiv şəkildə təşkil edilən tədbirlər gənclərin təbiətə doğma münasibətini inkişaf etdirməklə yanaşı, həm də onları ekoloji problemlərin aradan qaldırılması istiqamətində mübarizədə birgə fəaliyyətə səsləyir. Layihənin məqsədi, eyni zamanda, insanları nəcib təşəbbüslər ətrafında birləşdirməkdir. Dövlət bayrağı bayramının qeyd edildiyi günlərdə və 12 Noyabr - Konstitusiya Günü ərəfəsində təşkil olunan həmin aksiya həm də vətəndaşların ölkə üçün vacib layihə ətrafında birləşməsi ilə yadda qalan hadisəyə çevrildi.

Haqqında söz açılan son aksiya bir daha göstərdi ki, Azərbaycan gənci tarixi, milli və mədəni mənsubiyyətinin, eləcə də ana təbiətin, o cümlədən ekologiyanın qorunması yolunda ciddi addımlar atmaqdadır. Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın isə bu dəfə də gəncliklə, necə deyərlər, qaynayıb-qarışmaları, birlikdə ağacəkmə aksiyasına qoşulmaları, səmimiyyətin, sadəliyin rəmzi olan birgə şəkil çəkdirmələri onların gəncliyin dostu kimi daim yanlarında olduqlarını təsdiqləyirdi.

Məhəmməd NƏRİMANOĞLU,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video