21 Noyabr 2019 00:35
1427
CƏMİYYƏT
A- A+

İdarəetmə sistemində gənc kadrlara etimad insan inkişafının əsasıdır


"İslahat” ərəb mənşəli söz olub, bir şeyi yaxşılaşdırmaq məqsədi ilə edilən əsaslı dəyişiklikdir. Fundamental əsaslara toxunmadan hər hansı sahədə həyata keçirilən dəyişikliklər anlamına gəlir.

Bu islahatların aparıcı qüvvəsi isə gənclərdir. Ölkə rəhbərinin bu iradəsi gələcəyə yeni ümidlər yaradır. Bu ümidlərin əsasında isə hüquqi baza olan dövlətin gənclər siyasəti dayanır. Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir. Gənclərimiz ictimai həyatın bütün sahələrində aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Gənclərin fəaliyyəti üçün dövlətin yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin aparıcı qüvvəsinə çevrilmişdir və gəncliyimiz ölkəmizin gələcəyi uğrunda inamlı addımlar atmaqdadır. Ulu Öndər Heydər Əliyev gəncliyi böyük qüvvə hesab edirdi və deyirdi ki, "gənclər bizim gələcəyimizdir”. Ümummilli Liderin yaratdığı təməl əsasında qurulmuş dövlət gənclər siyasəti 2003-cü ildən onun layiqli varisi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən inkişaf etdirilərək ardıcıl surətdə həyata keçirilir.

Dövlət gənclər siyasətinin icrasında qarşıya qoyulan mühüm vəzifələrdən biri də yeni nəslin nümayəndələrinə etimad göstərilməsi, məsul vəzifələrə, idarəetmə strukturlarında irəli çəkilməsi, bilik və bacarıqlarını nümayiş etdirmək üçün şərait yaradılması, bir sözlə, onların dövlət quruculuğunda və ümumiyyətlə, ictimai-siyasi proseslərdə fəal iştirakını təmin etməkdir. Prezident İlham Əliyev əhalinin 30 faizə yaxınını təşkil edən gənclərin problemləri ilə daim maraqlanır, onlarla vaxtaşırı görüşür, gənclərin hərtərəfli inkişafına, ölkənin ictimai-siyasi, sosial-mədəni həyatında bu təbəqənin rolunun artırılmasına xüsusi diqqət yetirir, onların dövlət işlərinə irəli çəkilməsinə xüsusi önəm verir, idarəetməyə daha geniş cəlb olunmasına çalışır.

Azərbaycan Prezidenti vurğulayır ki, "islahatlara alternativ yoxdur... kadr islahatları labüddür, bu, qaçılmazdır. Çünki mən bunu demişəm, biz XXI əsrdə köhnə təfəkkürlə uğurlara imza ata bilmərik. Əlbəttə, yeni, savadlı, bilikli, müasir kadrlar, ilk növbədə, vətənə bağlı olmalıdırlar, hər hansı bir xarici təsirdən azad olmalıdırlar və vətənpərvər olmalıdırlar ki, vətənin inkişafı üçün öz səylərini göstərə bilsinlər”. Kadr islahatları ölkənin qarşısındakı iqtisadi, sosial, hərbi, mədəni və humanitar məsələlərin daha səmərəli həll olunması çağırışlarının məntiqi və obyektiv nəticəsidir. Son kadr islahatları cəmiyyətdə daha yüksək inam doğurmaqla ölkənin inkişafında yeni mərhələnin başlandığını xarakterizə etməyə imkan verdi.

Kadr islahatları dövlətçilik qarşısında xidmətləri olmuş şəxslərin zəhmətinin cəmiyyətin gözləri qarşısında qiymətləndirilməsi və gənclərə əlverişli karyera yüksəliş imkanları açmaq baxımından da əhəmiyyətlidir. Bir daha dövlət başçısı xidməti olanları dəyərləndirməkdə və gənclərə meydan açmaqda nə qədər ardıcıl və prinsipial olduğunu nümayiş etdirdi. "Biz maksimum dərəcədə öz imkanlarımızdan istifadə edək ki, işlər daha da yaxşı getsin. Ona görə kadr islahatı da bu məqsədi daşıyır” deyə Prezident İlham Əliyev qeyd edir.

Ötən il ərzində Prezident Administrasiyasında struktur və kadr islahatları aparılmış və il boyu müxtəlif qurumların yaradılması, bəzilərinin birləşdirilməsi və ya ləğvi barədə sərəncamlar imzalanmışdır. Prezident İlham Əliyev dövlət idarəçiliyi sistemini daim təkmilləşdirir. Bu istiqamətdə düşünülmüş, ölçülüb-biçilmiş addımlar atılmaqdadır və bu zaman, ilk növbədə, xalqın və dövlətin maraqları, milli mənafeləri nəzərə alınır. Beləliklə, Ümummilli Lider Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin gənclər siyasəti onun layiqli varisi Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında yeni keyfiyyət səviyyəsində ardıcıl olaraq böyük nailiyyətlərlə davam etdirilir. Əminliklə demək olar ki, Azərbaycan gəncliyinin Ulu Öndərin siyasi kursunun ən layiqli davamçısı Prezident İlham Əliyevin ətrafında sıx birləşməsi bir daha onu sübut edir ki, ölkəmiz daha böyük qələbə və uğurlara imza atacaq və gələcək inkişafa öz töhfəsini verəcəkdir.

Yusif AĞAYEV,

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının kafedra müdiri, dosent

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video