21 Noyabr 2019 00:32
1084
İQTİSADİYYAT
A- A+

Məqsədimiz məhsuldarlığın artmasına nail olmaqdır


Torpaqsa halallıq sevir, deyirlər. Çəkdiyin zəhmətin, axıtdığın alın tərinin əvəzini həmişə birəbeş qaytarar, heç zaman borclu qalmır. Mən də ailəmin firavan həyatı, xoş güzəranı üçün bərəkət mənbəyi torpağa borcluyam. Kənd təsərrüfatı əməkçilərinə dövlətin dəstəyini, xüsusilə də Prezident İlham Əliyevin davamlı qayğı və diqqətini minnətdarlıqla qeyd etmək lazımdır. Dövlətin aqrar sektora ayırdığı subsidiyalar, yanacaq və mineral gübrələrin satışında edilən güzəştlər bizə böyük maddi köməkdir.

Kənd təsərrüfatında yüksək nailiyyətlər qazanmağın müasir dövrdə özünəməxsus tələbləri var. Yüksək nəticəyə nail olmaq üçün gərək elmi yanaşmaya, qabaqcıl təcrübəyə, mütərəqqi texnologiyalara geniş meydan verəsən. Köhnə əmək vərdişlərinə arxayın olub yüksək hədəflərə çatmaq mümkün deyil.

Ali təhsilli kənd təsərrüfatı mütəxəssisiyəm. On iki ildən çoxdur ki, Bərdə rayonunun Ərəblər kəndində fermer təsərrüfatına rəhbərlik edirəm. Fəaliyyətimizin əsas istiqaməti toxumçuluqdur. Müdriklər haqlı olaraq toxumu əkinçinin "qızıl fondu” adlandırırlar. Bizim istehsal etdiyimiz toxumdan da indiyədək narazılıq edən olmayıb. Aqrotexniki tələblərə ciddi əməl etməklə çalışırıq ki, istehsal etdiyimiz toxum yüksək keyfiyyətli olsun, əkinçiləri razı salsın. Cari ilin məhsulu üçün 112 hektar sahədə taxıl əkib-becərmişdik. Hər hektardan 45 sentner olmaqla 351 ton yüksək kondisiyalı toxum istehsal etdik. Əksəriyyəti "Qırmızı gül” və "Murov-2” buğda, "Qarabağ-22” və "Qarabağ-33” arpa sortlarıdır.

İndi taxıl səpininin qızğın çağıdır. Havaların əlverişli keçməsi səpini sürət və keyfiyyətlə aparmağa yaxşı imkan yaradıb. Gələn ilin məhsulu üçün 115 hektar sahədə taxıl əkməyi nəzərdə tutmuşuq. İndiyədək 70 hektardan çox sahədə səpin aparmışıq.

Prezident İlham Əliyev qeyri-neft sektoru olan kənd təsərrüfatını inkişaf etdirməyi, bu sahədə idxaldan asılılığı minimuma endirməyi mühüm vəzifə kimi qarşıya qoymuşdur. Dövlət başçısının kənd təsərrüfatında ənənəvi sahələri inkişaf etdirmək barədə verdiyi tapşırıq və tövsiyələri fəaliyyət proqramımıza çevirmişik. Məqsədimiz ölkənin ərzaq təhlükəsizliyinin təminatına sanballı töhfə vermək, bolluq yaratmaqdır. Bu, həm də özümüzün, ailəmizin xoş güzəranı deməkdir.

Salman MUSAYEV,

Bərdə rayonu "Kəhrəbakəndli-fermer təsərrüfatının rəhbəri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video