21 Noyabr 2019 00:31
900
İQTİSADİYYAT
A- A+

Astarada səyyar qəbullara üstünlük verilir


Belə qəbullarda əhali tərəfindən söylənilən arzu və təkliflər dinlənilir, məsələlərin həlli ilə əlaqədar aidiyyəti üzrə operativ tapşırıqlar verilir. Məhz bu cür görüşlərdən sonra bir çox kəndlərin, məhəllələrin sosial və infrastruktur sarıdan olan problemləri həll olunmuşdur.

Növbəti belə səyyar görüş Pəlikəş kəndində keçirilmişdir. Səyyar qəbulda sakinlər rayon rəhbərliyindən kənd tam orta məktəbindən kəndin mərkəzinə və Sım kəndinə gedən yolun təmir edilməsinə kömək göstərilməsini xahiş etmişlər. İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev bildirmişdir ki, Pəlikəş kəndinə asfalt yolun çəkilməsi ilə əhalini narahat edən əsas problem həllini tapmış, digər məsələlər də tədricən həll olunacaq. RİH başçısı beş-altı il əvvəl əhali ilə keçirdiyi görüşü xatırladaraq şəraitsizlikdən əziyyət çəkən əhalinin son illər aparılan tikinti-quruculuq işləri ilə nə qədər rahatlığa qovuşduqlarından məmnunluğunu ifadə etmişdir. Rayon ərazisində salınan asfalt yolların böyük hissəsinin dağ kəndlərini əhatə etdiyini, yol çəkilişindən sonra bu səfalı yerlərə gələnlərin sayının ildən-ilə artdığını diqqətə çatdırmışdır. Bildirmişdir ki, Dolu və Diqo kəndlərinə avtomobil yolunun çəkilməsi ilə bir neçə qonşu kəndlərin sakinlərinin də yolsuzluq probleminə son qoyulacaq. Bundan əlavə, nümayəndəliyin Dolu kəndində yeni quraşdırılmış modul tipli ibtidai məktəb istifadəyə verilmiş, Lomin və Dürriyə kəndlərində quraşdırılan modul tipli yeni məktəb binalarında son tamamlanma işləri aparılır. O da qeyd olunmuşdur ki, elektrik xətlərinin çəkilməsində və məktəb avadanlıqlarının daşınmasında yerli sakinlər əllərindən gələn köməyi etmişlər.

Sonra RİH başçısı Pəlikəş kənd tam orta məktəbində tədrisin vəziyyəti və Diqo kəndinə avtomobil yolunun çəkilişi ilə maraqlanmış, mövcud problemlərin həlli üçün əlaqədar qurum rəhbərlərinə tapşırıqlar vermişdir.

Seyran CAVADOV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video