21 Noyabr 2019 00:30
865
İQTİSADİYYAT
A- A+

DTF-nin tabeliyindəki zavodlarda 5 min ton toxum emal olunub


Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki Dövlət Toxum Fondunun (DTF) Xaçmaz və Şəki şəhərlərində yeni inşa edilmiş Toxum Emalı zavodlarında mövsüm ərzində 5000 ton yerli və xarici toxum emal olunub.

Müəssisələr saatda 5 ton toxum emal etmək gücünə malikdir və emal olunmuş toxum 25000 hektar ərazini keyfiyyətli toxumla təchiz edə bilər.

DTF-nin sədri Emin Əliyev bildirib ki, kənd təsərrüfatı bitkilərinin yeni sortlarından və keyfiyyətli toxumlardan istifadə ayrı-ayrı bitkilər üzrə məhsuldarlığı 20-30 faiz artırmağa imkan verir: "Bu baxımdan Dövlət Toxum Fondunun 2019-cu ildə istismara verdiyi Dənli Bitkilərin Toxumlarının Emalı zavodlarının fəaliyyəti xüsusi əhəmiyyət kəsb edir. Bu müəssisələrdə fermerlərdən toxum materialı qəbul edilir və emal olunaraq onlara təhvil verilir”.

Qeyd edək ki, emal prosesi dörd mərhələdən ibarətdir. İlk mərhələdə əsas daş qalıqları və iri saman çöpləri, ikinci mərhələdə xırda saman çöpləri və vələmir, üçüncü mərhələdə xırda buğdalar, dördüncü mərhələdə buğda köynəyi və boş buğdalar təmizlənərək kalibrləmə edilir. Təmizlənmiş buğdalar sürmə xəstəliyinə qarşı maddə ilə dərmanlanaraq 50 kiloqramlıq kisələrə qablaşdırılır.

Toxum Emalı zavodları inzibati binadan, toxumtəmizləyici mərkəzdən, emal prosesindən əvvəl toxum materialının boşaldılması və hazır toxumların saxlanılması üçün nəzərdə tutulan anbarlardan ibarətdir. Müəssisələrdə toxumun keyfiyyət və məhsuldarlıq parametrləri üzrə müayinə edilməsi üçün müasir standartlara uyğun laboratoriyalar quraşdırılıb.

Zavodların əsas üstünlüyü toxum emalını az itki ilə həyata keçirmələridir ki, bu da mövsumdə toxum istehsalçılarının yüksək reproduksiyalı toxumlarla təmin edilməsində vacib rol oynayır.

Keyfiyyətli toxum təchizatının həyata keçirilməsində ikinci vacib mərhələ toxumun fermerlərə əlçatanlığının təmin edilməsidir. Bu məqsədlə Toxum Fondunun yerlərdəki satış məntəqləri fəaliyyət göstərir. Artıq Xaçmaz və Zaqatalada "Toxumart” ticarət nişanı altında mərkəz fəaliyyət göstərir. Yaxın zamanlarda Cəlilabad rayonunda da "Toxumart” mağazası açılacaq. Bu mərkəzlərdə həm Toxum Fondunun toxum emalı müəssisələrində, həm də digər yerli toxum istehsalçılarının məhsulları ilə tanış olmaq və sifariş etmək mümkündür. "Toxumart” şəbəkəsinin bundan sonra genişlənərək ölkənin müxtəlif bölgələrində yaradılması nəzərdə tutulur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video