21 Noyabr 2019 00:29
1186
İQTİSADİYYAT
A- A+

Heyvandarlıq Gədəbəydə mühüm sahə hesab olunur


Örüş və su sarıdan problem olmasa, bu sahəni daha da inkişaf etdirmək mümkündür


Ölkəmizdə kənd təsərrüfatının əsas sahəsi olan heyvandarlığın inkişafı istiqamətində mühüm işlər həyata keçirilir. Mal-qaranın cins tərkibinin yaxşılaşdırılması, daha məhsuldar heyvan cinslərinin yetişdirilməsi ilə bağlı dövlətin göstərdiyi diqqət və qayğı öz bəhrəsini verməkdədir.

Xüsusilə "Heyvandarlığın maddi-texniki təchizatının yaxşılaşdırılması ilə bağlı tədbirlər haqqında” Prezident İlham Əliyevin imzaladığı sərəncamdan sonra bu istiqamətdə başlanan işlər daha da sürətlənmişdir.

Özünün gözəl təbiəti, füsunkar mənzərələri, eləcə də heyvandarlığın inkişafı üçün əlverişli şəraiti olan Gədəbəydə də son illər bu sahədə bir çox uğurlar qazanılmışdır. Hazırda rayonda 45,2 min baş qaramal, 233,3 min davar bəslənilir. Həyata keçirilən tədbirlər nəticəsində cari ilin ötən dövrü ərzində diri çəkidə 70 min tona yaxın ət istehsal edilmişdir ki, bu da əvvəlki ildəkindən 10 min ton çoxdur. Ümumiyyətlə, rayonda istər ət, istər süd, istərsə də yumurta istehsalı ildən-ilə artır. İndiyədək 385 min 707 sentner süd, 5 min 599 sentner yun, 7,4 milyon yumurta istehsalına nail olan Gədəbəy fermerləri bu rəqəmləri son hədd hesab etmirlər.

İndi rayonda elə fermerlər var ki, qısa vaxt ərzində mal-qaranın sayını iki dəfəyədək artırmışdır. Belə fermerlərdən biri Düzyurd kəndinin sakini İsrafil Kazımovdur. Son 3 ildə onun təsərrüfatında davarların baş sayı 4 minə, qaramalın sayı 350-yə çatmışdır. Hazırda təsərrüfatın mal-qarası Ceyrançöl qışlağındadır.

Söyüdlü kəndinin sakini Fərman Abdullayevin də əsas məşğuliyyəti heyvandarlıqdır. Cəmi 100 baş davar, 20 baş qaramalla təsərrüfat yaradan fermerin indi 3 min baş davarı, 120 baş isə qaramalı var. Fermer deyir ki, bəzi problemlər həll olunsa, heyvanların baş sayını daha da artıra bilər. Məsələn, mövcud heyvanların qış mövsümündə saxlanması üçün örüş yerləri azdır. Su problemi də var. Əgər bu məsələlər öz həllini tapsa, mal-qaranın sayını dəfələrlə artırmaq mümkündür.

Arıqdam kəndinin sakini Arzu Hüseynov da su və örüş problemi ilə üzləşdiyini söylədi. Dedi ki, hazırda təsərrüfatında 400 baş qaramal, 2 min baş davar var. Hər il əhaliyə min tonlarla ət və süd satır. Təsərrüfatında 30 nəfərədək həmkəndlisi işləyir. Lakin su və örüş yeri probleminin mövcudluğu heyvanların sayının artmasına imkan vermir. Bundan başqa, dediyinə görə, bir neçə dəfə kredit almaq üçün banklara müraciət edib. Lakin müraciətləri müsbət həll olunmayıb.

Bütün bunlara baxmayaraq, Gədəbəydə heyvandarlıq inkişaf edir. Fermer təsərrüfatlarından başqa ayrı-ayrı rayon sakinləri də qapısında mal-qara saxlayırlar. Bu həm özlərinin heyvandarlıq məhsullarına olan tələbatını ödəyir, həm də istehsal etdikləri məhsulu bazarlarda sataraq gəlir götürürlər.

Sabir ƏLİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video