20 Noyabr 2019 22:06
711
SİYASƏT
A- A+

Səfir: AZƏRTAC və Hindistanın xəbər agentlikləri arasında əlaqələrin genişlənməsini dəstəkləməyə hazırıq


AZƏRTAC və Hindistanın informasiya agentlikləri arasında əməkdaşlıq məsələləri müzakirə edilib.

İki ölkənin aparıcı xəbər agentliklərinin əlaqələrinin genişləndirilməsi AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanovun Hindistanın Azərbaycandakı səfiri Bavitlunq Vanalvavan ilə görüşündə nəzərdən keçirilib.

Görüşdə AZƏRTAC ilə Hindistan səfirliyinin işgüzar münasibətlərindən məmnunluq ifadə edilib. Qeyd olunub ki, iki ölkənin müxtəlif sahələrdə sıx əlaqələri fonunda onların əsas informasiya təchizatçılarının da əməkdaşlığı önəmlidir. Həm AZƏRTAC, həm də Hindistanın iki xəbər agentliyi - PTİ və ANİ Asiya və Sakit Okean İnformasiya Agentlikləri Təşkilatının (OANA) üzvüdür. Agentliklərin OANA çərçivəsində müəyyən əlaqələri olsa da, bunun rəsmi tərəfdaşlıq səviyyəsinə qaldırılmasına ehtiyac duyulur. Hindistan səfiri bu istiqamətdə lazımi dəstək göstərməyə hazır olduqlarını bildirib.

Görüşdə AZƏRTAC ilə səfirliyin birgə layihələr həyata keçirməsi, agentliyin jurnalistlərinin Hindistanda təlimlərdə iştirakı, həmçinin müasir medianın inkişafı meyilləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video