20 Noyabr 2019 22:01
932
İQTİSADİYYAT
A- A+

“Global Times”: Azərbaycan Çinin açıqlıq siyasətinin yaratdığı imkanlardan tam istifadə edəcək


Çin Kommunist Partiyasının rəsmi mətbu orqanlarından biri olan nüfuzlu "Global Times” qəzetində "Azərbaycan Çinin açıqlıq siyasətinin yaratdığı imkanlardan tam istifadə edəcək” sərlövhəli məqalə dərc olunub.

AZƏRTAC xəbər verir ki, Baş Nazirin müavini, Azərbaycan–Çin Hökumətlərarası Ticarət–İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Şahin Mustafayevlə müsahibə əsasında hazırlanan məqalədə Çin-Azərbaycan iqtisadi əməkdaşlığının hazırkı vəziyyəti və perspektivləri barədə danışılıb.

Məqalədə Cənubi Qafqaz regionunda, Avropa ilə Asiyanın kəsişməsində yerləşən Azərbaycanın Çinin "Bir kəmər, bir yol” təşəbbüsünün icrasındakı rolundan, bu ölkənin həyata keçirdiyi iqtisadi islahatların və açıqlıq siyasətinin əməkdaşlıq üçün yaratdığı imkanlardan, habelə ötən ildən keçirilən illik beynəlxalq idxal sərgilərinin Azərbaycan ilə Çin arasında ticarətin inkişafına verdiyi töhfələrdən danışılıb.

Qeyd edilib ki, Azərbaycan Çinin idxal məhsullarına artan tələbatını təmin etmək üçün keçirilən builki Çin Beynəlxalq İdxal Sərgisində geniş heyətlə təmsil olunub. Sərgidə Azərbaycanın 26 şirkətinin 500-dən çox məhsulu, xüsusən də kənd təsərrüfatı və qida məhsulları nümayiş etdirilib.

Baş Nazirin müavini iki ölkə arasında iqtisadi əlaqələrin sürətlə inkişaf etdiyini, bunun bariz nümunəsi kimi yanvar-sentyabr aylarında ticarət dövriyyəsinin ötən ilin eyni dövrü ilə müqayisədə 96 faiz artdığını deyib. Bildirilib ki, Azərbaycan Cənubi Qafqazda Çinin vacib ticarət tərəfdaşıdır.

Məqalədə Azərbaycanın "Bir kəmər, bir yol” təşəbbüsünü dəstəkləyən ilk ölkələrdən biri olduğu, 2015-ci ildə iki ölkə arasında "İpək Yolu İqtisadi Kəməri”nin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumunun imzalandığı, Prezident İlham Əliyevin cari ilin aprelində Pekində 2-ci "Bir kəmər, bir yol” beynəlxalq əməkdaşlıq forumunda iştirakı qeyd edilib. Bununla Azərbaycan "Bir kəmər, bir yol” təşəbbüsünə tam dəstəyini ifadə edib.

Vurğulanıb ki, iki ölkə nəqliyyat sahəsində də uğurla əməkdaşlıq edir, Çin mallarının Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi vasitəsilə Avropaya daşınması həyata keçirilir.

"Global Times” qəzeti oxucularına Azərbaycanın nəqliyyat-logistika imkanları, o cümlədən Şərq-Qərb, Şimal-Cənub, Cənub-Qərb, Şimal-Qərb nəqliyyat dəhlizləri, Bakı-Tbilisi-Qars dəmir yolu xətti, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, habelə yenilənən avtomobil və dəmir yolları şəbəkəsi haqqında məlumat verib. Dünya İqtisadi Forumunun Qlobal Rəqabətlilik Hesabatında Azərbaycanın infrastrukturun səviyyəsinə görə 31-ci, dəmir yollarının səmərəliliyinə görə 11-ci, hava nəqliyyatının səmərəliliyinə görə 12-ci, dəniz limanlarının səmərəliliyinə görə isə 25-ci yerdə qərarlaşması, Dünya Bankının 2020-ci il üzrə "Doing Business” hesabatında Azərbaycanın ən islahatçı 20 ölkə sırasında yer alması vurğulanıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video