20 Noyabr 2019 16:42
794
DÜNYA
A- A+

Əfqanıstanda iki amerikalı hərbçi həlak oldu

Əfqanıstanda helikopterin qəzaya uğraması nəticəsində iki amerikalı hərbi qulluqçu həlak olmuşdur. Bu barədə "Röyter” agentliyi ABŞ qoşunlarının bəyanatına istindən xəbər verir.

Bəyanatda deyilir ki, qəzanın səbəbi aydınlaşdırılır, amma ilkin məlumata görə, helikopterin düşmən silahı ilə vurulduğunu iddia etmək üçün əsas yoxdur.

Bu arada "Taliban” hərəkatı iddia etmişdir ki, ABŞ ordusunun "Chinook” hərbi nəqliyyat helikopterini qruplaşmanın silahlıları vurmuşlar. Taliblərin rəsmi nümayəndəsi Zəbihulla Mücahid bildirmişdir ki, helikopter Loğar əyalətinin Şərx qəzasının ərazisində vurulmuş, yerə düşdükdən sonra tamamilə yanmışdır. O əlavə etmişdir ki, helikopterdə olan 54 əcnəbi və əfqan hərbçisinin hamısı həlak olmuşdur.

Əfqanıstan hakimiyyət orqanları və ABŞ qoşunlarının nümayəndələri bu məlumatı hələ ki şərh etməmişlər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video