20 Noyabr 2019 16:21
1609
Elm və texnika
A- A+

Cəlil Məmmədquluzadənin nəticəsi Azərbaycana necə gəldi?


AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsi Cəlil Məmmədquluzadənin nəslinin davamçılarının Azərbaycana gəlməsi ilə bağlı məlumat yayıb.

Məlumatda bildirilir ki, Cəlil Məmmədquluzadənin oğlu Ənvər Məmmədquluzadə 1942-ci ildə Bakını tərk edib, ailəsi ilə birlikdə Tehrana köçüb. Uzun müddət onlar haqqında Azərbaycanda məlumat olmayıb. 1992-ci ildə akademik İsa Həbibbəyli Tehranda o nəslin nümayəndələrini tapıb və görüşə bilib. Çünki onlar özləri də müxtəlif səbəblərdən nəslin nümayəndələri olduğunu etiraf etmək istəməyiblər. 1992-ci ildə Tehranda akademik İsa Həbibbəyli Cəlil Məmmədquluzadənin nəvəsi Teymur Cavanşiri, onun bacısı İrena Cavanşiri və qardaşı Midhət Cavanşiri (Bakıya gələn Martin Cavanşirinin atası) ilə görüşüb. Həmin dövrdə mətbuatda, qəzetlərdə bu barədə geniş yazılıb. Hətta hazırda Bakıda səfərdə olan Martin Cavanşiri həmin qəzeti özündə saxladığını bildirib. Daha sonra İsa Həbibbəyli Midhət Cavanşiri ilə Tehranda müxtəlif illərdə bir neçə dəfə görüşüb.

Çox təəssüf ki, ciddi cəhdlərə baxmayaraq ədibin nəvələrinin Azərbaycana gəlişi baş tutmayıb. Professor Vilayət Quliyevin yazdığı kimi, İsa Həbibbəylinin təşəbbüsü ilə 2009-cu ildə Cəlil Məmmədquluzadənin 140 illik yubileyi ərəfəsində ədibin Polşada yaşayan nəticəsi Martin Cavanşiri ilə əlaqə yaradılıb. Lakin bu dəfə də onların Azərbaycana səfərləri alınmayıb.

Hafiztimes.com saytının redaktoru Hafiz Əhmədovun müsahibəsi bu əlaqənin yenidən qurulması üçün əhəmiyyətli olub. Onun vasitəsilə ədibin kötücəsi Pşemişlav Cavanşirinin "Facebook” ünvanını əldə edə bildik. Daha sonra e-mail vasitəsilə ilə atası, ədibin nəticəsi Martin Cavanşiri ilə polyak dilində yazışmalar apardıq. Nəticədə onların Cəlil Məmmədquluzadənin 150 illik yubileyində iştirak etmələrinə nail ola bildik. Bu işdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə, Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirova, Azərbaycanın Polşadakı səfiri Həsən Həsənova, o cümlədən əlaqənin qurulmasında xidməti olan Hafiz Əhmədova minnətdarlıq düşür.

Qeyd edək ki, İsa Həbibbəyli 2019-cu il noyabrın 18-də saat 14:00-da Hafiz Əhmədov ilə telefon əlaqəsi yaradaraq onu Bakıdakı tədbirlərdə iştirak etməyə dəvət edib. Lazım olan zəruri xərcləri də öz üzərinə götürdüyünü bildirib.

Böyük ədibimiz Cəlil Məmmədquluzadənin nəslinin davamçılarının ulu babalarının Vətəninə gəlmələri hər birimiz üçün qürurverici hadisədir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video