Alternative content

11:57 16 Dekabr 2019
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Alüminium” VI Bakı Beynəlxalq Müasir İncəsənət Biennalesi çərçivəsində ekspozisiyaların açılışı olub
“Alüminium” VI Bakı Beynəlxalq Müasir İncəsənət Biennalesi çərçivəsində ekspozisiyaların açılışı olub
ANA SƏHİFƏ / Mədəniyyət
16:19 20.11.2019

Bu dəfə dünyanın 17 ölkəsindən 40-dan çox xarici rəssam dəvət edilib


Bu dəfə dünyanın 17 ölkəsindən 40-dan çox xarici rəssam dəvət edilib. Azərbaycandan isə biennaledə 30-dək rəssam iştirak edir. Onlar biennale çərçivəsində görüşüb öz əsərlərini nümayiş etdirəcək və bəşəriyyəti düşündürən suallara birlikdə cavab tapmağa çalışacaqlar. Bu da onu göstərir ki, həqiqətən Azərbaycanda müasir incəsənət sahəsində görülən işlər öz bəhrəsini verib və bizim ölkə dünya səviyyəsində bir mədəniyyət ölkəsi kimi tanınır, qəbul edilir.

AZƏRTAC xəbər verir ki, bu sözləri noyabrın 20-də Şirvanşahlar Sarayında "Alüminium” VI Bakı Beynəlxalq Müasir İncəsənət Biennalesi çərçivəsində ekspozisiyaların açılışı və layihələrin təqdimatı mərasimində Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Qalib Qasımov deyib.

Bildirib ki, noyabrın 20-dən 25-dək Bakıda "Alüminium” VI Bakı Beynəlxalq Müasir İncəsənət Biennalesi keçiriləcək. Onun sözlərinə görə, biennalenin strateji hədəfi müasir incəsənətin inkişafı, xarici ölkələrdə müasir incəsənət sahəsində baş verən yenilik və təmayüllərin Azərbaycanla uzlaşdırılması və rəssamlar arasında dialoq yaradılmasıdır:

Sonra İçərişəhər Muzey Mərkəzinin direktoru Əminə Məlikova və biennalenin kuratoru Dilara Vahabova çıxış ediblər.

Çıxışlardan sonra qonaqlar ekspozisiyalarla tanış olublar.

Qeyd edək ki, 2003-cü ildən etibarən ənənəvi olaraq Bakıda keçirilən "Alüminium” Bakı Beynəlxalq Müasir İncəsənət Biennalesində dünyanın onlarla ölkəsindən olan rəssamlar, sənətşünaslar, kuratorlar iştirak edirlər. Biennalenin təşkilatçıları Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Rəssamlar İttifaqıdır.

Biennaledə rəngkarlıq, qrafika, heykəltəraşlıq, installyasiya, video-art, fotoəsərlər, habelə Azərbaycan, Almaniya və Gürcüstan rəssamlarının performansları nümayiş olunacaq.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM