20 Noyabr 2019 15:28
853
Təhsil
A- A+

BANM ilə Hindistan universitetləri arasında əməkdaşlıqla bağlı müzakirələr aparılıb


Bakı Ali Neft Məktəbində (BANM) Hindistanın Azərbaycandakı səfiri Bavitlunq Vanlalvavna ilə görüş keçirilib.

BANM-dən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə B.Vanlalvavna bu təhsil müəssisəsinin kampusu, laboratoriyaları, tədris otaqları, konfrans və idman zalları ilə tanış olub. Qonağa ali məktəbin tarixi, fəaliyyət istiqamətləri, həyata keçirilən davamlı islahatlar və yeniliklər, professor-müəllim heyətinin, tələbələrin uğurları barədə ətraflı məlumat verilib.

Görüşdə qarşılıqlı əməkdaşlıq, xüsusilə bir neçə hindistanlı tələbənin BANM-də təhsilə cəlb olunması kimi məsələlər müzakirə olunub.

BANM-in tədris və elmi işlər üzrə prorektoru ali məktəbin fəaliyyətində beynəlxalq əlaqələrin xüsusi rol oynadığını və yarandığı gündən etibarən dünyanın nüfuzlu universitetləri ilə əməkdaşlığa önəm verdiyini vurğulayıb. Böyük Britaniyanın Heriot-Vatt Universiteti ilə əməkdaşlıqdan söz açan prorektor gələcəkdə Hindistan universitetləri ilə qarşılıqlı əlaqələrin qurulmasının mümkünlüyünü bildirib.

Səfir B. Vanlalvavna təklifləri yüksək dəyərləndirərək hindistanlı gənclərin BANM-də təhsil alması üçün dəstəyə hazır olduqlarını qeyd edib.

"Bakıda və regionlarda fəaliyyət göstərən müxtəlif ali təhsil müəssisələrində olmuşuq. Biz son zamanlar Azərbaycan təhsil sistemində modernləşmə meyillərini hiss edirik. Bakı Ali Neft Məktəbi də istər tədris sistemi, istərsə də infrastrukturu ilə Azərbaycanın ən müasir təhsil ocaqlarından biridir. Xüsusilə burada diqqətimizi təhsillə iş imkanlarının uyğunlaşdırılması çəkdi. Hər il Hindistanda 70 milyon məzun buraxılışı həyata keçirilir. Gənclər hər yerdə yüksək təhsil və iş imkanlarını nəzərdən keçirirlər. Bu baxımdan təmsil etdiyiniz universitetlə əməkdaşlıq üçün bütün zəruri dəstəyi göstərməyə hazırıq”, - deyə səfir qeyd edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video