20 Noyabr 2019 12:48
499
İQTİSADİYYAT
A- A+

Azərbaycan Gürcüstanın ticarət tərəfdaşları sırasında dördüncüdür


Cari ilin yanvar–oktyabr aylarında Azərbaycan ilə Gürcüstan arasında ticarət dövriyyəsi 727,8 milyon dollardan çox olub.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika Xidməti məlumat yayıb. Bildirilir ki, Azərbaycan bu göstərici ilə Gürcüstanın xarici ticarət tərəfdaşları sırasında dördüncü yerdədir.

Siyahıya 1,5 milyard dollarla Türkiyə başçılıq edir. Gürcüstanın xarici ticarətində Türkiyənin payı 14,2 faiz təşkil edib. İkinci yerdə 1,2 milyard dollarla Rusiya, üçüncü yerdə isə 871,8 milyon dollarla Çin qərarlaşıb.

Hesabat dövründə Gürcüstanın xarici ticarət dövriyyəsi pərakəndə satış nəzərə alınmadan 10,4 milyard dollara yaxın olub. Xarici ticarətdə 4,3 milyard dollarlıq mənfi saldo yaranıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video