20 Noyabr 2019 12:32
553
CƏMİYYƏT
A- A+

Şəhid ailələrinə, Qarabağ müharibəsi və 20 Yanvar əlillərinə daha 50 mənzil verilib


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Abşeron rayonunun Məmmədli kəndində yeni yaşayış binalarından alınmış tam təmirli 50 mənzil şəhid ailələrinə, Qarabağ müharibəsi və 20 Yanvar əlillərinə təqdim edilib.

AZƏRTAC-ın məlumatına görə, mənzillərin açarlarının təqdim olunması mərasimində Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Vüsal Nəsirli bildirib ki, Prezident İlham Əliyevin uğurlu sosial siyasətinə uyğun olaraq, həssas qruplardan olan vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir. Bu tədbirlər sırasında mənzillə təminat proqramı xüsusi yer tutur.

2018-ci ildə şəhid ailələri və ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərə nəzərdə tutulduğundan 3 dəfə çox olmaqla, 626 mənzil təqdim edilibsə, 2019-cu ildə onlara 934 mənzilin və fərdi yaşayış evinin verilməsi planlaşdırılıb. Artıq bu ilin ötən dövründə 347 mənzil və fərdi ev vətəndaşların istifadəsinə verilib.

Nazir müavini bildirib ki, 2018-ci ildə 265 müharibə əlilinə avtomobil verilib. Cari ildə isə nəzərdə tutulduğundan 3,2 dəfə çox olmaqla 600-ə yaxın avtomobilin verilməsi planlaşdırılıb. Bu ilin ötən dövründə onlardan artıq 427 avtomobil müharibə əlillərinə təqdim edilib. Beləliklə, indiyədək nazirlik tərəfindən bu kateqoriyadan olan vətəndaşlara 6400-dək minik avtomobili verilib.

Tədbirdə qeyd edilib ki, sosial sahədə inqilabi addımlar olaraq cari ildə ölkəmizdə minimum əməkhaqqı iki dəfəyə yaxın, minimum pensiya 72,4 faiz, sosial müavinət və Prezidentin aylıq təqaüdləri orta hesabla 100 faiz artırılıb. Bu və digər mühüm sosial önəm kəsb edən tədbirlər ümumilikdə 4,2 milyon vətəndaşın rifahına ciddi dəstək olub. Eyni zamanda, Prezidentin aylıq təqaüdü şəhid ailələri üçün 242 manatdan 300 manata çatdırılıb, müharibə əlilləri üçün sosial müavinət və təqaüdlər orta hesabla 100 faiz artırılıb. I qrup əlilliyi olanlara (o cümlədən I qrup müharibə və 20 Yanvar əlillərinə) qulluq edənlər və müharibə veteranları üçün Prezidentin aylıq təqaüdü təsis olunub.

Mənzillərlə təmin edilən vətəndaşlar Prezident İlham Əliyevin şəhid ailələrinə, müharibə və 20 Yanvar əlillərinə böyük qayğısının daha bir təzahürü kimi, müasir tələblərə uyğun yaşayış şəraitinə malik mənzillərin onlara təqdim edilməsindən sevinc hissi keçirdiklərini vurğulayıblar. Onlar həmişə özlərini dövlətin qayğısı əhatəsində hiss etdiklərini və bu qayğının ildən-ilə artdığını bildirib, dövlətimizin başçısına dərin minnətdarlıqlarını ifadə ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video