Alternative content

01:03 15 Dekabr 2019
ONLINE XƏBƏR LENTİ
00:31 15.12.2019 Təbiətin Səttar rəngi
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Onlar səadət və xoşbəxtlik rəmzi olsalar da...
Onlar səadət və xoşbəxtlik rəmzi olsalar da...
ANA SƏHİFƏ / SİYASƏT
00:54 20.11.2019


Dünyada 2 milyondan çox uşaq döyüş bölgələrində məhv edilmiş, 4 milyonu isə şikəstə çevrilmişdir


Özülü məhəbbət və sevgi ilə qoyulan ailənin uzunömürlülüyünə şübhə yoxdur. Körpələr isə səadət və xoşbəxtlik rəmzi olaraq ailənin bütövlüyü, nəslin davamı deməkdir. Amma dünyaya gələn körpələrin böyüdükcə artan qayğıları azalırmı, yaxud onlara həmişə diqqət göstərilirmi? Bu kimi suallara cavab olaraq dünya miqyasında bir sıra qanunlar mövcuddur. 1924-cü ildə ilk dəfə olaraq uşaqların hüquqlarını təmin edən bəyannamə də qəbul edilib.

Körpələrin dünyaya gəlişindən başlayaraq, onların cəmiyyətin aparıcı təbəqəsinə çevrilənədək qayğısının çəkilməsi bütünlüklə bəşəriyyəti düşündürən məsələdir. Birinci Dünya müharibəsinin şahidi Eglantyne Djebb həmin illərin dəhşətlərindən sarsılaraq uşaqların xüsusi müdafiəyə ehtiyacını anlayıb. Ona görə də bacısı Doroti Bakstonun köməyi ilə 1919-cu ildə uşaqlara yardım edib. Hətta onların müdafiəsini təmin etmək üçün Londonda Uşaqlara Yardım Fondunun əsasını qoyub.

1954-cü ildə BMT-nin Baş Assambleyasının qəbul etdiyi IX qətnaməyə əsasən isə 20 Noyabr Ümumdünya Uşaqlar Günü kimi qeyd olunur. Lakin bu heç də o demək deyil ki, uşaqlar səadət və xoşbəxtliyin rəmzi kimi qorunur, bəlalardan hifz olunur. Bu mənada təəssüf doğuran hallar da az deyil. Onlardan biri də uşaqların milli və etnik zəmində dünyadakı mövcud münaqişələrin bəlasına tuş gəlmələridir. Belə ki, onlar da döyüşlərdə hədəfə alınır, yaralanır, öldürülür, fiziki, psixoloji təcavüzlərə məruz qalırlar. Qarşıdurmalar əsasında uşaq ölümlərinin 5 faizi birbaşa hədəfə alınaraq məhv edilmələri olmuşdursa, qalanları isə aclıq və xəstəliklərdən dünyasını dəyişənlərdir. Son on-on beş ildə 2 milyondan çox uşaq döyüş bölgələrində məhv edilmiş, 4 milyonu isə şikəstə çevrilmişdir. Döyüşlər zamanı və sonra yaralanmaların və şikəstliklərin əsas səbəblərindən biri də minalardır. Dünyada 70-dən çox ölkədə 60 milyondan çox minanın basdırıldığı məlum olmuşdur ki, onların da əsas qurbanları məhz uşaq və yeniyetmələrdir.

Prezident İlham Əliyevin Ermənistanın təcavüzkar siyasətinin hələ də davam etdirməsinə və buna görə isə heç bir beynəlxalq sanksiyaya məruz qalmamasına təəssüfünü bildirərkən münaqişədə daha çox dəhşətlərə məruz qalanların arasında günahsız uşaqların, azyaşlıların və yenicə doğulan körpələrin də olması faktını xüsusi vurğulayaraq qeyd etmişdir ki, artıq uşaqların öldürülməsi Ermənistan silahlı qüvvələrinin şüurlu şəkildə seçilmiş hərbi taktikası olduğu göz qabağındadır: "Bu, plan üzrə həyata keçirilən və sabit təkrarlanan bir hərbi cinayət metodudur və buna laqeyd qalmaq artıq cinayətkarı yeni qətllərə şirnikləndirmək olardı”.

Ermənistanla müharibə zamanı ölkəmizdə də uşaqlara dəyən fiziki, mənəvi zərbələr sözlə ifadə olunmayacaq dərəcədə ağır olub. Təkcə onu deyək ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində 300 mindən çox uşaq qaçqın və məcburi köçkün vəziyyətinə düşərək ağır şəraitdə yaşamağa məcbur olmuşdur. Minlərlə uşaq isə ya ata-anasının hər ikisini, yaxud da valideynlərindən birini itirmişdir. Daha dəhşətlisi isə əsir aparılan, girov götürülən azərbaycanlı uşaqların orqanlarının çıxarılaraq ömürlük şikəstə çevrilməsi faktlarının mövcudluğudur. Həmçinin aparılmış araşdırmalar göstərir ki, yüzlərlə qadın və uşaq girovluqda ən vəhşi metodlarla öldürülmüşdür.

Artıq bir çox ölkələrdə narkotik vasitələrin daşınmasında uşaqlardan istifadə edilməsi, onların mənəvi pozğunluq, bir sıra məişət zorakılıqlarına sürüklənməsi faktlarına qarşı geniş mübarizə aparılır. Bu kimi neqativ hallarla, adətən, kimsəsiz, evsiz-eşiksiz uşaqlar üzləşirlər. Belə hallara qarşı mübarizə aparan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə "Hər bir uşağın ailəyə ehtiyacı var” adlı həyata keçirilən layihə xüsusi önəm daşıyır.

Bütün dünyada uşaqların hüquqlarının qorunması müqəddəs vəzifə, borc sayılır. Bu səbəbdən 20 noyabr 1989-cu ildə BMT-nin Baş Assambleyası tərəfindən qəbul edilmiş "Uşaq hüquqları haqqında” Konvensiya əsas beynəlxalq sənəd hesab olunur.

Ölkəmizdə uşaqlara qayğının dövlət səviyyəsində, yüksək şəkildə təşkili beynəlxalq birlikdə nümunəyə çevrilib. Dövlətin xüsusi qayğı göstərdiyi belə kövrək qruplardan biri də valideyn himayəsindən məhrum olmuş uşaqlardır. Bu kateqoriyadan olanların orta ixtisas və ali təhsil aldığı müddətdə müdafiəsini təmin etmək üçün Azərbaycan Respublikasının "Yetim və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanunu qəbul edilib.

Uşaqların sağlamlığının qorunması dövlətimizin ən ümdə vəzifəsinə çevrilib. Ötən illər ərzində Azərbaycan səhiyyəsinin bir çox sahələrində olduğu kimi, ana və uşaqların mühafizəsi işində də nailiyyətlər əldə edilib. Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Heydər Əliyev Fondu və UNICEF-lə birlikdə uşaqların öz hüquqları ilə bağlı qərarların qəbul edilməsində iştirakını təmin etmək və təkliflər vermək imkanı yaratmaq məqsədilə ümumrespublika forumları keçirib.

Geniş ictimaiyyətə məlumdur ki, uşaq hüquqlarının müdafiəsi ilə bağlı Azərbaycanda artıq qanunvericilik bazası formalaşıb, "Uşaq hüquqları haqqında” qanun və bəzi digər hüquqi normativ aktlar qəbul edilib. 2002-ci ilin may ayında Azərbaycan nümayəndə heyətinin BMT-nin Baş Assambleyasının uşaqlara həsr olunmuş xüsusi sessiyasında fəal iştirakını, həmçinin 2004-cü ildə Azərbaycanın Beynəlxalq Əmək Təşkilatının "Uşaq əməyinin ən pis formalarının ləğv edilməsi” haqqında 182 saylı konvensiyasına və eyni adlı tövsiyəsinə, eləcə də Beynəlxalq Övladlığa Götürməyə dair Haaqa Konvensiyasına qoşulmasını da bura əlavə etsək, ətraflı şərhə ehtiyac olmaz.

Ölkəmizdə də uşaqların sosial və hüquqi müdafiəsi ilə bağlı məsələlər Konstitusiya, qanunverici və normativ-hüquqi aktlarla tənzimlənir. Bu sahədə əsas normativ sənəd 1998-ci il mayın 19-da qəbul edilmiş "Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunudur. Bu qanun uşaqların beynəlxalq səviyyədə təsbit olunmuş əsas hüquq və azadlıqlarının reallaşdırılması üçün dövlətin vəzifələrini özündə əks etdirir. Uşaqların müdafiəsi ilə bağlı əhəmiyyətli tədbirlər artıq silsilə xarakteri daşıyır. Belə ki, müəyyən olunmuş 34 sosial-humanitar müavinət növündən 6-sı uşaqlara yönəlmişdir.

Bütün bunlarla yanaşı, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zamanı uşaqların hüquqları kobudcasına pozulmuşdur. 2011-ci il martın 8-də Ağdamda doqquz yaşlı Farizin, eləcə də hələ 1989-cu il iyul ayının 20-də Kəlbəcərdə 8 azyaşlı oğlan uşağının futbol meydançasında ermənilər tərəfindən qətlə yetirilməsi bir daha təsdiqlədi ki, bədnam qonşularımız insanlığa sığmayan vəhşiliklər, analoqu olmayan zorakılıqlar törətməkdən əl çəkmir. Elə bölgə və kəndlərimiz var ki, orada ilk şəhidlərimiz məhz uşaqlar olub. Kəlbəcərin 8 məktəbyaşlı oğlan uşağının da 20 iyul 1989-cu il tarixdə qismətinə ilk şəhidlik payı düşmüşdü. Ermənilərin qətlə yetirdiyi - Sahil Məmmədov (10 yaş), Razim Salmanov (8 yaş), Anar Valehov (7 yaş), Cahid İbişov (10 yaş), Səxavət Abbasov (14 yaş), Natiq Əsgərov (14 yaş), Bəxtiyar Xəlilov (11 yaş) və Azər Orucov (7 yaş) kimi fidanların günahı nə idi? Onlar ermənilərə nə etmişdilər?

1994-cü ildə və 2011-ci il iyulun 14-də Tovuz rayonunun Əlibəyli kəndində oyuncaqlara partlayıcı qurğu quraşdırmaqla 3 azyaşlı uşağın ölümünə, iki nəfərin isə yaralanmasına səbəb olmaq və 2011-ci ilin martında isə səkkiz yaşlını snayper atəşilə qətlə yetirmək göstərir ki, erməni tərəfi körpələri hədəfə almaqda israrlıdır və acınacaqlısı isə odur ki, nəzərdə tutulan bu qeyri-insani taktika getdikcə intensivləşməkdədir.

Uşaq qatilləri kimi tanınan daşnak erməni vandalları növbəti dəfə Füzuli rayonunun Alxanlı kəndini hədəf seçərək, orada dinc sakinləri iriçaplı pulemyotlardan atəşə tutanda yenicə ayaq açmağa başlayan körpə Zəhra xain düşmənin gülləsinin qurbanı oldu. O, nənəsi ilə birlikdə hədəf seçilmişdi. Ona görə ki, azərbaycanlı balası idi.

Son 10 ildə müharibə zonalarında 2 milyona yaxın uşaq qətlə yetirilib. Onların arasında azərbaycanlı uşaqlar da az olmayıb. Balaca Zəhranın qətli isə erməni silahlılarının törətdiyi ilk belə hadisə deyil...

Daşnakların törətdiyi soyqırımıları nəticəsində minlərlə uşaq valideyn himayəsindən məhrum olmuş, yaşamaq hüquqları pozulmuşdur. Körpələrə qarşı təcavüzə, zorakılığa, terrora yol verən, bunu özünün çirkin məqsədi kimi həyata keçirən erməni vandallarının vəhşi hərəkətlərinə, daha dəqiq desək, vandalizm siyasətinə qətiyyətlə son qoyulmalıdır! Bəşəriyyət irqindən, dinindən, millətindən asılı olmayaraq uşaqları qorumalıdır.

Məhəmməd NƏRİMANOĞLU,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM