Alternative content

08:47 24 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV oxucuların suallarına cavab verir
oxucuların suallarına cavab verir
ANA SƏHİFƏ / Hüquq məsləhəti
12:11 25.11.2012

 

Qardaşım atamın vərəsəsi olmaq hüququndan məhrum edilmişdir. Bu yaxınlarda anam da vəfat edib. Amma o, vəsiyyətnamə yazmayıb. Belə olan halda, qardaşımın anamın mirasından pay almaq hüququ var?

 

Bədayə Quluyeva,

Xaçmaz rayonu

 

- Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1141-ci maddəsinə görə, vərəsəlik hüququndan məhrum edilmə vərəsəlik hüququndan məhrum edilmiş həmin şəxsin başqa miras qoyanın əmlakının vərəsəsi olmasına maneçilik törətmir. Həmin məcəllənin 1159.1.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı birinci növbədə, ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar.

Buna görə də, qardaşınızın atanızın vərəsəsi olmaq hüququndan məhrum edilməsi onu ananızın miras əmlakından qanun üzrə vərəsə kimi pay almaq hüququndan məhrum etmir.  

 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə şikayətlə müraciət etmək istəyirəm. Bunun üçün vəkilin məcburi iştirakı və dövlət rüsumunun ödənilməsi tələb edilirmi? 

 

Pərviz Həsənzadə,

Sumqayıt şəhəri

 

- "Konstitusiya Məhkəməsi haqqında" Azərbaycan Respublikası Qanununun 34-cü maddəsi şikayətin məzmununa dair tələbləri, 35-ci maddəsi isə şikayətə qoşulan sənədlərin siyahısını müəyyənləşdirir. Adı çəkilən qanunun 50.1-ci maddəsi isə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində icraatın ödənişsiz olmasını nəzərdə tutur.

Beləliklə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə şikayətlə müraciət etmək üçün dövlət rüsumunun ödənilməsi və vəkilin məcburi iştirakı tələb olunmur.

Məlumat üçün qeyd edək ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi sədrinin 2004-cü il 14 yanvar tarixli 1 nömrəli sərəncamı ilə "Konstitusiya Məhkəməsinə verilən şikayətə dair Tələblər" təsdiq edilmişdir. Sözügedən "Tələblər" məhkəmənin rəsmi internet səhifəsində (www.constcourt.gov.az) yerləşdirilmişdir.

 

Cavablandırdı:

Dünyamin NOVRUZOV,

Bakı Hüquq Mərkəzinin hüquq məsləhətçisi