Alternative content

01:22 15 Dekabr 2019
ONLINE XƏBƏR LENTİ
00:31 15.12.2019 Təbiətin Səttar rəngi
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Sənaye məhsulları istehsalında 1,4 faiz artım var
Sənaye məhsulları istehsalında 1,4 faiz artım var
ANA SƏHİFƏ / İQTİSADİYYAT
00:45 20.11.2019


Ölkə üzrə 10 ay ərzində 38,1 milyard manatlıq və ya 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,4 faiz çox sənaye məhsulları istehsal edilmişdir. Sənayenin qeyri-neft-qaz sektorunda məhsul istehsalı 14,5 faiz artmışdır.

Dövlət Statistika Komitəsinin bu barədə məlumatında daha sonra bildirilir ki, sənaye məhsullarının 70,3 faizi mədənçıxarma, 24,9 faizi emal, 4,1 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,7 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunmuşdur. Mədənçıxarma sektorunda neft hasilatı 3,3 faiz azalmış, əmtəəlik qaz hasilatı isə 27,8 faiz artmışdır.

Emal sektorunda ağacın emalı və ağacdan məmulatların istehsalı 85,3 faiz, hazır metal məmulatlarının istehsalı 83,5, tütün məmulatlarının istehsalı 67,6, içkilərin istehsalı 39,5, kompüter, elektron və optik məhsulların istehsalı 37,1, toxuculuq sənayesi məhsullarının istehsalı 37, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 30,4, mebel istehsalı 29,5, kimya sənayesi məhsullarının istehsalı 26,5, kağız və karton istehsalı 24,6, poliqrafiya məhsullarının istehsalı 23,9, rezin və plastik kütlə məmulatlarının istehsalı 22,7, əczaçılıq məhsullarının istehsalı 20,8, qida məhsullarının istehsalı 13,9, geyim istehsalı 12, elektrik avadanlıqlarının istehsalı 6,8, maşın və avadanlıqların istehsalı 4,5, tikinti materiallarının istehsalı 3,8 faiz artmış, neft məhsullarının istehsalı 4,8, sair nəqliyyat vasitələrinin istehsalı 10,8, metallurgiya sənayesi məhsullarının istehsalı 12,6, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 26,2, avtomobil, qoşqu və yarımqoşquların istehsalı isə 30,7 faiz azalmışdır.

Artım, həmçinin elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı və su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında qeydə alınmışdır - müvafiq olaraq 2,4 və 6,4 faiz.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM