Alternative content

01:08 15 Dekabr 2019
ONLINE XƏBƏR LENTİ
00:31 15.12.2019 Təbiətin Səttar rəngi
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV İnsaf yoxsa, israf var
İnsaf yoxsa, israf var
ANA SƏHİFƏ / İQTİSADİYYAT
00:43 20.11.2019


Toxunmaq istədiyimiz mövzunun məzmun və əhəmiyyəti baxımından başlığa çıxardığımız "insaf” və "israf” sözləri bəlkə də ya yerinə düşmür, ya da çox yumşaq yanaşma təsiri bağışlayır. Çünki söhbət səxavətdən irəli gələn israfçı insafsızlardan yox, şəxsi maraqlarının təminatına, loru dillə desək, nəfslərinə hakim kəsilə bilməyib dövlətin və xalqın vəsaitinə atasının mirası kimi sahib çıxanlardan gedir. O üzdən onların israfçılığı bədxərcliklərinin nəticəsi olmadığı kimi, insafsızlıqları da humanistliklərinin azlığından xəbər vermir.

Bu qara azarın bir adı var ki, onu da Prezident İlham Əliyev xüsusən son vaxtlar kadr islahatları çərçivəsində qəbul etdiyi məmurlarla apardığı söhbətlərdə, verdiyi tapşırıqlarda daha çox xatırladır. Həm də təkcə xatırlatmır, eyni zamanda dönə-dönə bəyan edir ki, həmin azara tutulanlara aman verilməyəcək, onlar ciddi cəzalanacaqlar. "Korrupsiya, rüşvətxorluq Azərbaycanın gündəliyindən düşməlidir” deyən dövlət başçısı mərkəzi və yerli icra orqanlarının rəhbərlərini xəbərdar edir: "...Əsas məsələ ondadır ki, rəhbərlik və hakimiyyət, o cümlədən yerli icra orqanları bu məsələyə necə münasibət göstərirlər. Əgər gözlərini yumarlarsa, yaxud da ki, özləri bu çirkin işlərə qarışarlarsa, əlbəttə ki, layiqli cəzalarını da alacaqlar”.

Təbii ki, Prezident tərəfindən haqqında bəhs edilən məsələyə sözdə və əməldə bu cür qətiyyət nümayiş olunması təsadüfi deyil. Heydər Əliyevin təməlini qoyduğu, İlham Əliyevinsə inkişaf etdirib pik nöqtəsinə çatdırdığı müstəqil neft strategiyasının reallaşması nəticəsində ölkəyə daxil olan külli miqdarda vəsait bəzi icra orqanlarının, xüsusən də müxtəlif yönlü infrastrukturun yenidən qurulmasında birbaşa və ya dolayı iştirak edən qurumların rəhbərlərini çaşdırdı və onlar getdikcə büdcənin qəniminə çevrilməyə başladılar. Hətta o dərəcədə ki, gördükləri işin dəyərini iki yox, dörd-beş dəfə şişirtməkdən çəkinmədilər. Nəticəsi nə oldu - az qala dünyada ən baha başa gələn yol, körpü, təhsil, səhiyyə, inzibati binalar, digər infrastruktur layihələri və s.

"Hər ilin sonunda büdcə müzakirə olunarkən sifarişlər göndərirlər. Özü də orada şişirdilmiş rəqəmlər öz əksini tapır, havadan götürülmüş rəqəmlər. Onlardan soruşanda ki, misal üçün, bənd tikmək, yol çəkmək, kabel çəkmək, bu qədər vəsait barədə rəqəmi haradan götürürsən?! Havadan. Sonra araşdırma aparılır, görünür ki, şişirdiblər. Nəyə görə şişirdiblər? Aydın məsələdir nəyə görə. Buna son qoyulmalıdır”. Bu sitat Prezident İlham Əliyevin cari il oktyabrın 15-də keçirdiyi iqtisadi müşavirədəki nitqindəndir. Göründüyü kimi, büdcə qənimləri artıq birbaşa dövlət başçısının hədəfindədir. Odur ki, söz vaxtına çəkər, deyiblər, 2020-ci ilin dövlət büdcəsi layihəsinin Milli Məclisdə müzakirə olunduğu bu günlərdə xalqın puluna göz dikənlər gərək ehtiyatlı olsunlar. Çünki ölkədə köklü islahatlar getdiyi indiki zamanda büdcədən şəxsi maraq naminə nə isə ummaq yanmağa bərabərdir.

Buna əmin olmaq üçün dövlət başçısının 15 oktyabr müşavirəsindəki nitqindən daha bir sitatı xatırlatmaq istərdik: "Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, - bunu təkcə onların boynuna atmaq olmaz, - hökumət də nəzarətçi kimi şişirdilmiş bütün o rəqəmləri təhlil etsinlər və real rəqəmləri müəyyənləşdirsinlər. O rəqəmləri verənlər gərək məsuliyyət daşısınlar. Əgər bu dəfə bizim dövlət qurumlarımız, şirkətlərimiz yenə də şişirdilmiş rəqəmlər versələr, artıq özlərini ifşa etmiş olacaqlar. Hökumət, əlbəttə ki, onların bütün təkliflərinə baxacaq. Amma onlar əgər şişirdilmiş rəqəmlər versələr, öz cəzalarını alacaqlar”. Bax belə! Adama daha hansı səviyyədə və ciddiliklə xəbərdar edilər ki, əlini xalqın cibi olan dövlət büdcəsindən çəksin!

Amma gözü və əli xalqın cibində olanlar büdcəyə təkcə şişirdilmiş rəqəmlərlə ziyan vurmurlar. Bu yaxınlarda məqalə hazırlayarkən lazım olan faktı dəqiqləşdirmək üçün adını çəkmək istəmədiymiz nazirliyin baş idarələrindən birinin saytına daxil olduq və... heyrətə gəldik. Bir baş idarə rəisinin neçə müavini, neçə müşaviri, neçə köməkçisi və daha neçə nəyisə olarmış... Belə çıxırdı ki, həmin rəis özü heç nə etmir, bütün işləri əlinin altındakı saysız aparat məmurları görür. Onların da hamısı büdcədən maaş, mükafat alır, xidməti maşınlarda gəzir, katibə saxlayır və s. Özü də bütün bunlar o idarədə hökm sürür ki, onun yerli şöbələrində çalışanların maaşları minimum əməkhaqqı səviyyəsindədir.

Ümumiyyətlə, bu gün dövlət qurumlarının əksəriyyətində lazımsız, bir-birini təkrar edən ştat vahidləri az deyil. Hansı rəisi və sədri, direktoru və rektoru götürsən, azı 5-6 müavini, 7-8 müşaviri, 2-3 köməkçisi və s. olacaq. Üstəgəl indi az qala mənzil istismar sahələrində də yaradılan aparat rəhbəri və onun da müavinləri. Anlamaq çətindir ki, bu qədər müavin, köməkçi, müşavir olan yerdə aparat rəhbəri nəyə lazımdır. Əgər onun vəzifəsi aparatın işini tənzimləməkdirsə, bunun üçün ayrıca ştat saxlamaqmı lazımdır?! Tutaq ki, lazımdır. Bəs onda müavinlər, köməkçilər və müşavirlər nə işlə məşğuldurlar?! Bir də ki, birinci şəxs öz işçiləri ilə nəyə görə kiminsə vasitəsilə əlaqə qurmalıdır ki?!

Söz düşmüşkən, bizdə bu gün elə mərkəzi icra qurumu var ki, orada işçilər sədrin qəbuluna düşmək üçün köməkçiyəmi, aparat rəhbərinəmi yazılı surətdə müraciət edirlər və həmin müraciət qoyulur sədrin poçtuna. Sədr də onun üzərinə qəbulun günü və saatını yazır. Yazılan vaxtda isə sədrin yerində olacağı sual altında qalır və beləliklə, sual altında qalan həm də işçinin qəbula düşmək şansı olur.

Gəl indi belə bir məmur-bürokratdan xalqın içində olmağı, səsini eşitməyi, problemlərini həll etməyi tələb et görüm, necə edirsən. Bu adam ətrafına saysız müavin, müşavir, köməkçi, aparat rəhbəri və nəhayət, katibədən elə bir sədd çəkib ki, heç öz işçisinin ona əli çatmır.

Amma bu cür iş üsulu ölkədə aparılan kadr və struktur islahatları ilə heç üst-üstə düşmür. Həm də təkcə ona gör yox ki, şişirdilən və bu səbəbdən səmərəsiz fəaliyyət göstərən strukturlar dövlət büdcəsinə milyon manatlarla ziyan vurur, həm də o üzdən ki, belə iş üsulu Prezidentin son vaxtlar vətəndaş-məmur münasibətlərinə aid daha sərt və daha ardıcıl bəyan etdiyi tələblərə ziddir. "Xalqa xidmət etmək hər bir dövlət məmurunun borcudur və dəfələrlə demişəm ki, mən Prezident kimi öz vəzifəmi bunda görürəm - xalqa xidmət etmək” deyən dövlət başçısının tutduğu vəzifədən asılı olmayaraq bütün məmurlara da tapşırığı budur ki, onlar özlərini xalqın qulluqçusu hesab etsinlər, daha ondan ayrı düşmək üçün elə həmin xalqın vəsaiti hesabına ətraflarına canlı divar çəkməsinlər.

Vaxtilə Heydər Əliyev belə məmurlara xitabən demişdir: "Açın pəncərələri, qoyun çöldəki yenilik havası kabinetlərinizə daxil olsun”. Təəssüf ki, o zamandan xeyli vaxt keçsə də, bu gün də ölkədəki islahat havasının çatması üçün pəncərələrini açmalı olan məmurlar qalmışdır. Onlara isə Prezident İlham Əliyevin sözü belədir: "Biz Azərbaycanı müasir, sürətlə inkişaf edən, şəffaflığı öz siyasətində bayraq edən ölkə kimi görmək istəyirik və buna nail olacağıq. Heç kim bu işdə bizə mane ola bilməz”.

Raqif MƏMMƏDLİ,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM