Alternative content

07:54 12 Dekabr 2019
ONLINE XƏBƏR LENTİ
00:58 12.12.2019 Xilaskar Lider
00:56 12.12.2019 Tarix yaradan şəxsiyyət
00:41 12.12.2019 Qəlblərdə yaşayan dahi
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Neftçi dənizdə xəstələnərsə...
Neftçi dənizdə xəstələnərsə...
ANA SƏHİFƏ / İQTİSADİYYAT
00:42 20.11.2019


Neft Daşlarında estakadalar boyu irəliləyərək insanları iş başına aparan, yaxud müxtəlif sahələrə mal, material, avadanlıq, ərzaq daşıyan maşınlara rast gəlmək adi haldır. Dənizin qoynunda "Ambulans” görmək isə bir qədər təəccüblüdür. Lakin bu, ilk baxışda belədir.

Əslində isə neftçinin işi, peşəsi, zəhmətinin bəhrəsi nə qədər gərəklidirsə, onun sağlamlığı, təhlükəsizliyi, ekstremal şəraitdə keçən əmək növbələrindən sonra ev-eşiyinə sağ-salamat qayıtması bundan vacib və önəmlidir.

Neftçinin sağlamlığının qorunması ona göstərilən və son illərdə daha da artan qayğının ayrılmaz hissəsini təşkil edir. "Premium Medikal” MMC-nin Neft Daşlarındakı TSH (Tibb-Sanitar Hissəsi) də məhz bu məqsədlə fəaliyyət göstərir.

Müsahibimiz olan həkim-nevropatoloq Zəlimxan Məmmədov bildirir ki, TSH-nin vəzifəsi dənizdə əmək növbəsi çəkdikləri günlər ərzində səhhətində problem yaranan neftçilərə ilk tibbi yardım göstərmək, lazım gəldikdə isə onları sahilə yola salmaq, yəni hospitalizə etməkdir. Qaldı ki, əgər neftçi sərt dəniz havasında soyuqlayıbsa, başı, dişi, qulağı, gözü ağrıyıbsa, burada ona kömək etmək üçün həm mütəxəssislər, həm də imkan və şərait var.

TSH-də təcrübəli həkimlər - terapevtlər Dilavər Məhəmmədov, Çingiz Məmmədov, Anjela Ozal, cərrah Bəhruz Aslanov, oftalmoloq Məlahət Cabbarova, stomatoloqlar Həsən İsmayılov, Knyaz Abbaslı və başqaları çalışır. Bundan əlavə, neftçilərin xidmətində 8 tibb bacısı, 1 feldşer-laborant, 2 sanitar işçisi dayanıb. Yeri gəlmişkən, Neft Daşlarının müxtəlif sahələrində çoxlu sayda qadınlar da çalışır ki, onların arasında tibb işçiləri, əsasən tibb bacıları da var.

İki oğul anası olan tibb bacısı Zəminə Məmmədova deyir ki, hər xəstəyə yardım göstərəndə gözüm önündə elə bil öz övladlarımı görürəm.

Feldşer-laborant Gülnarə Bəylərova üç uşaq anasıdır. O da öz ana-bacı qayğısını, şəfqətini xəstələrdən heç zaman əsirgəmir.

Fədakar Azərbaycan neftçisinin sağlamlığının keşiyində dayanan, günlərlə öz ev-eşiyindən, ailəsindən, uşağından uzaqlarda, sərt dənizin qoynunda çalışan xanımlar da elə əsl qəhrəmandır. Xəzərin dəli-dolu dalğalarının döyəclədiyi bir məkandakı iş şəraitini görənlər bu sözlərin mübaliğəsiz deyildiyini təsdiqləyə bilərlər. Odur ki, estakada və meydançalarda "Təcili yardım”ı, həkimləri və tibb işçilərini görmək də təəccüblü deyil.

Flora SADIQLI,

Ağaəli MƏMMƏDOV (foto),

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM