20 Noyabr 2019 00:42
576
İQTİSADİYYAT
A- A+

Həssas qruplardan olan uşaqlara göstərilən xidmətlərə həsr edilmiş tədbir keçirilib


BMT-nin Uşaq hüquqları Konvensiyasının 30 illiyinə, eləcə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həssas qruplardan olan uşaqlara göstərilən xidmətlərə həsr edilmiş "Uşaq hüquqları konvensiyası və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xidmətləri” mövzusunda tədbir keçirilib.

"Gələcəyə qayğı”, "Ailə dünyası”, "Könül evi” və "Mərhəmət” İctimai Bilrikləri tərəfindən təşkil edilən tədbirdə hökumət və qeyri-hökumət qurumlarından, UNİCEF-in Azərbaycan nümayəndəliyindən, ayrı-ayrı şirkətlərdən nümayəndələr, millət vəkilləri və b. iştirak ediblər.

Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov Prezident İlham Əliyevin sosial inkişaf strategiyasında uşaqların etibarlı sosial təminat sistemi ilə əhatə olunmasının mühüm prioritetlərdən olduğunu, Azərbaycanda dövlətin uşaqlarla bağlı siyasətinin BMT-nin "Uşaq hüquqları Konvensiyası”ndan irəli gələn yanaşmalara uyğun qurulduğunu vurğulayıb. A.Kərimov ölkəmizdə müvafiq kateqoriyalardan olan 600 minədək uşağın müxtəlif sosial ödənişlərlə təmin edildiyini, bu ödənişlərin məbləğinin cari ildə də əhəmiyyətli artırıldığını bildirib. Həssas qruplardan olan uşaqların sosial xidmətlərlə təminatı sahəsində aparılan işləri diqqətə çatdıran nazir müavini dövlət başçısının 1 iyun 2019-cu il tarixli sərəncamının icrası çərçivəsində nazirliyin sosial sifarişləri üzrə yaradılan sosial xidmət mərkəzlərinin 3,5 dəfədən çox artdığını deyib.

Tədbirdə ayrı-ayrı hökumət və qeyri-hökumət qurumlarından nümayəndələr çıxış ediblər. Çıxışlarda BMT-nin Uşaq hüquqları Konvensiyasının Azərbaycanda uğurlu icrasından, ölkəmizdə həssas qruplardan olan uşaqlara göstərilən qayğıdan bəhs olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video