Alternative content

01:14 15 Dekabr 2019
ONLINE XƏBƏR LENTİ
00:31 15.12.2019 Təbiətin Səttar rəngi
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV MBNP-nin nümayəndələri “Sinqapur Fintech Festival x Switch” tədbirində iştirak ediblər
MBNP-nin nümayəndələri “Sinqapur Fintech Festival x Switch” tədbirində iştirak ediblər
ANA SƏHİFƏ / İQTİSADİYYAT
00:41 20.11.2019


Bankların rəqəmsal transformasiyasının sürətləndirilməsi, rəqəmsal bankçılıq xidmətlərinin klassik bankçılıq xidmətləri paketinə daxil edilməsi, habelə ölkədə maliyyə inklüzivliyinin gücləndirilməsi çərçivəsində Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) nümayəndə heyəti Beynəlxalq Maliyyə Korporasiyası ilə qarşılıqlı əməkdaşlıq əsasında "Sinqapur Fintech Festival x Switch” tədbirində iştirak edib.

Palatanın mətbuat xidmətinin yaydığı məlumata görə, ümumilikdə 134 ölkədən 60 min nümayəndənin qeydiyyatdan keçdiyi tədbirdə qabaqcıl istehsalat, mühəndislik kimi sahələrlə yanaşı, əsasən rəqəmsal iqtisadiyyat və rəqəmsal ödənişlər, pulköçürmələri, kriptovalyuta və blokçeyn texnologiyası, açıq bankçılıq yanaşması və "sandbox” rejimi”, habelə fintexlər və onların fəaliyyətinin genişləndirilməsi kimi mövzulara toxunulub. Festival çərçivəsində maliyyə bazarları sahəsində tənzimləyici və nəzarət qurumları ilə özəl sektorun bir araya gələrək yenilikləri geniş ictimaiyyətə açıqlamaları, qlobal ödəniş ekosistemində son innovasiyalarla tanış olma imkanının yaradılması, fintexlər və startaplar tərəfindən yeni məhsul və xidmətlərin təqdim edilməsi iştirakçıların böyük marağına səbəb olub.

Nümayəndə heyəti Beynəlxalq Maliyyə Korporasiyasının maliyyə, rəqabət və innovasiya üzrə təcrübə qrupunun qlobal rəhbəri Alfonso G.M. və kredit infrastrukturu üzrə qlobal rəhbəri Mahesh.U., Sinqapurun maliyyə bazarları üzrə tənzimləyici və nəzarət qurumunun (Monetary Authority of Singapore) Fintex departamentinin nümayəndələri, habelə "Google Pay” şirkətinin Asiya regionu üzrə eksperti Xurram.K ilə qarşılıqlı görüşlər keçirib, həmçinin "Visa Inc.” və "MasterCard Wordlwide” beynəlxalq kart təşkilatları, "Paypal” təşkilatının innovasiya mərkəzinin iş prinsipi ilə yaxından tanış olub. Bundan əlavə, səfər çərçivəsində Polşa və Litva Mərkəzi banklarının nümayəndələri ilə "sandbox” rejiminin tətbiqi və bank olmayan ödəniş xidməti təchizatçılarına nəzarət, bu sahədə qarşılıqlı təcrübə mübadiləsinin təşkili üzrə müzakirələr aparılıb.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM