20 Noyabr 2019 00:39
480
CƏMİYYƏT
A- A+

IDEA İctimai Birliyi tərəfindən Bakıda tutuquşular məskunlaşdırılır


Noyabrın 19-da Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın iştirakı ilə Bakının Atatürk prospektində yerləşən parkda 10 tutuquşu buraxılıb.

AZƏRTAC xəbər verir ki, IDEA-nın "Urban Ecology” ("Şəhər ekologiyası”) layihəsi çərçivəsində parkda məskunlaşdırılmış yaxalıqlı tutuquşu (lat. Psittacula krameri) Bakı şəhərinin iqlim şəraitində yaşaya və çoxala bilən tutuquşu növüdür.

"Urban Ecology” layihəsi Bakı və onun ətrafındakı ictimai yerlərin şəhər mühitində rahat yaşayıb çoxala bilən heyvan və quş növləri ilə zənginləşdirilməsini, eləcə də bu növlərin qorunub saxlanması istiqamətində ardıcıl tədbirlərin həyata keçirilməsini nəzərdə tutur.

Məlum olduğu kimi, vəhşi təbiətin qorunub saxlanması üzrə çoxşaxəli səylərlə yanaşı, Leyla Əliyevanın təşəbbüsü ilə şəhər mühitinə aid olan növlərin mühafizəsi istiqamətində də geniş tədbirlər həyata keçirilir. Bu xüsusda Bakıda küçə heyvanlarının qorunmasına yönəlmiş IDEA Heyvanlara Qayğı Mərkəzi fəaliyyət göstərir, şəhər boyu pişiklər üçün xüsusi evciklər qurulur və digər işlər aparılır.

Bütün bu səylərin əsas məqsədi şəhərdə yaşayan insanlarla ətraf mühit arasında ahəngliyin yaradılması, daha sıx və daha sağlam əlaqənin möhkəmləndirilməsidir.

Qeyd edilməlidir ki, keçmişdə Bakı şəhəri mühitində çoxsaylı sincab və tutuquşular məskunlaşıblar. Onlar parklarda və yaşıllıqlar mövcud olan digər ərazilərdə insanlar arasında sərbəst dolaşıblar. Lakin ötən əsrin sonlarında mövcud olan ekoloji problemlər səbəbindən bu növlərin sayı kəskin azalıb. Son illər ölkədə aparılan geniş yaşıllaşdırma və abadlaşdırma işləri, xüsusən də IDEA İctimai Birliyinin səyləri sayəsində Bakıda qanunsuz ağac kəsilməsi hallarının azaldılması və saysız-hesabsız yeni ağacların əkilməsi nəticəsində şəhərdə bir çox fauna növlərinin qaytarılması üçün münbit şərait yaradılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video