Alternative content

01:23 15 Dekabr 2019
ONLINE XƏBƏR LENTİ
00:31 15.12.2019 Təbiətin Səttar rəngi
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycanın multikulturalizm modeli qlobal planda sülh və sivil birgəyaşayışa çağırışdır
Azərbaycanın multikulturalizm modeli qlobal planda sülh və sivil birgəyaşayışa çağırışdır
ANA SƏHİFƏ / SİYASƏT
00:38 20.11.2019


İctimai həyatın bütün sahələrində modernləşmə kursunun uğurlu tətbiqinə nail olan, qlobal miqyasda nüfuz və mövqelərini gücləndirən, insan hüquqlarının etibarlı təminatı, demokratikləşmə sahəsində inamlı addımlar atan Azərbaycan həm də multikultural dəyərlərə sadiqliyi ilə dünyanın diqqət mərkəzindədir. Respublikamızın multikultural dəyərlərin qorunması və daha geniş coğrafiyada təbliği məqsədilə yürütdüyü strategiya bir tərəfdən zəngin milli ənənələrə əsaslanırsa, digər tərəfdən də yeni dünya nizamının aktual çağırışlarından qaynaqlanır.

Azərbaycanın əlverişli coğrafi mövqeyi - Şərqlə Qərbin qovuşduğu, İpək yolunun keçdiyi unikal tranzit məkanda yerləşməsi, zəngin təbii sərvətlərə malik olması müxtəlif azsaylı xalqların və dini icmaların nümayəndələrinin qədim dövrlərdən burada sıx məskunlaşmalarını, sivil birgəyaşayış mühitinin və nəticə etibarilə multikultural düşüncə tərzinin inkişafını şərtləndirmişdir. Ölkəmizdə yaşayan milli azlıqlar özünəməxsusluqlarını, adət-ənənələrini və mədəniyyətlərini qorumaqla yanaşı, zəruri məqamda ümummilli maraqlar, eləcə də azərbaycançılıq ideyası naminə sıx birləşmiş, həmrəylik nümayiş etdirmişlər.

Beləliklə, Azərbaycan tarixən müxtəlif etnosların dinc yanaşı yaşadığı, qaynayıb-qarışdığı, milli, dini və mədəni müxtəlifliyə dözümlü münasibətin hökm sürdüyü məkan kimi tanınmışdır. Müxtəlif xalqların biri-birinin milli dəyərlərinə, adət-ənənələrinə, yaşam tərzinə, fikir və düşüncələrinə loyal münasibəti son nəticədə cəmiyyətin sivil məcrada inkişafına da müsbət təsirini göstərərək mültikultural təfəkkür tərzinin əyani təzahürlərinə çevrilmişdir.

Başqa sözlə, azərbaycanlılar tarixən yaşadıqları bu torpağa müxtəlif səbəblərdən pənah gətirmiş və burada məskunlaşmış digər azsaylı xalqların nümayəndələrinə ehtiramla yanaşmış, onların milli özünüifadəsinə, habelə dövlət həyatı ilə bağlı ictimai-siyasi və mədəni proseslərdə iştirakına dözümlü münasibət bəsləmişlər. Ölkəmizdə milli və dini zəmində hər hansı qarşıdurmanın olmaması, habelə səmavi dinlərin nümayəndələrinin etiqad azadlıqlarının yüksək səviyyədə təmin edilməsi bunu bir daha təsdiqləyir.

Multikulturalizm vahid dövlətin hüdudları daxilində bir xalqın digər milli azlıq və dini icma üzərində üstün mövqeyini, onu etnik zəmində sıxışdırmaq, adət-ənənələrini zorla qəbul etdirmək cəhdlərini tamamilə istisna edir. Eyni zamanda, irqçilik, ksenofobiya, dini dözümsüzlük və ekstremizmə qarşı barışmaz mövqeyi ilə seçilir. Sivilizasiyalararası dialoqun zəruri aləti kimi çıxış edən multikulturalizm həm də millətlər arasında qarşılıqlı hörmət, anlaşma, dostluq və əməkdaşlığın stimulvericisidir. Bu mənada multikulturalizm həm də müxtəlif etnosların özünüifadə və özünütəsdiq əzmini gerçəkləşdirən mühüm meyardır. Bu meyardan imtina isə anlaşılmazlığa, ksenofobiyaya, qarşıdurmaya, milli və dini münaqişələrə gətirib çıxaracaq bir yoldur. Azərbaycan Prezidenti cənab İlham Əliyev IV Bakı Beynəlxalq Humanitar Forumunda çıxış edərkən haqlı olaraq demişdir: "Qeyd etməliyəm ki, multikulturalizmin müasir dünyada alternativi yoxdur. Çünki dünya ölkələrinin mütləq əksəriyyəti çoxmillətli ölkələrdir. Əgər multikulturalizm iflasa uğrayıbsa, onda bunun alternativi nə ola bilər? Bu, ayrı-seçkilikdir, irqçilikdir, ksenofobiyadır, islamofobiyadır, antisemitizmdir”.

Multikulturalizm ideyasının bəşəri miqyasda özünə möhkəm dayaqlar taparaq sülh, birgəyaşayış və sosial-mədəni inteqrasiyanın alternativsiz formulu kimi dəyəndirilməsi ötən əsrin əvvəllərinə təsadüf edir. XIX əsrdə Bakıda sənaye üsulu ilə neft hasilatına başlanılması Azərbaycana müxtəlif ölkələrdən neft maqnatlarının gəlməsinə şərait yaratmışdır. Nobel qardaşlarının sırf neft hasilatı prosesində yaxından iştirak məqsədilə Azərbaycanda məskunlaşmaları və çalışmaları buna əyani sübutdur.

Neft sənayesinin sıçrayışlı inkişafı ilə paralel paytaxt Bakının da çoxsaylı xalqların nümayəndələrinin sıx yaşadığı şəhərə çevrilməsi məhz həmin dövrə təsadüf edir. Azərbaycanın 70 il tərkibində olduğu keçmiş ittifaqın hakim ideologiyası birmənalı şəkildə milli özünüdərk və identikliyə qarşı olsa da, həmin illərdə "beynəlmiləlçilik” və "xalqlar dostluğu” ideyaları önə çəkilmiş, nəticədə müxtəlif xalqların sivil birgəyaşayışı üçün əlverişli mühit formalaşmışdır. Azərbaycan Sovet İttifaqının yaxşı münasibətlərdə olduğu ölkələr, eləcə də qardaş Türkiyə Cümhuriyyəti ilə mədəni əlaqələr qurmuş, xüsusilə də Ulu Öndər Heydər Əliyevin dəstəyi ilə elm, təhsil, mədəniyyət xadimlərinin xarici ölkələrə səfərləri təşkil olunmuşdur.

Ötən əsrin sonlarına doğru dövlət müstəqilliyinin bərpasına nail olmuş Azərbaycan ilkin mərhələdə ağır sosial-iqtisadi, siyasi və mədəni problemlərlə yanaşı, milli münasibətlər sahəsində də ciddi problemlərlə üzləşmiş, Ermənistanın işğalçılıq siyasətinin mahiyyətində yer alan etnik separatizm meyilləri ölkənin daxilinə də sirayət etmişdi. 1993-cü ilin ortalarına doğru gənc müstəqil respublikamız aşkar parçalanmaq, dövlətçiliyini itirmək təhlükəsilə üzləşmişdi.

Bu acınacaqlı vəziyyət yalnız Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin ciddi səyləri ilə aradan qaldırılmış, ictimai-siyasi sabitliyin bərqərar edilməsi ilə yanaşı, polietnik cəmiyyətin azərbaycançılıq ideyası ətrafında sıx birliyi və həmrəyliyi təmin edilmişdir. Ulu Öndərin rəhbərliyi ilə hazırlanaraq 1995-ci ilin noyabr ayında qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası dövlətin ərazisində yaşayan bütün xalqların dinc və sivil şəraitdə yaşamalarına, hüquq və azadlıqlardan istifadə etmələrinə geniş imkanlar açmışdır. Əsas Qanunun bir sıra müddəaları respublikamızda mültikultural və tolerant dəyərlərin möhkəm intişar tapmasının və geniş təşviqinin fundamental hüquqi əsası kimi çıxış edir. Konkret olaraq 5-ci maddədə Azərbaycan dövlətinin onun bütün vətəndaşlarının vahid və bölünməz Vətəni olduğu birmənalı təsbit edilmişdir: "I. Azərbaycan xalqı vahiddir. II. Azərbaycan xalqının vahidliyi Azərbaycan dövlətinin təməlini təşkil edir. Azərbaycan Respublikası bütün Azərbaycan Respublikası vətəndaşlarının ümumi və bölünməz vətənidir”.

Ümummilli Lider Heydər Əliyev mültikulturalizm ideyasına yüksək dəyər verərək Azərbaycan dövləti hüdudlarında yaşayan bütün xalqların hüquqlarının etibarlı təmin olunmasına, onların vicdan azadlığının təminatına çalışmışdır. Səmavi dinlərin inkişafının dəstəklənməsi məqsədilə müxtəlif dini icmaların, o cümlədən katolik kilsəsinin dövlət qeydiyyatına alınması, yeni kilsələrin, sinaqoqların inşa edilərək istifadəyə verilməsi bunu bir daha sübut edir. Vatikan dövləti ilə əldə olunmuş razılıq əsasında Bakının Nobel prospektində Roma katolik kilsəsi inşa edilmiş, Roma Papası II İohann Pavel 2002-ci ildə Bakıya səfəri zamanı bu addımı alqışlayaraq dini və milli tolerantlıq nümunəsi kimi dəyərləndirmişdir.

Xüsusi vurğulamaq lazımdır ki, 2003-cü ildən Ulu Öndərin siyasətini bütün sahələrdə inamla davam etdirən Azərbaycan Prezidenti cənab İlham Əliyev multikulturalizm ideyasının cəmiyyətdə tam bərqərar olmasına və ölkəmizdə məskunlaşmış çoxsaylı etnosların sosial-mədəni hüquqlarının qorunmasına yönəlmiş ardıcıl siyasət yürüdür. Bu istiqamətdə ilk mühüm addımlardan biri Azərbaycanın UNESKO-nun 2005-ci il oktyabrın 20-də qəbul etdiyi "Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi haqqında Konvensiya”ya qoşulması olmuşdur. 2009-cu ilin noyabrında həmin konvensiyanı ratifikasiya edən respublikamız milli azlıq və etnik qrupların mədəniyyətinin inkişafına xidmət edən müxtəlif layihələr, tədbirlər, o cümlədən mədəniyyət festivallarını keçirir.

Multikultural dəyərlərə sadiqliyi ilə seçilən respublikamız son illər həm də bu aktual mövzuya həsr olunmuş beynəlxalq tədbirlərə evsahibliyi etməklə zəngin ənənələrini və təcrübəsini qlobal arenada təbliğ və təşviq etmək imkanı qazanmışdır. Bu istiqamətdə ilk mötəbər tədbirlərdən biri Heydər Əliyev Fondunun təşkilatçılığı ilə 2008-ci ildə Bakıda keçirilmiş "Mədəniyyətlərarası dialoqda qadınların rolu” mövzusunda konfrans olmuşdur. Sonrakı mərhələdə UNESKO, ISESCO, BMT-nin Sivilizasiyalar Alyansı və Avropa Şurasının dəstəyi ilə Bakıda Ümumdünya mədəniyyətlərarası dialoq forumları keçirilmişdir. Bakı şəhəri 2011-2018-ci illərdə I-V Bakı Beynəlxalq humanitar forumlarını, habelə Dünya dini liderlərinin I Sammitini, MDB Dinlərarası Şurasının, MDB Müsəlmanlarının Məşvərət Şurasının iclaslarını yüksək səviyyədə təşkil etmişdir. İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin konfransı, Krans Montana Forumu, Davos Forumu, ilk Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, "Formula - 1” yarışları və digər beynəlxalq tədbirlər Azərbaycanın multikulturalizm ənənələrinin təbliği baxımından son dərəcə əhəmiyyətli olmuşdur.

Bu forum və tədbirlər miqyasına, aktuallığına, məqsədlərinə və müzakirə olunan məsələlərin aktuallığına görə respublikamız üçün həm də unikal təbliğat platforması kimi yadda qalmışdır. Bu və digər tədbirlərdə iştirak edən nüfuzlu qonaqlar Azərbaycanın iqtisadi, siyasi, mədəni və multikultural sahələrdəki böyük uğurlarının canlı şahidlərinə çevrilmiş, respublikamızdakı inklüziv cəmiyyət modelinin spesifik cəhətlərini xüsusi vurğulamışlar. Bu da xüsusi qeyd edilmişdir ki, respublikamız təkcə iqtisadi, siyasi, mədəni, habelə idman sahəsində əldə etdiyi böyük nailiyyətlərlə deyil, həm də mövcud ictimai-siyasi sabitlik, dini, milli, irqi dözümlülük və tolerantlıq amillərinə görə seçilir. Və bu tolerantlıqdan da irəli gələrək ölkəmizdə əsrlər boyu müxtəlif xalqların nümayəndələri dinc yanaşı yaşamış, fərqli mədəniyyətlərin qarşılıqlı harmoniyası bənzərsiz multikultural məkanın formalaşmasını təmin etmişdir.

Müxtəlif beynəlxalq tədbirlərdə aparılan müzakirələr zamanı Azərbaycan multikulturalizminin inkişafında Heydər Əliyev Fondunun da xidmətləri xüsusi qeyd olunmuşdur. "Tolerantlığın ünvanı - Azərbaycan” layihəsi çərçivəsində fond katolik, pravoslav kilsələrinin və sinaqoqların təmirinə ciddi töhfələr vermiş, eyni zamanda, Vatikan tarixində ilk dəfə Romada müqəddəs Marçelino və Pyotr katakombalarının bərpasına yardım göstərmişdir. Fond, həmçinin Fransada Dünya Mədəni İrs siyahısına daxil edilmiş Versal sarayının, Parisdə XIV əsrə aid Notr-Dam, Strasburq Kafedral kilsələrinin, İkinci Dünya müharibəsində dağılmış Berlin şəhər sarayının, həmçinin Vatikan arxivlərində saxlanılan Azərbaycan Orta Əsrlər əlyazmalarının bərpasına kömək etmişdir. Heydər Əliyev Fondu ilə Müqəddəs Arxeologiya üzrə Papa Komissiyası arasında imzalanmış Anlaşma Memorandumuna əsasən, fond Romanın Kapitoli Muzeyində bərpa işlərinin həyata keçirilməsinə də dəstək vermişdir.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin 2016-cı il 11 yanvar tarixli sərəncamı ilə 2016-cı ilin respublikamızda "Multikulturalizm ili” elan edilməsi bu sahədəki zəngin ənənələrin yerli və beynəlxalq ictimaiyyətə çatdırılması baxımından xüsusilə əhəmiyyətli olmuşdur. Sərəncam əsasında reallaşdırılmış çoxsaylı tədbirlər nəticəsində dünya ictimaiyyəti Azərbaycanın müxtəlif sivilizasiyaların qovuşduğu məkan olduğunun, burada əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığının əyani şahidinə çevrilmişdir.

"Multikulturalizm ili” çərçivəsində dünyaya yeni mesajlar verən rəsmi Bakı bəşəriyyətin ciddi toqquşma və müharibələrlə, habelə siyasi, dini, milli ziddiyyətlərlə üzləşdiyi bir zamanda Azərbaycandakı mövcud unikal multikulturalizm modelinin öyrənilməsi və yayılmasının vacibliyini önə çəkmişdir. Eyni zamanda, ölkəmizdə multikulturalizmin alternativi olmayan həyat tərzi kimi qəbul edilməsi Azərbaycanda insan hüquqları və digər sahələrdə problemlər axtaran qərəzli dairələrə tutarlı cavab olmuşdur.

Bir neçə gün əvvəl Bakıda keçirilmiş Dünya dini liderlərinin II Sammiti Azərbaycanın multikultural və tolerantlıq prinsiplərinə sadiq ölkə olduğunu bir daha təsdiqləmişdir. Tədbirdə dərin məzmunlu nitq söyləyən Azərbaycan Prezidenti cənab İlham Əliyev demişdir: "Bakıda belə mötəbər tədbirin keçirilməsi, hesab edirəm ki, təbiidir. Çünki Azərbaycanın qədim dinlərarası ənənələri vardır. Azərbaycan ictimai-siyasi quruluşundan asılı olmayaraq, bütün dövrlərdə bu istiqamətdə nümunəvi ölkə kimi özünü göstərmişdir. Əsrlər boyu ölkəmizdə bütün dinlərin, bütün etnik qrupların nümayəndələri bir ailə kimi sülh, mehribanlıq, dostluq, qarşılıqlı anlaşma şəraitində yaşamışlar. Azərbaycan çoxkonfessiyalı, çoxmillətli bir ölkədir və bu, bizim böyük sərvətimizdir. Dini və etnik müxtəlifliyimiz bizim böyük sərvətimizdir. Azərbaycanda uğurlu inkişafın, sabitliyin bərqərar olması istiqamətində atılmış bütün addımların arxasında dini və milli dözümlülük, tolerantlıq və multikultural dəyərlər dayanır”.

Bütün bunlar bir daha təsdiqləyir ki, nisbətən yeni anlayış kimi səciyyələndirilən multikulturalizm ideyası, əslində, Azərbaycan xalqının əsrlər boyu əxz etdiyi sivil mənəvi-əxlaqi dəyərləri özündə dolğun şəkildə ehtiva edir. Respublikamız multikultural dəyərlərin təşviqi istiqamətində ardıcıl siyasət yürütməklə, onun qlobal planda sivil birgəyaşayış, sülh və sabitlik mühitinin formalaşdırılması baxımından ən qüdrətli təsirli vasitələrdən biri olduğuna da inamı gücləndirir.

Almaz KƏRİMOVA,

Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbəsi



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM