Alternative content

00:44 15 Dekabr 2019
ONLINE XƏBƏR LENTİ
00:31 15.12.2019 Təbiətin Səttar rəngi
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Ermənistan kriminal ölkəyə çevrilib
Ermənistan kriminal ölkəyə çevrilib
ANA SƏHİFƏ / SİYASƏT
00:36 20.11.2019


Bu ölkədə işsizliyin və səfalətin gətirdiyi çətinliklər ucbatından cinayət törədənlərin və intihar edənlərin sayı artıb


Ermənistanda baş nazir Nikol Paşinyanın hakimiyyətə gəlməsindən il yarım ötsə də, bu dəyişikliyin hansısa yeniliklərə gətirib çıxaracağı barədə ümidlər getdikcə daha böyük sürətlə puç olur. Ölkədə iqtisadi, sosial və siyasi müstəvidə hansısa real dəyişiklik müşahidə edilmir. Belə vəziyyətdə Ermənistanda tənəzzülün davam etməsi qaçılmaz sayılır. "Lragir” qəzeti yazır ki, Ermənistan çıxılmaz vəziyyətdədir və hansısa xilas yolu görünmür. Ölkədə qurulmuş iqtisadi sistem ciddi dəyişikliyə imkan vermir və bu səbəbdən ağır vəziyyət davam edəcək.

Qeyd olunur ki, hazırda işğalçı ölkədə adambaşına düşən gəlir qabaqcıl ölkələrlə müqayisədə təxminən 15 dəfə, məhsuldarlıq isə 8 dəfə aşağıdır. Ermənistanın ərzaq təhlükəsizliyi ilə bağlı heç bir tədbir görülmür. Uzun illərdir ki, aqrar sektorda böhran hökm sürür, bu sahədə islahatlara başlamaq barədə təşəbbüs göstərilmir. Məhz bunun nəticəsidir ki, bu gün Ermənistanda kənd təsərrüfatı sahəsində azalma 15-20 faiz təşkil edir.

Vurğulanır ki, baş nazir Nikol Paşinyan "Facebook” sosial şəbəkəsində mütəmadi olaraq sosial-iqtisadi sahələr üzrə fərqli göstəricilər paylaşır və rəqəmlərin keçən ilin eyni dövrü ilə müqayisəsini aparır. Mütəxəssislər isə tənəzzül göstəricilərinin çox vaxt nəzərə alınmamasına və bəzi rəqəmlərin sadəcə olaraq reallığı əks etdirməməsinə diqqət çəkirlər.

Tamamilə iflasa uğrayan Ermənistanda sosial problemlər tükənmir. Siyasi və sosial problemlər Ermənistanı kriminal ölkəyə çevirib. İşsizliyin və səfalətin gətirdiyi çətinliklər ucbatından cinayət törədənlərin və intihar edənlərin sayı da artıb. Ermənistan Milli Statistika Komitəsi ölkədə xüsusilə ağır cinayətlərin 30 faiz artdığını açıqlayıb. Cari ilin yanvar-sentyabr ayında ölkədə 18865 cinayət faktı qeydə alınıb ki, bu da ötən ilin eyni dövründən çoxdur. Hər il Ermənistanda 200-dən çox insan ağır həyat şəraiti səbəbindən intihar edir. Bu, ölkənin təxminən bir kəndinin əhalisi qədərdir. Erməni sosioloqlar kimi, Ədliyyə Nazirliyi də işğalçı ölkədəki kriminogen vəziyyət və intiharların artması ilə bağlı narahatlıq keçirir. Yerli mətbuatın yazdığına görə, qeyri-rəsmi rəqəmlərə sasən 2019-cu ilin son 9 ayında onsuz da əhalisi az olan ölkədə 65-dən çox intihar hadisəsi baş verib. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə əhəmiyyətli dərəcədə çoxdur. Ekspertlər bunu birbaşa insanların sosial vəziyyəti ilə əlaqələndirirlər. İşsizlik, yoxsulluq, işləyənlərin isə aylarla əməkhaqqı ala bilməməsi əsas səbəblərdəndir.

Bütün bunların fonunda Ermənistan hökuməti vətəndaşları sosial-iqtisadi problemlərin həll olunacağına inandırmağa çalışır. Ancaq görünən odur ki, verilən vədlər yalandır. Sosial-iqtisadi problemlərin yaxın gələcəkdə aradan qaldırılmasına dair vədlər ümidverici deyil. Çünki ölkədə qanunlara uyğun tədbirlər görülmür.

"Aravot” qəzeti isə yazır ki, insanlar problemlərin həllini yalnız ölkəni tərk etməkdə görürlər: "Ermənistan iqtisadiyyatının yaxşılaşması reallaşmayan arzudur. Hökumətin maaşların və pensiyaların artırılması ilə bağlı verdiyi vəd yalandır. Ölkəni idarə edənlər əhalinin gəlirlərini artırmaq istəmirlər. Ermənistan hökuməti erməni xalqını səfalətə məhkum edir. Ölkədə iqtisadiyyatın inkişafı real deyil. Bu da hakimiyyətdən narazılığı artırır, amma iqtidar da bu narazılığı Sarkisyan dönəmindəki kimi repressiya, güc yolu ilə yatırtmağa çalışır və nəticədə vətəndaş qarşıdurması ehtimalı yüksəlir”.

Digər tərəfdən, müxtəlif tələblərlə vətəndaşların bitməyən etiraz aksiyaları da vəziyyəti çətinləşdirir. Hakimiyyətə gəldiyi vaxtdan bugünə kimi itaətsizlik aksiyaları və kütləvi mitinqlər Ermənistanın baş naziri Nikol Paşinyanı çox çətin vəziyyətdə qoyub. "Past” qəzeti yazır ki, ölkədə etirazlar davamlı şəkil aldığından tənbəllik etməyən hər kəs etiraza başlayıb: təhsil işçiləri, tələbələr, təqaüdçülər, taksiçilər, adi sürücülər, əsgər valideynləri, ətraf mühit müdafiəçiləri, hətta hərbçilər və s.

Görünən odur ki, hazırda işğalçı ölkədə Paşinyan hökuməti həqiqi işlə yox, avantüra ilə məşğuldur. İqtidar rəsmiləri yalnız populist çıxışlarla camaatın könlünü ələ almaq istəyirlər. Xalq isə bunları görür, etiraz edir. Bu fonda da Ermənistanda ictimai-siyasi vəziyyət daha da gərginləşir.

Elçin CƏFƏROV,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM