Alternative content

08:06 12 Dekabr 2019
ONLINE XƏBƏR LENTİ
00:58 12.12.2019 Xilaskar Lider
00:56 12.12.2019 Tarix yaradan şəxsiyyət
00:41 12.12.2019 Qəlblərdə yaşayan dahi
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycanın və Qazaxıstanın Baş nazirləri Aktauda iki ölkə arasında fiber-optik rabitə xəttinin təməlqoyma mərasimində iştirak ediblər
Azərbaycanın və Qazaxıstanın Baş nazirləri Aktauda iki ölkə arasında fiber-optik rabitə xəttinin təməlqoyma mərasimində iştirak ediblər
ANA SƏHİFƏ / SİYASƏT
21:22 19.11.2019

Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov və Qazaxıstan Respublikasının Baş Naziri Askar Mamin noyabrın 19-da Aktau şəhərində Xəzər dənizinin dibi ilə iki ölkə arasında fiber-optik rabitə xəttinin inşasına başlanması ilə bağlı keçirilən təməlqoyma mərasimində iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, Avropa ilə Asiya arasında tarixi İpək Yolunun üzərində yeni Rəqəmsal İpək Yolunu formalaşdıracaq bu layihə Azərbaycanın, Qazaxıstanın, eləcə də Asiya regionunun digər ölkələrinin internet xidməti ilə təmin edilməsində mühüm rol oynayacaqdır. Fiber-optik rabitə xəttinin inşası hər iki ölkənin rəqəmsal infrastrukturunun güclənməsinə, onların arasında rabitə sahəsində əlaqələrin genişlənməsinə təsir edəcək, eləcə də regionda genişzolaqlı bağlantı xidmətlərinin inkişafına, daha böyük həcmli məlumatların ötürülməsi və region ölkələrinin internet xidməti ilə daha dayanıqlı şəkildə təmin olunmasına öz töhfəsini verəcəkdir. Bu nəhəng layihə çərçivəsində 380-400 kilometr uzunluğunda fiber-optik rabitə xəttinin çəkilişini Azərbaycanın rabitə operatoru "Azərtelecom”, Qazaxıstanın "Transtelekom” və "KazTransCom” şirkətləri həyata keçirəcəklər. Rabitə xəttinin inşası 2021-ci ilin sonuna qədər tamamlanacaq. Xəttin məlumat ötürmə qabiliyyəti saniyədə 4-6 terabit təşkil edəcək.

Baş Nazir Əli Əsədov Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin inşasının həm Azərbaycanın, həm də Qazaxıstanın yeni tarixində əlamətdar hadisələrdən biri olduğunu qeyd edib və iki ölkə arasında əməkdaşlıq əlaqələrinin daha da sürətli inkişafına öz töhfəsini verəcəyini bildirib.

Baş nazirlər iki ölkə arasında ticarət, iqtisadi, investisiya, nəqliyyat və logistika, kənd təsərrüfatı, kosmik və mədəni-humanitar sahələrdə əməkdaşlığın vəziyyəti və perspektivlərini də müzakirə ediblər.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM