Alternative content

06:51 12 Dekabr 2019
ONLINE XƏBƏR LENTİ
00:58 12.12.2019 Xilaskar Lider
00:56 12.12.2019 Tarix yaradan şəxsiyyət
00:41 12.12.2019 Qəlblərdə yaşayan dahi
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Hərbi ekspert: Azərbaycan Ordusunun Naxçıvan istiqamətində əldə etdiyi uğurlar erməniləri ciddi narahat edir
Hərbi ekspert: Azərbaycan Ordusunun Naxçıvan istiqamətində əldə etdiyi uğurlar erməniləri ciddi narahat edir
ANA SƏHİFƏ / SİYASƏT
21:15 19.11.2019

Azərbaycan Ordusunun Naxçıvan istiqamətində əldə etdiyi uğurlar erməniləri ciddi narahat edir.

AZƏRTAC xəbər verir ki, bunu hərbi ekspert Abuzər Əbilov türk ordusunun başının Suriyada antiterror əməliyyatlarına qatıldığı bir vaxtda Naxçıvana hücum edərək zəbt etməyin əsl vaxtının olduğu barədə son zamanlar Ermənistan mətbuatında yayılan fikirlərə münasibət bildirərkən deyib.

Ekspertin sözlərinə görə, Ermənistanın hərbi-siyasi rəhbərliyi ara-sıra absurd bəyanatlar verməklə ictimaiyyətin diqqətini bu ölkədə hökm sürən ciddi sosial-iqtisadi problemlərdən yayındırmaq məqsədini güdür. "O ki qaldı, erməni tərəfinin Suriya məsələsindən istifadə edib, Naxçıvana hücum edərək zəbt etməklə bağlı səsləndirdiyi fikirlərə, qeyd etməliyəm ki, əslində, bu, Ermənistan rəhbərliyinin dövlətimizin başçısı İlham Əliyevin dünən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edərkən ordumuzun Naxçıvan istiqamətində mövqelərinin möhkəmləndirilməsi məsələsinin müzakirəsindən irəli gələn narahatlıqların təzahürüdür.

İşğalçı ölkənin hərbi-siyasi rəhbərliyi yaxşı bilir ki, son zamanlar ordu quruculuğu sahəsində aparılan genişmiqyaslı islahatlar çərçivəsində Azərbaycan Ordusunun digər bölmələri ilə yanaşı, Naxçıvanda yerləşən Əlahiddə Ümumqoşun Ordusu da ən yeni, müasir silah və hərbi texnika ilə təchiz edilib. Əlahiddə Ümumqoşun Ordunun sərəncamında olan silahlar Ermənistan, xüsusilə də Yerevan ərazisində olan istənilən dövlət və strateji əhəmiyyətli, o cümlədən hərbi təyinatlı obyektlərin yüksək dəqiqliklə məhv edilməsinə imkan verir. Erməni tərəfi bilməlidir ki, bugünkü Azərbaycan Ordusu nəinki Naxçıvanı müdafiə etməyə, hətta Zəngəzuru və bu gün Ermənistan ərazisində yerləşən digər işğal olunmuş torpaqlarımızı da azad etməyə qadirdir.

Günnüt əməliyyatı zamanı əldə edilən nailiyyətlər bir daha əyani şəkildə sübut etdi ki, Əlahiddə Ümumqoşun Ordusunun bölmələri Naxçıvan istiqamətində istənilən əməliyyatı ən yüksək səviyyədə həyata keçirə bilər. Ermənistan hakimiyyəti çox yaxşı anlayır ki, Günnüt əməliyyatından sonra bölmələrimiz bu ölkənin hansı ərazilərinə və strateji əhəmiyyətli magistral xətlərinə nəzarəti ələ keçirib. Bu baxımdan onların narahatlıqları anlaşılandır”, - deyə hərbi ekspert bildirib.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM