Alternative content

04:16 14 Dekabr 2019
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Qida məhsullarında antibiotik təhlükəsi
Qida məhsullarında antibiotik təhlükəsi
ANA SƏHİFƏ / CƏMİYYƏT
21:14 19.11.2019

Heyvandarlıq və quşçuluq sahəsində antibakterial preparatlar əsasən infeksion xəstəliklərin müalicə və profilaktikası, yemləndirmədə kökəltmə məqsədilə işlədilir. Həmin antibiotiklərə "antibiotik-stimulyatorlar” və ya "yem antibiotikləri” də deyilir. Dünya Səhiyyə Təşkilatının məlumatına görə, il ərzində heyvandarlıq və quşçuluq sahəsində çəki artımı məqsədilə 100 min tonlarla yem antibiotikləri sərf olunur ki, bu da təbabətdə müalicə məqsədilə işlədilən oxşar dərman maddələrini iki dəfədən çox üstələyir.

Qida Təhlükəsizliyi Agentliyindən AZƏRTAC-a bildiriblər ki, heyvandarlıqda istifadə olunan yem antibiotikləri əsasən bakteriyalar tərəfindən fermentativ sintez olunan polipeptid mənşəli birləşmələrin qarışığıdır. Bu birləşmələr heyvan və ya quşların rasionuna əlavə edildikdə bağırsaqlarda patogen mikroorqanizmləri sıxışdırdığından, bağırsaq mikrobiontunun fəaliyyəti üçün əlverişli şərait yaratmış olur. Belə olduğu halda orqanizmdə həzm və metabolizmin dinamikası yaxşılaşır və inkişaf prosesi sürətlənir. Nəticədə xəstəliklərin qarşısı alınır və çəki artımı yüksəlir. Digər tərəfdən antibiotiklərin uzun müddət heyvan və quşların müalicəsi, profilaktikası və yemlənməsində istifadə edilməsi patogen və şərti patogen mikroorqanizmlərin antibiotiklərə qarşı rezistentliyinin artmasına, yəni bakteriya ştammlarının meydana gəlməsinə səbəb olur.

Bioloji və antibakterial təsir xüsusiyyətinə görə antibiotiklərin tibb təbabətində, baytarlıqda və qida sənayesinin müxtəlif sahələrində geniş istifadə edilməsi mikroorqanizmlərə görə qida zəncirinin müxtəlif mərhələlərində fəsadların yaranmasına gətirib çıxarır.

Antibiotiklərin davamlı istifadəsi zamanı heyvan və insan orqanizmində fizioloji və immunobioloji müdafiə mexanizmlərinin pozulması halları, müxtəlif formalı allergiyalar və hiperhəssaslıq yaranır, nəticədə orqanizmdə yeni patogen mikroorqanizmlər əmələ gəlir.

Antibiotiklərin kənd təsərrüfatında kortəbii və geniş istifadə olunması onların heyvan mənşəli qida məhsullarında - heyvan, quş və balıq əti, qaraciyər, süd və yumurtada müəyyən miqdarda toplanmasına səbəb olur. Ona görə də insan sağlamlığının qorunması üçün heyvan mənşəli qida məhsullarında antibiotiklərin beynəlxalq standartların tələbləri çərçivəsində maksimum qalıq limitləri müəyyən edilib.

Avropa İttifaqı ölkələrində 2006-cı ildən qanunvericiliklə bir sıra antibiotiklərin heyvandarlıqda xəstəliklərin profilaktikası məqsədilə və boy stimulyatoru kimi istifadəsi qadağan edilib. 2017-ci ildən isə Avropa Komissiyası antibiotikorezistentliyin aradan qaldırılması məqsədilə həmin maddələrlə davranma qaydalarına dair yeni fəaliyyət planı təsdiq edib. Araşdırmalar göstərir ki, antibiotiklərin heyvan və bitki mənşəli məhsulların istehsalında istifadəsi zamanı düzgün yanaşmalar olmasa, 2050-ci ildə insanlar arasında ölüm halları xərçəng xəstəliyi səbəbindən baş verən itkiləri üstələyəcək.

Antibiotiklərin "ağıllı tətbiqi” ilə heyvan mənşəli qida məhsullarının həmin preparatlarla çirklənmə təhlükəsini və əhatə dairəsini azaltmaq mümkündür. Bunun üçün heyvanlar üzərində hər bir antibiotikin baytarlarla məsləhətləşməklə təyinatına uyğun olaraq düzgün seçilmiş doza və müəyyən edilmiş müddət ərzində istifadəsi nəzərdə tutulur.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM