Alternative content

06:55 12 Dekabr 2019
ONLINE XƏBƏR LENTİ
00:58 12.12.2019 Xilaskar Lider
00:56 12.12.2019 Tarix yaradan şəxsiyyət
00:41 12.12.2019 Qəlblərdə yaşayan dahi
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Əmək və sosial siyasət komitəsinin iclası keçirilib
Əmək və sosial siyasət komitəsinin iclası keçirilib
ANA SƏHİFƏ / PARLAMENT
21:05 19.11.2019

Noyabrın 19-da Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, komitənin sədri Hadi Rəcəbli gündəliyə "Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2020-ci il büdcəsi haqqında”, "İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi haqqında”, "Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” və "Azərbaycan Respublikası 2020-ci il üçün ehtiyac meyarının həddi haqqında” (ikinci oxunuş), həmçinin "Əmək pensiyaları haqqında”, "Məşğulluq haqqında” və "Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihələrinin (ikinci oxunuş) daxil edildiyini bildirib.

Gündəlikdəki məsələlər barədə ümumi məlumat verən Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev bildirib ki, birinci oxunuşdan sonra sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2020-ci il büdcəsi dəyişməz olaraq qalır. Qeyd olunub ki, qurumun gələn il üçün gəlir və xərcləri 4 milyard 825 milyon manat nəzərdə tutulur, bu da ötən illə müqayisədə 17 faiz, yəni 697,4 milyon manat artım deməkdir. Gələn il pensiyaların indeksasiyası nəzərdə tutulur. Belə ki, ölkəmizdə orta pensiya məbləği ciddi şəkildə artaraq 293 manat ətrafında olmalıdır. Nazir sosialyönümlü islahatların bundan sonra da davam etdiriləcəyini və daha da genişləndiriləcəyini diqqətə çatdırıb. Onun sözlərinə görə, İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsinin isə gəlir və xərcləri 128,2 milyon manat proqnozlaşdırılır ki, bu da ötən illə müqayisədə 30 faiz və ya 29,8 milyon manat çoxdur.

Nazir diqqətə çatdırıb ki, 2020-ci il üçün yaşayış minimumu 190 manat, ehtiyac meyarının həddi isə 160 manat müəyyən edilib.

"Əmək pensiyaları haqqında”, "Məşğulluq haqqında” və "Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihələri (ikinci oxunuş) barədə məlumat verən Sahil Babayev bu qanunlara təklif olunan dəyişikliklərin də əhalinin sosial rifahının yaxşılaşdırılmasına xidmət etdiyini vurğulayıb.

İclasda çıxış edən müvafiq qurumların nümayəndələri ölkəmizdə aparılan sosial islahatları yüksək qiymətləndiriblər, qanun layihələri barədə fikirlərini bölüşüblər.

İclasın yekununda gündəlikdəki yeddi məsələnin hamısı ikinci oxunuşda Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olunub.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM