Alternative content

07:51 12 Dekabr 2019
ONLINE XƏBƏR LENTİ
00:58 12.12.2019 Xilaskar Lider
00:56 12.12.2019 Tarix yaradan şəxsiyyət
00:41 12.12.2019 Qəlblərdə yaşayan dahi
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Milli Məclisin komitələrinin birgə iclası keçirilib
Milli Məclisin komitələrinin birgə iclası keçirilib
ANA SƏHİFƏ / PARLAMENT
18:15 19.11.2019

Noyabrın 19-da Milli Məclisin Əmək və sosial siyasət, Elm və təhsil, Səhiyyə, Ailə, qadın və uşaq məsələləri, Mədəniyyət komitələrinin birgə iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli "Azərbaycan Respublikasının 2020-ci il üçün dövlət büdcəsi haqqında” qanun layihəsini ikinci oxunuşda təqdim edib. Komitə sədri daha çox sosialyönümlülüyü ilə diqqət çəkən gələn ilin büdcə layihəsinin peşəkarlıqla hazırlandığını vurğulayıb. Bildirilib ki, son illərdə aparılan islahatlar nəticəsində sosial sahəyə ayrılan vəsaitlərin məbləğinin artırılması, büdcənin əhalinin güzəranının yaxşılaşdırılmasına isiqamətləndirilməsi təqdirəlayiq haldır.

Maliyyə nazirinin birinci müavini İlqar Fətizadə qeyd edib ki, büdcə layihəsi birinci oxunuşunda Milli Məclisin müzakirəsindən keçib və deputatlar tərəfindən tutarlı təkliflər verilib. Nazir müavini bu təkliflərin nəzərə alınacağını diqqətə çatdıraraq 2020-ci ilin büdcə parametrlərini yenidən səsləndirib. Qeyd olunub ki, 2020-ci ilin dövlət büdcəsinin gəlirləri 24 milyard 135 milyon manat, xərcləri isə 26 milyard 914 milyon manat, icmal büdcənin gəlirləri isə 27 milyard 533 milyon manat təşkil edəcək. İcmal büdcə xərclərinin yuxarı həddi 29 milyard 488 milyon manat olacaqdır ki, bu da 2019 illə müqayisədə 2 milyard 117 milyon manat və ya 7,7 faiz çoxdur. Maliyyə nazirinin birinci müavini yeni büdcə layihəsində sosial, elm, təhsil, səhiyyə və mədəniyyət sahələrinin inkişafı üçün kifayət qədər vəsait ayrıldığını diqqətə çatdırıb.

Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli yeni dövlət büdcəsi layihəsinin bütün sahələrdə olduğu kimi, ölkənin elm və təhsilinə də böyük töhfə verəcəyindən əminliyini ifadə edib.

Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov gələn ilin dövlət büdcəsinin 5,1 faizinin səhiyyə sahəsinə ayrılmasını və gələn ilin büdcəsində icbari tibbi sıgorta məsələsinə diqqətin artırılmasını humanist addım kimi dəyərləndirib və buna görə dövlətimizin başçısına təşəkkürünü bildirib.

Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı və Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov da çıxışlarında büdcə layihəsinin təkmil bir şəkildə hazırlandığını vurğulayıblar. 2020-il büdcəsinin milli kinonun inkişafına və xalqımızın milli-mənəvi dəyərlərini əks etdirən yeni filmlərin çəkilməsinə, uşaqlar haqqında cizgi və reklam filmlərinin çəkilməsinə ayrılan vəsaitin artırılmasının vacib məsələ olduğunu qeyd ediblər.

Müzakirələrdə deputatlardan Məlahət İbrahimqızı, Qənirə Paşayeva, Asim Mollazadə, İlham Məmmədov, Rəşad Mahmudov, Novruzəli Aslanov çıxış ediblər.

İclasda iştirak edən İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova deputatları maraqlandıran məsələlərə aydınlıq gətirib.

Müzakirələrdən sonra 2020-ci il dövlət büdcəsi haqqında qanun layihəsi ikinci oxunuşda plenar iclasa tövsiyə olunub.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM