19 Noyabr 2019 18:15
572
DÜNYA
A- A+

İraq parlamenti hökumətə 45 gün möhlət verdi


İraq parlametində təmsil olunan siyasi partiyalar bəyan etmişdir ki, Nazirlər Kabineti 45 gün ərzində islahatlar keçirməsə və etirazçıların tələblərini yerinə yetirməsə, hökumətə etibarsızlıq göstərəcək və növbədənkənar seçkilər elan edəcək. Bu mövqe partiyaların birgə iclasının yekunlarına görə qəbul olunmuş bəyanatda ifadəsini tapmışdır.

Bəyanatda deyilir ki, hökumətə, o cümlədən Baş Nazir Adil Əbdülmehdiyə Nazirlər Kabinetinin tərkibində dəyişikliklərin edilməsi və dövlət vəzifələrinə şəxslərin məzhəb mənsubiyyəti əsasında olmamaqla təyin edilməsi kimi islahat keçirmək üçün 45 gün vaxt ayrılır.

Yerli ekspertlərin fikrincə, Baş Nazirin istefaya göndərilməsi dövlət idarəetmə sistemində xaos yarada bilər.

Ölkədə hökumət əleyhinə nümayişlər ötən ayın 1-dən bəri davam edir. Əhali işsizliyə və korrupsiyaya etiraz edir. Etiraz aksiyaları başlayandan bəri 300 nəfərdən çox adam həlak olmuş, 15 mindən çox nümayişçi yaralanmışdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video