Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!
Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Türk Silahlı Qüvvələrinin FETÖ ilə əlaqəsi olan 101 əməkdaşı saxlanılıb
Türk Silahlı Qüvvələrinin FETÖ ilə əlaqəsi olan 101 əməkdaşı saxlanılıb
ANA SƏHİFƏ / DÜNYA
15:49 19.11.2019
Türkiyənin İzmir şəhərinin Baş Prokurorluğu tərəfindən aparılan əməliyyat nəticəsində Türk Silahlı Qüvvələrinin FETÖ terror təşkilatı ilə əməkdaşlıqda şübhəli bilinən 133 hərbi qulluqçusu haqqında saxlanılma qərarı qəbul edilib.
AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, aralarında polkovnik, mayor, kapitan olan Türk Silahlı Qüvvələrinin 101 əməkdaşı artıq saxlanılıb. Digər şübhəlilərin axtarışları davam edir.
Əməliyyatlar İzmirin 45 rayonunda eyni vaxtda keçirilib.