Alternative content

00:43 15 Dekabr 2019
ONLINE XƏBƏR LENTİ
00:31 15.12.2019 Təbiətin Səttar rəngi
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV UNESKO-nun Baş Konfransı çərçivəsində Mədəniyyət nazirlərinin forumu keçirilib
UNESKO-nun Baş Konfransı çərçivəsində Mədəniyyət nazirlərinin forumu keçirilib
ANA SƏHİFƏ / Mədəniyyət
15:41 19.11.2019

Parisdə UNESKO-nun Baş Konfransının 40-cı sessiyası çərçivəsində mədəniyyət nazirlərinin forumu keçirilib.

AZƏRTAC xəbər verir ki, forumda 130-a qədər ölkənin Mədəniyyət nazirləri iştirak edir. Forum çərçivəsində "Mədəniyyət və irs – dialoq və sülh üçün bərpa olunan enerji”, "Təhsildə mədəniyyət – insan inkişafı və innovasiya üçün fundamental ölçü”, "Dayanıqlı inkişaf və məşğulluq üçün mədəniyyət və yaradıcılığa investisiya qoyuluşu” və "İctimai məkanda mədəniyyət – sosial və şəhər transformasiyasının təkanverici qüvvəsi” mövzularında dörd panel keçiriləcək.

Forumu açıq elan edən UNESKO-nun baş direktoru Odre Azuley tədbirin əhəmiyyətinə toxunaraq Baş Konfrans çərçivəsində ilk dəfə həyata keçirilən Forumun həm üzv dövlətlər arasında, həm də üzv dövlətlərlə təşkilat arasında əməkdaşlığın inkişafına töhfə verəcəyini qeyd edib.

"Mədəniyyət və irs – dialoq və sülh üçün bərpa olunan enerji” mövzusuna həsr olunmuş paneldə Mədəniyyət naziri Əbülfəs Qarayev çıxış edərək, mədəniyyət və mədəni irsin qorunması sahəsində ölkə və beynəlxalq səviyyədə həyata keçirilən tədbirlər barədə məlumat verib. Azərbaycanda müxtəlif etnik və dini mənsubiyyətə malik insanların ənənələrini qoruyub saxlamaqla əsrlərdir sülh şəraitində birgə yaşadıqlarını, həmçinin ölkədə mövcud olan mədəni və dini abidələrin qorunması və bərpasına xüsusi diqqət yetirildiyini bildirib. Bu sahədə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın, eləcə də Fondun müstəsna rolunu qeyd edib.

Həmçinin, Ə.Qarayev mədəniyyətlər və dinlərarası dialoqun inkişafında 2008-ci ildən ölkə başçısının təşəbbüsü ilə həyata keçirilən "Bakı Prosesi”nin rolunu vurğulayaraq, bu təşəbbüs çərçivəsində həyata keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumlarının mədəni müxtəliflik və dialoqu təşviq etməklə dünyada dayanıqlı inkişafa töhfə verdiyini bildirib.

Nazir Ermənistanın Azərbaycanın torpaqlarının 20 faizini işğal etməsi nəticəsində bir milyon azərbaycanlının öz doğma yurdundan didərgin düşdüyünü və qaçqın və məcburi köçkün həyatı yaşayan bu soydaşlarımızın mədəni hüquqlarından istifadə edə bilmədiyini diqqətə çatdırıb.

Forumda münasibətlərin sülh şəraitində inkişaf etdirilməsi və insan təhlükəsizliyinin gücləndirilməsi məqsədi ilə dialoqa önəm verən və etimad yaradan innovativ, beynəlxalq səviyyəli tədbirlər təşkil edən UNESKO-nun rolu yüksək qiymətləndirilib.

Bildirilib ki, forum inklüziv, mədəniyyətlərarası dialoqun, mədəniyyət ifadələrinin təbliğini təşviq edən təşəbbüslər və mexanizmlər haqqında danışmaq üçün vaxtında çağırılıb. Sülhün qorunub saxlanması və davamlı inkişafın təmini baxımından mədəniyyətlərarası dialoq uzun müddətdir ki, beynəlxalq səviyyədə gündəmdə olan əsas məsələdir.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM