Alternative content

23:39 12 Dekabr 2019
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Jewish Journal” nəşrində Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun abidəsinin açılışı barədə məqalə dərc edilib
“Jewish Journal” nəşrində Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun abidəsinin açılışı barədə məqalə dərc edilib
ANA SƏHİFƏ / SİYASƏT
13:10 19.11.2019

Amerikada çıxan "Jewish Journal” nəşrində Azərbaycan Dağ Yəhudiləri İcmasının rəhbəri Milix Yevdayevin məqaləsi dərc edilib. Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun abidəsinin açılışına həsr edilmiş məqalədə müəllif yazır ki, noyabrın 15-də abidənin açılış mərasimində Azərbaycan hökumətinin və respublika ictimaiyyətinin, müxtəlif icma və təşkilatların nümayəndələri, o cümlədən Simon Vizental Mərkəzinin əməkdaşı, ravvin Avraam Kuper, ABŞ-ın Beynəlxalq Dini Azadlıqlar Komissiyasının rəhbəri və Xristian Liderlər Konqresinin prezidenti Conni Mur, İsrailin baş fəxri sefard ravvini Şvomo Amar, Avropa, ABŞ və Latın Amerikasından olan bir neçə ravvin, habelə Amerikanın qərb ştatlarından olan senatorlar iştirak ediblər.

Məllif daha sonra Milli Qəhrəmanın həyatı barədə yazır. Yevdayev qeyd edir ki, əhalisinin 95 faizi müsəlmanlar olan, eyni zamanda yəhudi icmasının inkişaf etdiyi Azərbaycanda Albert milli qürur rəmzidir. 1991-ci ildə SSRİ dağılandan sonra Albertin hərbi xidmətdən imtina etməyə və ya Azərbaycanı tərk etməyə tam hüququ vardı. Buna baxmayaraq, o, Ermənistanın Azərbaycan ərazisinə soxulduğu bir vaxtda könüllü olaraq Azərbaycan Ordusu sıralarına daxil oldu. Albert çox bacarıqlı tankçı idi. O, öz bilik və vərdişləri sayəsində bir gün ərfzində ermənilərin 9 tankını və iki zirehli yük maşınını sıradan çıxara bilmişdi.

Albert Şuşada qətlə yetirilib. Son damla qanına qədər bu şəhəri müdafiə edən Aqarunov yaralı əsgər yoldaşlarını xilas etmək üçün öz tankından çıxan anda erməni snayperi onu nişan aldı. 1992-ci il mayın 8-də dünya yəhudiləri, Azərbaycan və bu ölkəni sevən hər kəs əsl qəhrəmanı itirdi. Albertin cəmi 23 yaşı vardı.

Bu abidə Albert Aqarunovun xatirəsinə ehtiramın ilk nümunəsi deyil. Albertin uşaqlıq illərinin keçdiyi evin divarında xatirə lövhəsi vurulub, vaxtilə təhsil aldığı məktəbə onun adı verilib. Albert Bakıda, Şəhidlər xiyabanında dəfn edilib. Keçən il Bakının ən gözəl küçələrindən birinə onun adı verilib. 1992-ci ilin iyun ayında Albert hərbi xidmətə görə ali mükafata – Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Milix Yevdayev məqaləsinin sonunda yazır ki, Albert Aqarunov Azərbaycan və yəhudi xalqları arasında, bütövlükdə müsəlmanlarla yəhudilər arasında qardaşlıq və dostluq rəmzidir.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM