Alternative content

23:10 12 Dekabr 2019
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Milli Məclis Sədrinin rəhbərliyi ilə parlament nümayəndə heyəti Sankt-Peterburqda səfərdə olacaq
Milli Məclis Sədrinin rəhbərliyi ilə parlament nümayəndə heyəti Sankt-Peterburqda səfərdə olacaq
ANA SƏHİFƏ / PARLAMENT
12:12 19.11.2019
Milli Məclisin Sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti MDB PA-ın Şura və növbəti plenar iclasında iştirak etmək üçün noyabrın 20-dən 22-nə kimi Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində səfərdə olacaq.

Parlamentin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nümayəndə heyətinin tərkibinə deputatlardan Xanlar Fətiyev, Fəzail Ağamalı, Mirkazım Kazımov, Bəxtiyar Əliyev, Parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildilər.

MDB PA-ın Şura iclasında plenar sessiyada müzakirəyə çıxarılacaq məsələlər nəzərdən keçiriləcək. Toplantıda quruma üzv ölkələrdə seçkilərin müşahidəsinin təşkili, Qazaxstanda, Belarusda, Özbəkistanda bu sahədə görülmüş işlər, II Dünya müharibəsində Qələbənin 75 illiyinə həsr olunmuş tədbirlər, təşkilatın fəaliyyətinin maliyəşdirilməsi və digər məsələlər müzakirə olunacaq.

Qurumun plenar sessiyasında Normativ hüquqi aktlar, Ekoloji zərərin hesablanması, Sosial turizm, Reklam haqqında model qanunlar, Ekoloji təhlükəsizlik üzrə Milli mərkəzlərin yaradılması və MDB PA-ın növbəti il üçün fəaliyyət istiqamətləri barədə məsələlərə baxılacaq. Milli Məclisin Sədri MDB PA-ın Şura və plenar iclaslarında müzakirə olunacaq məsələlərə Azərbaycan tərəfinin münasibətini bildirəcək.

Nümayəndə heyətinin üzvləri təşkilatın Sankt-Peterburqun Tavriya sarayında keçiriləcək daimi komitələrinin iclaslarında iştirak edəcək, gündəlikdəki məsələlərlə bağlı öz fikirlərini ifadə edəcəklər.

Parlamentin Sədri Oqtay Əsədov səfər çərçivəsində tədbirlərdə iştirak edən nümayəndə heyətlərinin rəhbərləri ilə bir sıra görüşlər keçirəcək.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM