Alternative content

01:33 07 Dekabr 2019
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Dinlərarası dialoq zamanın tələbidir
Dinlərarası dialoq zamanın tələbidir
ANA SƏHİFƏ / SİYASƏT
00:40 19.11.2019


Azərbaycan bu işə mühüm töhfə verir


Bəşəriyyət tarixi boyunca bir-birindən mürəkkəb mərhələlərdən keçmişdir. XXI əsr başlar-başlamaz bəşər övladı yenə də narahatlıq hissi keçirir: supergüclər dünyaya nəzarət uğrunda mübarizə aparır, kiçik ölkələr böyük dövlətlərin maraqlarına qurban gedir, "mənəm-mənəmlik” planetin bütöv regionlarını qan gölünə çevirir, alovlanmış silahlı münaqişələr yüz minlərlə həyatı puç edir.

Bu faciəvi vəziyyəti nizama salmaq üçün irəli sürülən təşəbbüslər qulaqardına vurulur, qanla işləyən dəyirman isə fırlanmaqda davam edir.

Müasir dünyada cərəyan edən mürəkkəb ictimai-siyasi-iqtisadi proseslər, sülh və təhlükəsizliyə təhdidlərin artması fonunda bəşəriyyətin gələcəyinə biganə qalmayan ölkələrin səylərini birləşdirməsi, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və dinlərarası dialoqun möhkəmləndirilməsi təxirəsalınmaz vəzifə kimi ortaya çıxır. Belə ki, müxtəlif dinləri, məzhəbləri, mədəniyyətləri bir-birinə qarşı qoymaq meyilləri nəinki özünü göstərir, hətta bir çox hallarda real fakt kimi ortaya çıxır. Ksenofobiya, islamofobiya, xristianofobiya təzahürləri getdikcə təhlükəli hal alır. Hadisələrin bu məcrada inkişafının dayandırılmasında dini liderlər əhəmiyyətli rol oynaya bilərlər. Hazırkı tarixi mərhələdə beynəlxalq aləmdə müşahidə olunan gərginliyin azaldılmasında dini rəhbərlərin birləşdirici rolunu artırmağa ehtiyac duyulur, çünki onların səsini eşidənlər daha çoxdur. Odur ki, ayrı-ayrı ölkələr hərəkətə keçib dini liderləri müxtəlif platformalarda bir araya gətirir, onların səsinin, çağırışlarının fərqli dini inanclara mənsub insanlara çatdırılmasında yardımçı olur.

Belə bir mühüm missiyanı həyata keçirən ölkələrdən biri Azərbaycandır. Bu da təsadüfi deyil. Azərbaycanda dini, milli tolerantlıq ən yüksək səviyyədədir, din-dövlət münasibətləri, millətlərarası münasibətlər digər ölkələrə nümunədir.

Tarixi təcrübə sübut edir ki, dini-milli tolerantlıq ölkəmizdə həm həyat tərzi, həm də dövlət siyasətidir.

Bu baxımdan dünya dini liderlərinin 2010-cu ildə Bakıda keçirilmiş ilk sammiti tarixi hadisə kimi yadda qaldı. Ötən həftə isə dini liderlər Azərbaycan paytaxtında yenidən bir araya gəlib mövcud vəziyyəti müzakirə etdilər. Dünya dini liderlərinin II Bakı Sammitində planetin 5 qitəsindən 70-dən çox dövlətin, 25 ənənəvi din və dini məzhəbin lider və təmsilçiləri, həmçinin 10-dək nüfuzlu beynəlxalq təşkilatın 500-ə yaxın yüksəksəviyyəli nümayəndəsi, o cümlədən Rusiya Federasiyası subyektlərinin başçıları və dini rəhbərləri iştirak edirdilər. Zirvə görüşü Prezident İlham Əliyevin təşəbbüsü ilə başlanıb həyata keçirilən "Bakı Prosesi”, "Multikulturalizm” və "İslam həmrəyliyi” illəri çərçivəsində təşkil olunmuş beynəlxalq tədbirlərin, o cümlədən Dünya dini liderlərinin I Bakı Sammitinin, habelə Bakı Beynəlxalq Dinlərarası və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzinin müxtəlif mədəniyyətlər və dinlər arasında əlaqələrin genişlənməsinə, qarşılıqlı etimad mühitinin yaradılması işinə töhfəsinin məntiqi davamı idi.

Azərbaycan dövlətinin dinlərarası dialoqun inkişafına, qarşılıqlı anlaşma və insani həmrəylik kimi bəşəri dəyərlərin təşviqinə öz töhfəsini vermək məramı ilə evsahibliyi etdiyi Dünya dini liderlərinin II Zirvə görüşündə müasir dövrün insanlararası münasibətlər sistemində ən aktual problemlərinə toxunuldu. Nəzərə çarpdırıldı ki, XXI əsrdə təcavüz, zorakılıq və ayrı-seçkiliyə təhrik edən nifrət çağırışları ictimai təhlükəyə çevrilməkdədir. Təəssüflər olsun ki, informasiya-kommunikasiya texnologiyalarının inkişafı mənfi fəsadlar da doğurmuşdur: sosial şəbəkələrdə, kütləvi informasiya vasitələrində nifrət məzmunlu çağırışlar genişmiqyaslı sistemə çevrilir. Sammitdə belə bir təhlükəli təzahürün vüsət almasının qarşısını almaq üçün səylərin birləşdirilməsinin vacibliyi vurğulandı. Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə nifrətə çağırış probleminin fəsadlarını və ictimai təhlükəsini nəzərə alaraq BMT və KAICIID Beynəlxalq Dinlər və Mədəniyyətlərarası Dialoq Mərkəzi və Bakı Dinlərarası Əməkdaşlıq Mərkəzinin birgə təşkilatçılığı ilə "Qlobal nifrət çağırışları ilə mübarizədə din, siyasət və ictimaiyyət xadimlərinin birgə səyləri” mövzusunda gələcəkdə beynəlxalq konfrans keçirmək təşəbbüsü ilə çıxış etdi və bu təklif alqışlandı.

Dünya dini liderlərinin II Bakı Sammitinin iştirakçıları planetin bir sıra regionlarında səngiməyən münaqişələrin və terror aktlarının doğurduğu insanlıq faciəsinə münasibət bildirdilər. Belə bir məqam təəssüflə qeyd olundu ki, ənənəvi dəyərlərin böhranı təxribatçılar və ekstremistlər üçün geniş meydan açır. Ona görə də dini liderlər ekstremizmi rədd etməklə kifayətlənməməli, cəmiyyətdə müqəddəs kitablara əsaslanan sarsılmaz dəyərləri, ailəni, nikahı, böyüklərə hörməti, dinə hörməti, insanın dini seçimini, iztirab çəkənlərə və kimsəsizlərə dəstəyi tərbiyə etməlidirlər. Bu ideyalar inandırıcı nümunələrlə möhkəmləndirilib informasiya məkanında geniş təbliğ olunmalıdır.

Sammitdə vurğulandı ki, dini liderlər dünyanın siyasi liderlərinə müraciət edərək siyasi vəzifələri zəif dövlətlərin hesabına həll etməyi dayandırmağın vacibliyini bildirməli, onlara xatırlatmalıdırlar ki, dünya ölkələrini birinci, ikinci və üçüncü dərəcələrə bölmək praktikasından əl çəkməyin vaxtıdır, daha inkişaf etmiş və varlı dövlətlər bəşəriyyətin taleyinə görə məsuliyyətlərini dərk etməlidir.

Dünya dini liderlərinin dilindən Bakıda səsləndirilmiş çağırışlar fövqəladə əhəmiyyət kəsb edir. Sammit zamanı planetin ayrı-ayrı regionlarında terrorizmin, dini və etnik zəmində dözümsüzlüyün artması, terrorçu və ekstremist qruplaşmalar tərəfindən dini dəyərlərin məqsədyönlü şəkildə təhrif olunması, mədəni, dini və tarixi irsin, o cümlədən Azərbaycanın işğal olunmuş ərazilərində mədəni və dini abidələrin dağıdılmasından dərin narahatlıq ifadə olundu. Zirvə görüşü zamanı Yer kürəsində cərəyan edən arzuolunmaz prosesləri dayandırmaq üçün din xadimlərinin üzərinə düşən vəzifə Azərbaycan paytaxtında bir daha diqqətə çatdırıldı. Ümid edək ki, dini liderlərin çağırışları reaksiyasız qalmayacaq, susmuş vicdanlarda əks-səda doğuracaq.

Allahverdi MEHDİYEV,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM