Alternative content

10:24 11 Dekabr 2019
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Gələn ilin dövlət büdcəsi ölkənin iqtisadi təhlükəsizliyini təmin edəcək
Gələn ilin dövlət büdcəsi ölkənin iqtisadi təhlükəsizliyini təmin edəcək
ANA SƏHİFƏ / PARLAMENT
00:38 19.11.2019


Dünən Milli Məclisin 5 komitəsi - İqtisadi siyasət, sənaye və sahibkarlıq, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, Təbii ehtiyatlar, energetika və ekologiya, Aqrar siyasət, İctimai birliklər və dini qurumlar komitələrinin birgə iclasında "Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarıldı.

Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə çıxış edərək bildirdi ki, layihə həm komitələrin birgə iclasında, həm də plenar iclasda müzakirə olunub.

Maliyyə nazirinin müavini Azər Bayramov isə "Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin birinci oxunuşu zamanı deputatlar tərəfindən çoxlu sayda dəyərli təkliflərin irəli sürüldüyünü söylədi. Bu təkliflərin bir qisminə plenar iclasda cavab verilib. Ancaq digər təkliflər müxtəlif aidiyyəti təşkilatlarla bağlı olduğu üçün Maliyyə Nazirliyi həmin qurumlarla məsləhətləşmələr aparıb.

Nazir müavini dedi ki, verilən təkliflərin əksəriyyəti cari büdcə məsələləri deyil, investisiya xərclərinə aid olub. Ona görə də bu xərclərlə bağlı müzakirə aparıldıqda təkliflər dəyərləndiriləcək.

Müzakirələr zamanı çıxış edən deputat Vahid Əhmədov bildirdi ki, Milli Məclisdə Dövlət Sosial Müdafiə Fondunun da büdcəsinin icrası müzakirə edilməlidir. Bunun üçün isə 2020-ci ilin dövlət büdcəsinin icrası müzakirə olunarkən qanunvericiliyə dəyişiklik edilməli və növbəti ildə fondun büdcəsinin müzakirəsi aparılmalıdır. Deputat Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyünün nədən gecikdiyinin səbəblərini də soruşdu.

"Milli Məclisin komitələrinin birgə iclaslarında dövlət büdcəsinin müzakirəsinin aparılması Prezident İlham Əliyevin islahatlar kursunun təbliğat prosesidir. Burada deputatlar islahatlar kursuna münasibət bildirirlər”. Bu fikri isə deputat Fazil Mustafa söylədi.

Deputat Rüfət Quliyev isə hesab edir ki, dövlət kiçik və orta sahibkarlığın inkişafına daha böyük diqqət ayırmalıdır. Bunun üçün bank faizləri aşağı salınmalıdır. Əgər faizlər aşağı düşməsə, sahibkarlar böyük həcmdə kredit götürə bilməyəcəklər.

Komitə sədri Ziyad Səmədzadə bildirdi ki, gec-tez Azərbaycan Ümumdünya Ticarət Təşkilatına üzv olacaq. Ancaq bunun üçün tələsmək olmaz. Elə böyük ölkələr var ki, bu təşkilata üzv olduqdan sonra iqtisadiyyatı acınacaqlı duruma düşüb. Dövlətin borcu artıb.

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Aydın Mirzəzadə diqqətə çatdırdı ki, büdcənin hər il artması öncəki ilin büdcəsinin uğurlu icrasının nəticəsidir. 2020-ci ilin büdcəsinin ən böyük büdcə olmasının səbəbi də budur: "Gələn ilin büdcəsinin göstəriciləri artıq bizlərə bəllidir. Sosialyönümlü xərclərin artması, qeyri-neft sektorunun inkişafına daha böyük maliyyə dəstəyinin verilməsi çox müsbət qərarlardır. Dövlət büdcəsinin gəlirləri onu deməyə əsas verir ki, gələn il də pensiya və müavinətlərin artırılması ehtimalı yüksəkdir. Büdcə ölkə vətəndaşlarının hər il olduğu kimi, 2020-ci ildə də təhlükəsiz şəraitdə yaşamasının təminatçısıdır” deyən deputat bəzi təkliflər də səsləndirdi.

Onun fikrincə, tək Bakıda deyil, rayonlarda da sosial mənzillərin tikintisi sürətləndirilməlidir. Ali məktəblərin yataqxanaları bərpa olunmalı və ya yeniləri tikilməlidir. Yeni yataqxanaların tikilməsi Azərbaycana əlavə valyuta gətirə bilər. Həmçinin tələbə kreditləri ilə bağlı məsələ həll olunmalıdır.

Milli Məclis Sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov da tələbə yataqxanaları məsələsinə toxundu. Bildirdi ki, bu layihələrə maliyyə yatırmağa hazır olan şirkətlər var. Bu şirkətlər tələbələr üçün daha münasib qiymətə binalar tikə biləcəklərini deyirlər. Yəni bunun üçün mexanizm mövcuddur, sadəcə olaraq dövlət qurumları bununla bağlı məsləhətləşmələr aparıb razılığa gəlməlidirlər.

Parlamentin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov isə dedi ki, gələn ilin dövlət büdcəsinin layihəsi ilə bağlı ciddi müzakirələr aparılıb, təkliflər səsləndirilib. Görünən odur ki, dövlət mühüm sahələrə ayırdığı vəsaitləri ilbəil artırır. Kənd təsərrüfatındakı artım da bunu göstərir. Ancaq buna baxmayaraq büdcədən ayrılan xərclər qənaətlə xərclənməlidir.

Hesablama Palatasının sədri Vüqar Gülməmmədov vurğuladı ki, palata tərəfindən sahibkarlığın inkişafı, ayrılan vəsaitlərin istifadəsi ilə bağlı hesablamalar aparılıb: "Bizim tərəfimizdən həm də "Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin icrası ilə bağlı” qanun layihəsinə ediləcək dəyişikliklərlə əlaqədar rəsmi sürətdə müraciət edilib. Başda Maliyyə Nazirliyi olmaqla digər aidiyyəti qurumlar da bu məsələyə münasibət bildiriblər. Hesablama Palatasının qanunvericilik təşəbbüsü ilə çıxış etmək səlahiyyəti olmadığı üçün bunu müzakirə etmək üçün hökumətə təqdim etmişik. Yəqin ki, bu barədə qərar veriləcək”.

Vüqar Gülməmmədovun sözlərinə görə, deputatların hər hansısa rayonda müəssisənin, ali məktəbin və ya digər bir sosial obyektin tikintisi ilə bağlı təklifləri dövlət investisiya proqramına salınmalıdır. Belə olarsa, həmin təkliflərin reallaşması mümkündür.

Çıxışlardan sonra Maliyyə nazirinin müavini Azər Bayramov və İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova bəzi sualları cavablandırdılar.

İclasa yekun vuran İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirdi ki, büdcə layihəsi başlıca iqtisadi sənəd olaraq 2020-ci ildə həyatımızın müxtəlif istiqamətlərini əhatə etməklə dünya və ölkə iqtisadiyyatında gözlənilən meyillərin təhlilinə uyğun hazırlanıb. Hər il olduğu kimi, 2020-ci ilin dövlət büdcəsi əhalinin sosial rifahının yüksəlməsinə, dövlətin milli təhlükəsizliyinin və müdafiə qabiliyyətinin güclənməsinə, iqtisadiyyata investisiya qoyuluşunun daha da artmasına, kənd təsərrüfatının stimullaşdırılmasına möhkəm maliyyə əsasları yaradır. Növbəti ilin dövlət büdcəsinin xərclərinin strukturunda diqqəti çəkən mühüm məqamlardan biri cari xərclərin həcminin artmasıdır: "Azərbaycan iqtisadiyyatı yeni inkişaf mərhələsindədir. İllər keçdikcə Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi ilə öz büdcə parametrlərinin daha da yaxşılaşdırılması üçün tədbirlər görür. Gələn ilin dövlət büdcəsi daha şəffaf hazırlanıb və əsas maliyyə sənədi ölkənin iqtisadi təhlükəsizliyini təmin edəcək.

Çıxışlardan sonra qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olundu.

Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM