Alternative content

01:31 07 Dekabr 2019
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Qəbələ “Ölkəmizi tanıyaq” tur-aksiyasının növbəti iştirakçılarını qəbul edib
Qəbələ “Ölkəmizi tanıyaq” tur-aksiyasının növbəti iştirakçılarını qəbul edib
ANA SƏHİFƏ / CƏMİYYƏT
21:55 18.11.2019

Prezident İlham Əliyevin tövsiyəsinə əsasən "Ölkəmizi tanıyaq” devizi altında keçirilən maarifləndirici tur-aksiyanın bu ilin payızında reallaşan ikinci mərhələsi çərçivəsində Qəbələ-Şəki-Zaqatala marşrutu üzrə ekskursiyaya çıxan 9 rayonun məktəblilərindən ibarət qruplar noyabrın 18-də günorta saatlarında Qəbələ şəhərinə gəliblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Qazax, Ağstafa, Tovuz, Gədəbəy, Şəmkir, Samux, Neftçala, Salyan və Hacıqabul rayonlarının məktəbliləri "Karvansaray” otelinin qarşısında rayon rəhbərliyi tərəfindən mehribanlıqla qarşılanıblar.

Rayon icra hakimiyyəti başçısının müavini Ətayə Osmanova məktəblilərə qədim Qəbələnin tarixi, mədəniyyəti, iqtisadiyyatı və turizm potensialı barədə məlumat verib.

"Karvansaray” və "Qafqaz Sport” otellərində yerləşən məktəblilər nahardan sonra Qəbələ rayonu ilə tanışlığa başlayıblar. Məktəblilər əvvəlcə Qəbələ şəhərindəki Zərifə Əliyeva prospektinin ərazisində ağacəkmə aksiyasında iştirak ediblər.

Tur-aksiya iştirakçılarının Qəbələnin görməli yerləri ilə ilk tanışlığı Yengicə kəndindəki zooparka ekskursiya ilə başlayıb. Məktəblilərə burada saxlanılan heyvanlar barədə məlumat verilib.

Sonra məktəblilər rayonun məşhur istirahət məkanlarından olan Nohur gölünə səyahət ediblər. Bildirilib ki, dəniz səviyyəsindən 700 metr hündürlükdə yerləşən Nohur gölünün ətrafı sıx meşələr və dağlarla əhatə olunub. Sahəsi 240 hektar olan gölün dərinliyi 24 metr, suyunun həcmi isə 16 milyon kubmetrdir.

Doqquz rayonun məktəbliləri ekskursiyanın növbəti günlərində Şəki və Zaqatala rayonlarının, həmçinin Qəbələnin tarixi məkanları ilə tanış olacaq, görməli yerlərini gəzəcəklər.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM