18 Noyabr 2019 21:52
435
CƏMİYYƏT
A- A+

Ölkəmizin doqquz rayonunun məktəbliləri cənub bölgəsinə səfərə gəliblər

"Ölkəmizi tanıyaq” layihəsinin növbəti mərhələsi çərçivəsində təşkil edilmiş tur-aksiyanın Füzuli, Beyləqan, İmişli, Saatlı, Sabirabad, Ağcabədi, Ağdam, Bərdə və Ucar rayonlarından olan iştirakçıları - IX-XI sinif şagirdləri və onların müəllimləri noyabrın 18-də günün ikinci yarısında Lənkərana gəliblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tur-aksiya iştirakçılarını Lənkəran Şəhər İcra Hakimiyyətinin məsul işçiləri, müəllimlər və ictimaiyyətin nümayəndələri qarşılayıblar.

Lənkəran şəhərindəki Heydər Əliyev Xatirə Parkında məktəblilər qarşısında çıxış edən şəhər icra hakimiyyəti başçısının müavini Rəsilə Əliyeva "Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində təşkil olunmuş tur-aksiyaların əhəmiyyətindən danışıb, cənub bölgəsinə səfər edən məktəblilərə ən xoş arzularını çatdırıb.

Sonra humanitar aksiyanın iştirakçıları Lənkərandakı hotel və istirahət mərkəzlərində yerləşiblər.

Noyabrın 19-da Ağcabədi, Ağdam, Bərdə və Ucar rayonlarının məktəbliləri Lənkərana, Füzuli, Beyləqan, İmişli, Saatlı və Sabirabad rayonlarının şagirdləri isə Astara və Masallı rayonlarına səfər edəcəklər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video