Alternative content

10:34 11 Dekabr 2019
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bağdadda nümayişlər bərpa olundu
Bağdadda nümayişlər bərpa olundu
ANA SƏHİFƏ / DÜNYA
16:24 18.11.2019


İraqın paytaxtı Bağdadda hökumət əleyhinə aksiyanın iştirakçıları hökumət binalarının və diplomatik missiyaların yerləşdiyi "Yaşıl zona”ya aparan əsas nəqliyyat arteriyasını – Əhrar körpüsünü yenidən bağlamışlar. Bu barədə "Anadolu” agentliyi xəbər verir.

Bundan əvvəl nümayişçilər təhlükəsizlik qüvvələrinin müdaxiləsi üzündən Azadlıq meydanından geri çəkilmişdilər. Lakin gecəyarısından başlayaraq paytaxtın mərkəzində toplaşmaq cəhdləri bərpa edilmişdir.

Polisin səs qumbaralarından və gözyaşardıcı qazdan istifadə etməsinə baxmayaraq, aksiyaların iştirakçıları Əhrar körpüsünə gələrək orada istehkamlar qurmuşlar. Bundan əvvəl paytaxt polisi körpüdə beton maneələr quraraq nümayişçilərin "Yaşıl zona”ya keçməsinin qarşısını almışdır. Hazırda körpünün bir hissəsini təhlükəsizlik qüvvələri, digərini nümayişçilər tuturlar.

Ötən ayın 1-dən bəri ölkədə etiraz aksiyaları zamanı 319 nümayişçi həlak olmuş, 15 min nəfər yaralanmışdır. Əhali korrupsiyaya, işsizliyə və ağır həyat şəraitinə etiraz edir.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM