Alternative content

16:47 14 Dekabr 2019
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Cəlil Məmmədquluzadənin 150 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçirilib
Cəlil Məmmədquluzadənin 150 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçirilib
ANA SƏHİFƏ / Mədəniyyət
15:51 18.11.2019

Noyabrın 18-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, konfrans Mədəniyyət Nazirliyi, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı –TÜRKSOY, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nizami adına Ədəbiyyat İnstitutu və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə reallaşıb.

Konfrans çərçivəsində Milli Kitabxananın "Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından nəşr etdiyi "Cəlil Məmmədquluzadə. Biblioqrafiya” kitabı və "Cəlil Məmmədquluzadə - 150” elektron məlumat bazasının təqdimatı keçirilib.

Milli Kitabxananın direktoru Kərim Tahirov çıxış edərək konfransın əhəmiyyətindən söz açıb. Deyib ki, konfransda Bolqarıstan, Polşa, Türkiyə, Özbəkistandan dəvət olunmuş Cəlil Məmmədquluzadə tədqiqatçıları iştirak edir. Qeyd edib ki, konfransda həm də böyük ədəbin nəslinin davamçıları – nəticəsi Martin Cavanşiri və kötücəsi Przemislav Cavanşiri də iştirak edirlər. Mənə elə gəlir ki, onların ulu babalarının vətəninə gəlməsi xalqımızın həyatında böyük hadisədir. Mən inanıram ki, onlar bundan sonra tez-tez Azərbaycana gələcək və xalqımızın Cəlil Məmmədquluzadə irsinə necə böyük sayğı ilə yanaşdığına daha yaxından şahid olacaqlar”.

Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev Cəlil Məmmədquluzadənin yaratdığı "Molla Nəsrəddin” satirik jurnalının cəmiyyətin maariflənməsində böyük rol oynadığını diqqətə çatdırıb. Qeyd edib ki, bu jurnalla Cəlil Məmmədquluzadə eyniadlı məktəbin əsasını qoyub. O, publisistik fəaliyyəti ilə yanaşı, Azərbaycan ədəbiyyatını özünün şedevr əsərləri ilə zənginləşdirib. Onun dram əsərləri həyat həqiqətlərini, ictimai mühiti hərtərəfli əks etdirməkdə əvəzolunmaz mənbələrdir.

Nazir müavini C.Məmmədquluzadənin xatirəsini əbədiləşdirmək məqsədilə həm sovet dövründə, həm də müstəqillik illərində bir çox addımlar atıldığını vurğulayıb. Bildirib ki, Cəlil Məmmədquluzadənin 100 illik yubileyi dünya miqyasında qeyd olunub: "Onun adına küçə, muzey, teatr, təhsil müəssisəsi var. Bu il Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın mədəniyyət işçiləri ilə görüşündə də yazıçı Anar Bakıda Cəlil Məmmədquluzadəyə heykəl qoyulmasını təklif edib. Hazırda bu istiqamətdə işlər görülür. Hesab edirəm ki, bu konfrans da Cəlil Məmmədquluzadə irsinin öyrənilməsinə böyük töhfə verəcək”.

Vaqif Əliyev Cəlil Məmmədquluzadənin 150 illiyinin ölkə daxilində və onun hüdudlarından kənarda silsilə tədbirlərlə qeyd olunduğunu vurğulayıb. Söyləyib ki, Mədəniyyət Nazirliyi dövlət başçısının müvafiq Sərəncamı əsasında ədibin xatirəsinə həsr olunmuş çoxsaylı tədbirlər keçirib.

Sonra C.Məmmədquluzadənin həyat və yaradıcılığından bəhs edən sənədli film nümayiş olunub.

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar çıxış edərək bəzən Cəlil Məmmədquluzadə, Mirzə Fətəli Axundzadə, Mirzə Ələkbər Sabir və başqaları haqqında naqis fikirlər səsləndirildiyini söyləyib: "Guya bu adamlar Azərbaycan xalqını tənqid ediblər. Onlar bu xalqı ona görə tənqid ediblər ki, xalqımız cəhalətdən qurtulsun, onu əsarətdə saxlayan buxovları qırsın, dünyanın digər xalqları ilə bərabər ola bilsin. O baxımdan biz Mirzə Cəlilin də nə qədər əhəmiyyətli olduğunu görürük”.

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli isə Mirzə Cəlilin uzaqgörən yazıçı kimi xalqımızı bu gün yaşadığımız şəkildə görmək istədiyini qeyd edib. O, bu yolda tənqid, təhqir olunsa da öz əqidəsindən dönməyib. Onun 1917-ci ildə çap etdirdiyi məşhur "Azərbaycan" məqaləsi üstündən 100 il keçməsinə baxmayaraq bu gün də bizim azərbaycançılıq ideologiyasının əsasını təşkil edir. O, sözün əsl mənasında Azərbaycanın milli istiqlalına şərəflə xidmət edib”.

Qeyd edilib ki, Cəlil Məmmədquluzadə "Molla Nəsrəddin” jurnalındakı XX əsrin əvvəllərinin bütün ədəbi mühitinə təsir göstərən əsərlərində, hekayə, povestlərində, pyes, felyeton, məqalə və məktublarında həmin dövr Azərbaycan həyatının bütün aktual siyasi-ictimai problemlərini əhatə edib. Diqqətə çatdırılıb ki, 1994-cü ildə ustad ədibin 125 illik yubileyinin keçirilməsinə, əsərlərinin yenidən nəşr və tədqiqinə ümummilli lider Heydər Əliyevin böyük diqqəti və qayğısı ayrıca xatırladılmalıdır. Ulu öndər Cəlil Məmmədquluzadənin yaradıcılığında Azərbaycanın bütün milli xüsusiyyətlərini, eyni zamanda, ümumbəşəri dəyərləri əks etdirən fikirlərin milli ideologiyamızın əsası olduğunu deyirdi.

Tədbirin Prezident İlham Əliyevin müvafiq Sərəncamı əsasında təşkil olduğunu deyən akademik konfransın işinə uğurlar arzulayıb.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva çıxış edərək görkəmli ədibin Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətlərindən söz açıb, yaradıcılığının elmi-fəlsəfi əhəmiyyətindən bəhs edib. O deyib ki, bu il ölkəmizdə türk dünyasının görkəmli şəxsiyyətlərinin yubileylərinə həsr edilmiş çoxsaylı tədbirlər keçirilib. Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə bu istiqamətdə həm ölkə daxilində, həm də ölkə xaricində tədbirlər təşkil olunub. "Toplaşdığımız bugünkü konfrans da bu qəbildəndir. Cəlil Məmmədquluzadənin əsərləri, yaradıcılığı haqqında hər şeydən öncə bir oxucu kimi danışaraq onun istedadını xüsusi qeyd eləmək istəyirəm. Düşünürəm ki, onun adını çəkəndə hər birimizin üzündə təbəssüm yaranır. Bu təbəssüm onun felyetonlarını xatırladır. Mənim aləmimdə ədibin "Ölülər” əsəri dünya miqyaslı əsərdir. Onun bütün əsərləri insanları cəhalətdən, nadanlıqdan xilas olmağa səsləyir”.

Sonra TÜRKSOY tərəfindən C.Məmmədquluzadənin nəslinin davamçılarına hədiyyələr təqdim olunub, qonaqlar "Cəlil Məmmədquluzadə. Biblioqrafiya” kitabı və "Cəlil Məmmədquluzadə - 150” elektron məlumat bazası ilə tanış olublar.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM