18 Noyabr 2019 15:50
481
CƏMİYYƏT
A- A+

Məktəblilər ölkəmizin bölgələrinin müasir həyatı, tarixi, mədəni irsi, adət-ənənələri ilə yaxından tanış olacaqlar


"Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasının növbəti mərhələsi çərçivəsində Samux rayon ümumi təhsil müəssisələrinin şagirdləri Qəbələ-Şəki-Zaqatala istiqamətinə yola salınıblar. Yola salma mərasimində Samux Rayon İcra Hakimiyyətinin və rayon Təhsil Şöbəsinin rəhbərliyi, müəllim və valideynlər iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, əvvəlcə məktəblilər ulu öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər. Sonra şagirdlər onlar üçün ayrılan avtobusla qeyd olunan marşrut üzrə yola düşüblər.

Məktəblilərin vətənpərvərlik tərbiyəsində, onların Azərbaycanın tarixini, maddi-mədəniyyət abidələrini, sosial-iqtisadi həyatını daha dərindən öyrənmələrində mühüm rol oynayan və artıq ənənə halını alan "Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası Prezident İlham Əliyevin tövsiyəsinə əsasən təşkil olunur.

Qeyd edək ki, noyabrın 18-də səhər saatlarında Qazax, Ağstafa, Tovuz, Gədəbəy və Şəmkir məktəbliləri də Qəbələ-Şəki-Zaqatala istiqamətində tur-aksiyaya qoşulublar.

X X X

"Ölkəmizi tanıyaq" maarifləndirici tur-aksiyasının iştirakçıları arasında Daşkəsən məktəbliləri də var. Rayon ümumi təhsil məktəblilərinin 20 nəfərdən ibarət qrupu noyabrın 18-də Quba, Qusar və Xaçmaz şəhərləri marşrutu üzrə yola salınıblar. Tur-aksiya noyabrın 18-dən 21-dək olan tarixi əhatə edir.

Heydər Əliyev Mərkəzinə toplaşan məktəblilər əvvəlcə Ümummilli Liderin abidəsi önünə gül dəstələri qoyaraq, onun xatirəsini bir dəqiqəlik sükutla anıblar.

Layihənin əsas məqsədi şagirdləri ölkəmizin müxtəlif bölgələrinin müasir həyatı, tarixi, mədəni irsi, adət-ənənələri, özünəməxsus xüsusiyətləri, müstəqil Azərbaycanın nailiyyətləri ilə yaxından tanış etmək, şəhər və rayonlarımızın yeniləşən siması barədə gənclərdə əyani təsəvvür yaratmaqdır.

Məktəblilər onlar üçün ayrılmış avtobusla Quba-Qusar-Xaçmaz istiqamətində yola çıxıblar.

Qeyd edək ki, noyabrın 18-də səhər saatlarında Göygöl və Goranboy məktəbliləri də Quba-Qusar-Xaçmaz istiqamətində yola salınıblar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video