18 Noyabr 2019 15:25
509
CƏMİYYƏT
A- A+

Pirallahı məktəblilərini Gəncədə maraqlı ekskursiya gözləyir


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən keçirilən "Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyalar çərçivəsində noyabrın 18-də Pirallahı rayonunun ümumtəhsil məktəblərinin şagirdləri arasında fərqlənən 40 məktəblinin Gəncə şəhərinə yola salınması mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov "Ölkəmizi tanıyaq” layihəsinin məktəblilərin dünyagörüşünün daha da zənginləşməsinə, gənclərin vətənpərvərlik və azərbaycançılıq prinsipləri əsasında böyüməsinə, tarixi-mədəni irsimizə hörmət ruhunda tərbiyə olunmasına böyük töhfə verdiyini qeyd edib. O deyib ki, tur-aksiyada fəal iştirak edən Pirallahı rayon məktəbliləri bu dəfə qədim Nizami yurduna səfər edəcəklər. Onlar Gəncənin müasir sənaye müəssisələri, turizm və sosial obyektləri, yaraşıqlı prospektləri, park və xiyabanları, sosial-iqtisadi və mədəni həyatı ilə ətraflı tanış olacaqlar.

Yolasalma mərasimində çıxış edən müəllimlər, valideynlər, məktəblilər bu imkanı yaratdığına görə Prezident İlham Əliyevə təşəkkürlərini bildiriblər.

Qeyd edək ki, məktəblilərin ekskursiyası noyabr ayının 21-dək davam edəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video