Alternative content

06:15 09 Dekabr 2019
ONLINE XƏBƏR LENTİ
02:14 08.12.2019 Hamı razılıq edir
02:13 08.12.2019 48 ailənin sevinci
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Milli Məclisin deputatları QDİƏT Baş Assambleyasının plenar iclasında iştirak edəcəklər
Milli Məclisin deputatları QDİƏT Baş Assambleyasının plenar iclasında iştirak edəcəklər
ANA SƏHİFƏ / SİYASƏT
15:21 18.11.2019

Noyabrın 19-21-də Bolqarıstanın paytaxtı Sofiyada Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin (QDİƏT PM) Baş Assambleyasının 54-cü plenar iclası keçiriləcək.

Milli Məclisdən AZƏRTAC-a bildiriblər ki, QDİƏT PM-də Azərbaycan parlamenti nümayəndə heyətinin rəhbəri Eldar Quliyev, nümayəndə heyətinin üzvləri İlham Əliyev, Jalə Əliyeva, Musa Quliyev, Aydın Mirzəzadə və Əflatun Amaşov tədbirdə iştirak edəcəklər.

Əvvəlcə QDİƏT PM Baş Assambleyasının 61-ci büro iclası keçiriləcək. Sonra Daimi Komitənin 54-cü iclası öz işinə başlayacaq. İki gün davam edəcək tədbirdə cari ilin iyununda Bakıda keçirilmiş 53-cü plenar iclasın protokolu təsdiqlənəcək. Qurumun fəaliyyəti, həmçinin QDİƏT-lə əlaqədar orqanların və sektoral dialoq üzrə tərəfdaşların fəaliyyəti barədə məlumatlar dinləniləcək. Ümumi müzakirələrdə Avropa İttifaqı ilə QDİƏT arasında əməkdaşlığın cari vəziyyətinə və perspektivlərinə nəzər salınacaq.

Baş Assambleyanın plenar iclaslarında iqtisadi, ticarət, texnoloji, ekoloji, hüquqi, siyasi, mədəniyyət, təhsil və sosial məsələlər diqqət mərkəzində olacaq. QDİƏT regionunda ikiqat vergiqoymanın aradan qaldırılması, nəqliyyat marşrutlarının inkişafının hüquqi və siyasi aspektləri, bölgədə işsizlik və yeni iş yerlərinin yaradılmasında dövlətlərin rolu mövzularında məruzələr dinləniləcək, müvafiq tövsiyə qərarlar qəbul ediləcək.

Milli Məclisin deputatları bütün müzakirələrdə yaxından iştirak edəcək, müzakirə olunan məsələlərə münasibətlərini bildirəcəklər.

Baş Assambleyanın 54-cü plenar iclası çərçivəsində QDİƏT PM Sədrinin müavinləri seçiləcək, 2020-ci maliyyə ilinin büdcəsi qəbul ediləcək, qurumun yaz sessiyası ilə əlaqədar təşkilati məsələlər diqqət mərkəzində olacaq.

Səfər noyabrın 22-də başa çatacaq.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM