18 Noyabr 2019 11:30
539
DÜNYA
A- A+

Ermənistan hökumətinin sosial proqramları yarımçıq qalıb


2019-ci ilin 9 ayı ərzində Ermənistanda sosial proqramların cəmi 50 faizi həyata keçirilib. Ekspertlər bildiriblər ki, işsizliyin səviyyəsinin azaldılması ilə bağlı Paşinyan hökumətinin vədi yerinə yetirilməyib. Ölkədə əlillərin məşğulluğu isə dörd dəfə azalıb.

AZƏRTAC erməni KİV-nə istinadla xəbər verir ki, geriləmənin əsas səbəbi korrupsiya və "kölgə iqtisadiyyatı” ilə mübarizə pərdəsi altında idarəçiliyin yarıtmaz olmasıdır. İqtisadçı Tadevos Avetisyan bildirib ki, 2018-ci ildə sosial proqramların həyata keçirilməsi bu ilin doqquz ayında olduğundan 25 faiz çox olub. Belə ki, dövlət büdcəsindən 250 min işsiz vətəndaş üçün ayrılan vəsaitin cəmi 25 faizi onların məşğulluğunun təmin edilməsinə xərclənib. Ekspert minlərlə insanın sosial müdafiədən məhrum olduğunu qeyd edərək xatırladıb ki, ölkənin Əmək və Sosial Məsələlər Nazirliyi konstitusiyanın müvafiq maddələrini kobud şəkildə pozur.

Hökumət isə işsizlərin özlərini günahlandırıb. Qeyd edib ki, az maaşa qane olmayan erməni fəhlələri hindistanlılar əvəz edirlər. Ermənistan hökuməti gələn ildən məşğulluq məsələləri ilə bağlı proqrama müsbət dəyişikliklər edəcəyini vəd edir, lakin ekspertlər onun bu vədinə skeptik yanaşırlar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video