18 Noyabr 2019 11:29
524
CƏMİYYƏT
A- A+

“Ölkəmizi tanıyaq” devizi ilə keçirilən tur-aksiyalar gözəl ənənə halını alıb


Ağsu rayonunun ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdlərindən ibarət 40 nəfərlik qrup və onları müşayiət edənlər Prezident İlham Əliyevin təşəbbüsü ilə artıq altıncı ildir ki, "Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində noyabrın 18-də səhər Quba, Qusar, Xaçmaz rayonlarına yola salınıblar. Dörd gün davam edəcək səfər zamanı məktəblilər respublikamızın şimal bölgəsinin tarixi, maddi-mədəniyyət abidələri, adət-ənənələri, sosial-iqtisadi həyatı ilə yaxından tanış olacaq, həmyaşıdları ilə görüşəcək, şən və mənalı istirahət edəcəklər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ağsu şəhərinin mərkəzindəki Heydər parkında keçirilən yolasalma mərasimində rayon rəhbərliyi, məktəb direktorları, valideynlər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tur-aksiya iştirakçıları parkda ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə çiçəklər düzüblər.

Sonra Heydər Əliyev Mərkəzində tur-aksiya iştirakçıları ilə görüş olub. Rayon icra hakimiyyətinin başçısı Vahid Tağıyev çıxış edərək məktəblilərə uğurlu yol, şən və mənalı istirahət arzulayıb. Vurğulayıb ki, Prezident İlham Əliyevin tövsiyəsinə əsasən altıncı ildir həyata keçirilən bu aksiya artıq gözəl ənənə halını alıb. İcra başçısı qeyd edib ki, şagirdlərin səfər edəcəkləri Quba, Qusar və Xaçmaz rayonlarında son illər aqrar sahənin, emal müəssisələrinin, xüsusən də turizm sənayesinin inkişafı istiqamətində çox böyük işlər görülüb. Bu bölgə həm də tarixi məkanları ilə tanınır. Aksiya iştirakçıları bütün bunlar barədə məlumat alacaq, eyni zamanda, Quba Soyqırımı Memorial Kompleksində erməni vəhşiliyinin əyani şahidi olacaqlar. Azərbaycanın bu dilbər guşəsi multikultural ənənələri ilə seçilir. Yəhudilərin sıx məskunlaşdığı Qırmızı qəsəbəyə, Quba xalçaçılıq emalatxanasına, Cümə məscidinə, Tağlı körpüyə, Xınalıq yolundakı şəlaləyə və sair yerlərə ekskursiyalar şagirdlərin yaddaşında silinməz izlər qoyacaq.

Digər çıxış edənlər - Muradlı kənd tam orta məktəbinin direktoru Aqil Həsənov, şəhər 4 saylı tam orta məktəbin direktoru Günay İnayətova, valideyn Bəxtiyar Əhmədli, 5 saylı tam orta məktəbin şagirdi Səbinə Qurbanova dövlətimizin başçısının təşəbbüsü ilə həyata keçirilən maarifləndirici aksiyanın əhəmiyyətindən, şagirdlərin vətənpərvərlik tərbiyəsindəki rolundan danışıblar. Vurğulanıb ki, bu səfər şagirdlərə Azərbaycanın bir parçası olan Quba, Qusar və Xaçmaz rayonları barədə hərtərəfli bilgilər əldə etmək imkanı edəcək. Çıxış edənlər bu gözəl təşəbbüsə, məktəblilərin ölkəmizi daha yaxından tanımaları, vətənpərvər ruhda tərbiyəsi, gözəl istirahəti üçün göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Sonra Heydər parkında rayon musiqiçilərinin ifasında konsert olub. Şagirdlər milli rəqslərimizi həvəslə ifa ediblər.

Sonda Heydər Əliyev Mərkəzinin qarşısında xatirə şəkli çəkilib, məktəblilər yola salınıblar.

X X X

Noyabrın 18-də "Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Ağdaş, Göyçay, Zərdab, Qobustan rayonlarının hər birindən 40 nəfər məktəbli Quba, Qusar və Xaçmaz rayonlarına, Ucar rayonunun şagirdləri isə Lənkəran, Masallı və Astara rayonuna təntənəli şəkildə yola salınıblar. Yolasalma mərasimlərində rayonların rəhbərləri, məktəb direktorları, valideynlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video